Zakir Nəcəfov

Zakir Nəcəfov (tam adı: Zakir Məcid oğlu Nəcəfov) — alim, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitunun baş elmi işçisi, AMEA İqtisad İnstitunun elmlər doktoru, AMEA Mərkəzi-Təftiş şöbəsinin rəisi (1994–1999), AMEA-nın Maliyyə-iqtisad şöbəsinin rəisi, Milli Aviasiya Akademiyasının iqtisad və mühasibat idarəsinin rəisi (2013-cü ildən).[1] Bir sıra dövlət mükafatlarına və medallara layiq görülüb.

Zakir Nəcəfov
Zakir Məcid oğlu Nəcəfov
Doğum tarixi (73 yaş)
Doğum yeri Aslanbəyli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi elmlər doktoru
Elmi adları dosent, baş elmi işçi
İş yeri Milli Aviasiya Akademiyası

Zakir Nəcəfov 1951-ci il aprel ayının 1-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1967-ci ildə Ağstafa şəhər 1 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Neft və Sənaye İnstitutunun (indiki ADNA) mühəndis-iqtisad fakültəsinə daxil olmuşdur. 1972-ci ildə həmin İnstitutu bitirmişdir.[2]

Əmək fəaliyyətinə 1972-ci ildə "Sumqayıtkimyasənaye" istehsal birliyinin mərkəzi mühasibatlığında iqtisadçı kimi başlamışdır.

1973-cü ildən Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun İqtisadi Tədqiqatlar laboratoriyasında böyük mühəndisdir vəzifəsində çalışmışdır. 1976-cı ildə istehsalatdan ayrılmamaqla həmin İnstitutunun aspiranturasına daxil olmuşdur.

1986-cı ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

1986–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun İqtisadi Tədqiqatlar laboratoriyasında elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır.

1990-cı ildə "Azərməişəttexnologiya" elmi-isteshsalat birliyinin iqtisadi şöbəsinin rəisi-elmi katib olmuşdur. 1991-ci ildən həmin birliyin nəzdində "Ekstra" elmi-tədqiqat və istehsalat dövlət müəssisəsində direktor, 1992-ci ildən Elmi-istehsalat birliyinin baş direktor müavini vəzifəsində çalışmışdır.

1993-cü ildə Kiyev "Masma" Eib-nin "masma-servis" dövlət müəssisəsinin Bakı filialının direktoru olmuşdur.

AMEA Mərkəzi-Təftiş şöbəsinin rəisi (1994–1999), 1999-cu ildən maliyyə-plan şöbəsinin rəis müavini, AMEA-nın Maliyyə-iqtisad şöbəsinin rəisi (2001–2013) vəzifələrində çalışmışdır. 2011-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır.

Milli Aviasiya Akademiyasının iqtisad və mühasibat idarəsinin rəisi vəzifəsində çalışır (2013-cü ildən).

Bir sıra dövlət mükafatlarına və medallara layiq görülüb. 14 dekabr 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Çoxsaylı elmi məqalələrin və 5 dərsliyin müəllifidir. Respublika və Beynəlxalq miqyaslı elmi konfransların iştirakçısıdır.

Aslanbəyli kəndinin Nəcəflilər soyundandır. Qaçaq Kərəmin babası (ata tərəfdən babası) Molla Zalın qardaşlarından Qaçaq Nəcəfin kötükəsidir.

  1. . https://naa.az/?page_id=78642[ölü keçid]" Milli Aviasiya Akademiyası  (az.)
  2. Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017.