Quliyev Zahid Abdulla oğlu (1961, Söyüdlü, Cəbrayıl rayonu) — azərbaycanlı müğənni.
Zahid Quliyev | |
---|---|
Zahid Abdulla oğlu Quliyev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1961 |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Zahid Quliyev 1961-ci ildə Cəbrayıl rayonunun Söyüdlü kəndində doğulmuşdur. Qarabağ muğam ənənələrinin davamçısı olmuşdur. Atası Aşıq Abdulla Qarabağın məşhur aşıqlarından idi, dastanları və muğamları böyük məharətlə ifa edirdi.
Zahid Quliyev peşəkar musiqi təhsilini Bakıda almış, 1986-cı ildə Azərbaycan Dövlət Musiqi Məktəbi-ni bitirmişdir. Sahib Şükürov, Nəriman Əliyev, Hacıbaba Hüseynov kimi muğam ustadlarından dərs almışdır. Həmin ildə o, Cabbar Qaryağdıoğlu adına respublika musabiqəsində II yerə layiq görülmüşdür.
1986-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Zahid Quliyev, Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşovdan (kamança) ibarət Cabbar Qaryağdıoğlu adına muğam triosu yaradılır. Onlar konsert proqramları ilə dünyanın bir çox ölkələrində çıxış edərək, Azərbaycan muğamını dünyada yüksək səviyyədə təbliğ etmişlər.
Zahid Quliyev bir xanəndə kimi geniş diapozonlu, təmiz və zəngin tembrli səsə, muğam sahəsində dərin biliyə malikdir. Onun repertuarı genişdir. Xanəndənin ifasında "Şur", "Mahur-Hindi", "Çahargah", "Bayatı-Şiraz", muğam-dəstgahları radionun qızıl fondunda saxlanılır. Fransa və Hollandiyada onun ifasında muğam-dəstgahlardan ibarət bir neçə disk buraxılmışdır.