Zakir Mehdiyev

Zakir Tahir oğlu Mehdiyev (4 oktyabr 1948, Kirovabad) — Azərbaycan heykəltaraş və rəssamı, pedaqoq, SSRİ Rəssamlar İttifaqının üzvü (1979), Azərbaycan Respublikasının əməkdar rəssamı (2021).

Zakir Mehdiyev
Doğum tarixi (76 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti heykəltaraş
Təhsili Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi
V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutu
Janr heykəltaraşlıq
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2021

Zakir Mehtiyev 1948-ci il 4 oktyabrda Gəncə şəhərində dünyaya gəlib. 1965-ci ildə orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olmuş və 1969-cu ildə bitirmişdir. Həmçinin Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunudur. SSRİ Rəssamlıq Akademiyasının aspiranturasını bitirmişdir. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.

1978-ci ildə bu institutun heykəltaraşlıq fakültəsini bitirdikdən sonra Mehdiyev Bakıya dönüb. 1983–2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində heykəltaraşlıq tədris etmişdir. 2000–2016-cı illərdə Türkiyədə M.K. Atatürk Universitetində dosent və kafedra müdiri vəzifəsində fəaliyyət göstərmişdir

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  • Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə,İsveçrə,Yaponiya, İngiltərə, SuriyaAzərbaycanda müxtəlif sərgilərin iştrakçısı olmuşdur.
  • Qəbələdə (İsmayıl bəy Qutqaşınlının) Bakıda (Şah İsmayil Xətainin) və Antakyada Mustafa Kamal Atatürkün xatirələrinə[1] ucaldılmış abidələrin, "Atatürk ve Cumhuriyet" barelyefının[2] müəllifidir. Türkiyədə heykəltaraşlıq kompleksi, "Bilim yolu öncüleri"[3][4] adlı böyük tarix alimlərinin büstlərinin xiyabanı yaratmışdır.
  • 2016-cı ildə Müasir İncəsənət Muzeyində "Heykəl sərgisi" adlı sərgisı keçirilmişdir[5]
  • 2017-ci ilin may ayında Turizm Nazirliyi, Azərbaycan Dövlət Sənət Qalereyası və Muzey Mərkəzinin təşkil etdiyi "İRS" adlı sərginin qarışıq ekspozisiyasında nümayiş etdirilmişdir.
  • Bakıda Şah İsmayıl Xətai abidəsi(İbrahim Zeynalovla

birgə

abidəsi(İbrahim Zeynalovla birgə

  • Daş, mərmər, ağac və digər materiallardan hazırlanmış heykəllər, büstlər, barelyef
  • 1976-cı ildə "Stalevar" adlı əsərlə Lenin Komsomol mükafatı
  • 1977-ci ildə "İlin ən yaxşı əsəri" mükafatını aldı.
  • 2000 ci ildə "Güləş" heykəli ilə Azərbaycan üzrə birincilik mükafatı(Milli Olimpiya Komitəsi tərəfindən
  • 2000-ci ildə "Wrestling" heykəli ilə Dünya Olimpiya Komitəsi tərəfindən Sidney olimpiya oyunları heykəl müsabiqəsində mükafatlandırılmışdır
  • "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 16 oktyabr 2021[6]
  • 2019 cu ildə Danimarka dövlətinin təşkil etdiyi “Portrait Now! 2019" beynəlxalq müsabiqədə qalib olmuş, Frederiksburg Castle, Danimarkanın kolleksiyasında heykəli beynəxalq sərgidə yer almışdır.[7]
  1. "Arxivlənmiş surət". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.
  2. Юсифоглу Ф. Cumhuriyyete sanatsal dokunus // HatayVatan : газета. — 2013. — 24 https://www.hatayvatan.com/cumhuriyete-sanatsal-dokunus.htm[ölü keçid]
  3. Bilim yolu onculeri bustler Zakir Mehtiyev https://vimeo.com/57911704
  4. https://vimeo.com/57911704
  5. http://matbuat.az/news/589581/azerbaycanli-heykelterasin-sergisi-acildi---foto.html[ölü keçid]
  6. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 16 oktyabr 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
  7. "Arxivlənmiş surət". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.