Azpetrol

"Azpetrol Ltd" MMC — Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkəti.

"Azpetrol Ltd." MMC
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Yanacaq şirkəti
Sənaye Yanacaq doldurma məntəqələr şəbəkəsi
Məhsulu Avtomobil yanacaqları
Təsis tarixi 15 iyul 1997
Baş qərargahın yeri Azərbaycan
Struktur
İşçi sayı 3200 nəfərdən çox
azpetrol.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Azpetrol.Ltd MMC" şirkətinin Baş direktoru Məmmədov Ceyhun Əhməd oğlu-dur[1][2]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
AZPETROL
AZPETROL yanacaqdoldurma məntəqəsi

"Azpetrol" şirkəti 1997-ci il iyulun 15-dən fəaliyyətə başlayıb. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi Bakı şəhərində istismara verilib.

Azərbaycanın iqtisadi məkanına daxil olan "Azpetrol Ltd." MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.

Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 100 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 STQ tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 17 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.[3] Yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə "Azpetrol"un müasir standartlara cavab verən Neftbazası istifadəyə verilib. Neftbaza Avropanın qabaqcıl ölkələrində istehsal olunmuş elektron avadanlıqlarla, yanğından mühafizə, təhlükəsizlik və yanacağın keyfiyyətinə nəzarət sistemləri ilə təchiz edilmişdir.

Şirkət yanacağın YDM və QDM-lərə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə 1999-cu ildə yanacaqdaşıyan maşınların Avtoparkını istismara vermişdir. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 90 ədəd yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır.

Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, hazırda Şirkətdə çalışan işçilərin ümumi sayı 3200 nəfərdən çoxdur.[4]

Missiya və məqsəd

[redaktə | mənbəni redaktə et]

Yüksək keyfiyyət, halallıq, müştəri məmnunluğunun təmin edilməsi kimi keyfiyyətləri "Azpetrol" şirkəti yarandığı gündən özünün başlıca amalı hesab edilib. "Azpetrol" Şirkəti xüsusi ilə də regionlarda iş yerlərinin açılması hesabına əhalinin məşğulluğunun təmin edilməsini özünün prioritet istiqaməti kimi müəyyənləşdirib. Tutduğu vəzifədən, malik olduğu səlahiyyətdən asılı olmayaq əməkdaşlarımızın qarşısında qoyulan başlıca tələb - ciddi nizam-intizam, qarşılıqlı etimad və tələbkarlıq, peşə bilik və bacarıqlarıının daim təkmilləşdirilməsi, müştəri məmnunluğunun təmin edilməsini gündəlik işin şüarına çevrilməsidir.

• "Azpetrol" şirkəti 2001-ci ildə "İlin Holdinqi" nominasiyasında "Uğur" mükafatına, 14 iyul 2002-ci ildə Nyu-Yorkda Keyfiyyət üzrə keçirilən XVI Beynəlxalq Konvensiyada Keyfiyyət nişanı və "Biznes Prestij" mükafatlarına layiq görülüb.

• Azpetrol "Caspian Energy İntegration Award" şirkəti tərəfindən 2008-ci ildə "İlin keyfiyyətli servis xidmətləri" nominasiyası üzrə, 2010-cu ildə isə "İlin ən yaxşı yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyası üzrə "Uğur" mükafatlarla təltif edilib.

• 6 sentyabr 2010-cu il tarixdə Cenevrədə dünyanın 44 ölkəsinin iştirakı ilə keçirilən Keyfiyyət üzrə BİD (Business İnitiative Directions) Beynəlxalq Konvensiyasında "Azpetrol" şirkəti "Keyfiyyətə Görə Beynəlxalq Qızıl Ulduz" mükafatına layiq görülmüşdür.

• Bundan əlavə, Azpetrol 2011-ci ilin iyun ayında İngiltərənin Oksford ş. keçirilən "Liderlərin Oksford Sammitində" "Kraliça Viktoriya Xatirə Medalı" və dekabr ayında "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyasında "Azeri Business Award" mukafatları ilə təltif olunmuşdur.

• 2012-ci ilin mart ayında şirkət "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyasında "Caspian Energy İntegration Award" mükafatı ilə təltif edilmişdir, may ayında isə şirkət daha üç mükafat almışdir, belə ki, 4–5 may 2012-ci il tarixində Avropa Biznes Assambleyası (Europe Business Assembly) və İsveçrənin Keyfiyyət Standartları İnstitutunun (SİQS) İsveçrənin Montre şəhərində keçirilən "Montreux Business Matchmaking" tədbirində Azpetrol "Topdan və pərakəndə yanacaq satışı üzrə "Best Enterprise" ("Ən yaxşı müəssisə") mükafatına və diploma layıq görülmüş; B.İ.D. Beynəlxalq Keyfiyyət Konvensiyasının ABŞ-nin Nyu-York şəhərində 27–28 may tarixində dünyanın 76 ölkəsindən olan müxtəlif sahələrdə uğur qazanmış şirkətlərin keyfiyyət və üstünlüyə görə mükafatlandırma mərasimində Azpetrol Şirkəti xidmətdə keyfiyyət, liderlik, yeni texnologiya və innovasiyaların tətbiqinə görə platin kateqoriyasında "İnternational Quality Summit" mükafatına layiq görülüb.

