Zahid Quliyev (dilçi)

Zahid Quliyev — Dilçilik elimləri doktoru, professor.

Zahid İsfəndiyar oğlu Quliyev
Doğum tarixi
Doğum yeri Qubadlı rayonu
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ , Azərbaycan
Elmi dərəcəsi Dilçilik elimləri doktoru
Elmi adı Professor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Zahid Quliyev 21 dekabr 1936-cı ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Natamam orta təhsilini Mahmudlu kəndində, orta təhsilini isə Qubadlı qəsəbəsində alıb. 1959-cu ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun Alman dili fakultəsini bitirib. Əmək fəaliyyətinə Duvanlı qəsbəsindəki orta məktəbdən başlayıb. Əvvəl müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib.[1]

1962-ci ildə bitirdiyi İnstituta qayıdaraq əmək fəaliyyətini davam etdirib. Baş müəllim, dekan müavini, dekan və 10 il kafedra müdüri olub. 1990-cı ildən Azərbaycan Dillər Universitetinin Roma-German filologiyası fakultəsinin dekanı işləyib.

Zahid Quliyev 1973-cü ildə "Tədrisin ilk mərhələsində şagirdlərə almanca danışığın öyrədilməsi metodikası" mövzusunda namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 1991-ci ildə professor elmi dərəcəsi alıb.

Alimin elmi əsərlərinin sayı 40-dan çoxdur, 4 tədris kitabının müəllifidir.

Zahid Quliyev 10-dan çox dissertantın elmi rəhbəri olub.

18 fevral 2016-cı ildə vəfat edib.[2]

Ailəsi[redaktə | mənbəni redaktə et]

İki oğlu var.

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevin və DİN-nın Tibb Komissiyasının rəisi Samır Quluyevin atasıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Zahid Quliyev — qubadli.sitecity.ru". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-21.
  2. "Ülvi Quliyev atasını itirdi". 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-19.