Zakir İbrahimov (sədr)

Zakir Zaur oğlu İbrahimov (2 aprel 1974, Bakı) — "AzerGold" Qapalı Səhmdar Səhmdar Cəmiyyətinin sədri.

Zakir İbrahimov
Vəzifədədir
26 may 2016-cı ildən
Əvvəlkivəzifə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi 2 aprel 1974(1974-04-02) (50 yaş)
Doğum yeri
Təhsili

Zakir Zaur oğlu İbrahimov 2 aprel 1974-cü il tarixində Bakı şəhərində anadan olub.

1990-cı ildə Leninqrad Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.

1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2004–2006-cı illərdə Odlar Yurdu Universiteti, ABŞ Corciya Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi (MBA) istiqamətində təhsil alıb.

1993–1995-ci illərdə "TAİS" Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində Hüquq və Biznesin İnkişafı üzrə mütəxəssis vəzifəsində çalışıb.

1995–1998-ci illərdə "Azticarət" Açıq Tipli Səhmdar Cəmiyyətində Hüquq və Biznesin İnkişafı üzrə Aparıcı mütəxəssis vəzifəsində çalışıb.

1998–2002-ci illərdə "Azpetrol LTD" Məhdud Məsuliyyətli Cəmiyyətində Xüsusi Layihələrin Koordinasiyası və Təchizat Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2003–2004-cü illərdə "EUPEC PipeCoating Azerbaijan BM" Baş direktorun müavini vəzifəsində çalışıb.

2004–2005-ci illərdə "Azpetrol Neft Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətində Strateji Araşdırmalar, İctimaiyyətlə Əlaqələr, Marketinq və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb.

2005–2006-cı illərdə Moldova Respublikasında "Azpetrol SRL" şirkətində Baş direktor vəzifəsində çalışıb.

2006–2009-cu illərdə "EVR LTD" Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktor vəzifəsində çalışıb.

2009–2016-cı illərdə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

26 may 2016-cı il tarixindən etibarən "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.