• 2013-cü il 10–12 aprel tarixində Avropa Biznes Assambleyası (ing. Europe Business Assembly) və Britaniya Direktorlar İnstitutunun London şəhərində keçirilən Liderlər Sammitində (ing. Summit of Leaders) Azpetrol Şirkəti və Şirkətin baş direktoru Hüseynağa Rəhimov fəaliyyətində Avropa standartlarına uyğun intellektual və texnoloji yeniliklər tətbiqinə görə "Avropa keyfiyyəti" Beynəlxalq mükafatlarına (ing. European Quality Award) layiq görülüb.

• 2014-cü il 24–25 oktyabr tarixində Paris şəhərində Business Initiatives Directions (BID) Beynəlxalq Keyfiyyət Konvensiyasının dünyanın 51 ölkəsindən olan müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Azərbaycan şirkəti olan "Azpetrol" xidmətdə yüksək keyfiyyət, liderlik, yeni texnologiya və İnnovasiyaların tətbiqinə və inkişafına görə Diamond kateqoriyasında "World Quality Commitment (WQC) Award-2014" mükafatına layiq görülmüş, "Azpetrol" şirkətinin Baş direktoru isə "Diamond Circle of Quality Award" mükafatı alıb.

• 2014-cü il 16 dekabr tarixində "JW Marriott Hotel Absheron Baku" mehmanxanasında keçirilən "Azeri Business Award" Milli Mükafatının qaliblərinin təqdimat mərasimində "Azpetrol" şirkəti "Müştəri məmnunluğu və yüksək keyfiyyət" nominasiyası üzrə "Azeri Business Award-2014" Milli mükafatına layiq görülüb.

• 2015-ci ilin 16–17 aprel tarixində "Современная АЗС" jurnalının 2015-ci ilin mart ayında keçirdiyi MDB məkanında "Ayın ən yaxşı yanacaqdoldurma məntəqəsi" müsabiqəsində "Azpetrol" şirkətinin H.Əliyev prospekti 108 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi qalib olub. 16–17 aprel tarixlərində Moskva şəhərində "Müasir yanacaqdoldurma məntəqəsi və neftbaza" mövzusunda keçirilən 12-ci beynəlxalq konfrans-sərgidə müsabiqənin qalibi Diplomu Şirkətə təqdim olunub.

• 11 mart 2015-ci il tarixində "Four Seasons" mehmanxanasında keçirilən "Caspian Energy Award-2015" mükafatının təqdimat mərasimində "Azpetrol" şirkəti növbəti dəfə "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyası üzrə "Caspian Energy Award-2015" mükafatına layiq görülüb.

• 2018-ci il avqustun 16-da Caspian European Club "Azpetrol LTD" MMC — yə "Xəzər Avropa Klubunun Qızıl Üzvlük Şəhadətnaməsi"ni təqdim edilib.

• 2018-ci il sentyabr ayının 20-də Bakıda 7-ci Beynəlxalq Caspian Energy Forumu keçirilib. Həmin Forumda "Azpetrol Ltd" MMC – "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyası üzrə "Caspian Energy Award — 2018" mükafatına layiq görülüb.

• 2020-ci il dekabrın 23-də "Caspian European Club"da "Casipan Business Award — 2020" beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib. "Caspian European Club" da təşkil edilmiş mərasimdə ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə vermis şirkətlərə "Caspian Energy Award – 2020" beynəlxalq mükafatı təqdim edilib. Belə ki, "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyası üzrə "Azpetrol Ltd" MMC "Caspian Business Award – 2020" mükafatına layiq görülüb.

• Yarandığı gündən öz fəaliyyətini dünya standartlarına uyğun qurmağa və müştərilərinə yüksək xidmət göstərmək amalı uğrunda əhəmiyyətli addımlar atan "Azpetrol Ltd" MMC 11 dekabr 2020-ci il tarixində Almaniyanın "TÜV Thüringen e.V." şirkəti tərəfindən (İSO 9001–2015) Keyfiyyət İdarəetmə Sistemi, (İSO — 14001:2015) İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi və (İSO — 45001:218) Ətraf Mühit İdarəetmə Sistemləri Sertifikatlarına layiq görülüb. Sertifikatların müddəti 22 iyun 2023-cü ilə qədərdir.[4]

  1. "Arxivlənmiş surət". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
  2. "Arxivlənmiş surət". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
  3. "Arxivlənmiş surət". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
  4. 1 2 "Arxivlənmiş surət". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]