Zaman Abdulla

Zaman Abdulla (tam adı:Abdullayev Zaman Məsimalı oğlu), (d.1938, Çaxırlı, Göyçə — ö. 09.08.2004, Bakı) – şair.

Zaman Abdulla
Abdullayev Zaman Məsimalı oğlu
Doğum adı Zaman
Təxəllüsü Abdulla
Doğum tarixi
Doğum yeri Çaxırlı, Göyçə
Vəfat tarixi
Vəfat yeri Bakı
Vəfat səbəbi ürək infarktı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Uşaqları Abdulla,
Atası Məsimalı
Anası Zərnişan
Fəaliyyəti şair

Abdullayev Zaman Məsimalı oğlu 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı (Qızılbulaq) kəndində anadan olub. Anası Zərnişan mahalın Daşkənd kəndində yaşayan Şahnazarlı nəslindən olan Çıraqəlinin qızıdır.

1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda atası Məsimalı müharibəyə getmiş və bir daha geri qayıtmamışdır. Anası Zərnişan balaca 3 yaşlı Zamanı da götürərək ata evinə yəni Çıraqəli kişinin himayəsinə getmişdir.

1944–1954-cü illərdə Daşkənd kənd orta məktəbində oxumuşdur. Sonralar Zaman Abdullayev Qazaxıstanda, daha sonra isə Stavropolda yaşamışdır.

O, sonda yenə doğma Göyçə mahalına qayıtmışdır. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür.

9 avqust 2004-cü ildə 66 yaşında Bakı şəhərində vəfat etmiş, Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur.

Ailəli idi, iki övladı var.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Daşkənd kəndi Zamanın yaradıcılığında ədəbi mühit rolunu oynamışdır. Belə ki, Daşkəndin aşıq və şairlərinin ona böyük təsiri olmuş və erkən Zaman da söz qoşmağa, şeir yazmağa başlamışdır. Qeyd etmək lazımdır ki, onun anası Zərnişan (1909–2010) fitri yaddaşa malik bir qadın idi. Çoxlu bayatılar, nağıllar, dastanların müəyyən hissələrini əzbərdən bilirdi. Bir neçə folklor toplayıcıları dəfələrlə onunla görüşmüş ondan bildiklərini yazıya almışlar. Zaman Abdullayev anasından da kifayət qədər bəhrələnmişdir.

  • "İtən dünyam, ulu Göyçəm", Bakı, "Qərənfil" İKŞ, 2005. 164 səh. 100 tiraj.