Zaman Qarayev (1931, Böyük Dəhnə, Nuxa rayonu – 27 mart 2014, Bakı) — yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas alim. 1961-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi (1976).[1][2]
Zaman Qarayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Böyük Dəhnə, Şəki rayonu |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Zaman Sadıq oğlu Qarayev 1931-ci ilin yanvar ayında Şəki rayonunun Böyük Dəhnə kəndində dünyaya gəlib. 1937–1947-ci illərdə Böyük Dəhnə kənd məktəbində orta təhsil alıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1952-ci ildə ali təhsilini başa vuraraq Azərbaycan dili, məntiq və psixologiya müəllimi ixtisasına yiyələnmişdir. Təyinatla Goranboy rayonuna göndərilmiş, Goranboy kəndində yaşlılar orta məktəbinə direktor və ədəbiyyat müəllimi təyin edilmişdir. 1954-cü ildə doğma Şəki rayonuna qayıdan Zaman Qarayev əvvəlcə 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində, 1955–1961-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.[2]
Ədəbi mühitə daha yaxın olmaq, geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün Zaman Qarayev 1961-ci ilin yanvar ayında Bakıya köçmüş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləməyə başlamışdır. 1961-ci il 4 yanvar tarixində SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir. O, 1967-ci ildə “Gənclik” nəşriyyatında, 1971-ci ildə “Kənd həyatı” jurnalında redaktor vəzifəsində çalışmışdır. Həmin ilin sonunda yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinə qayıdan Zaman Qarayev 1971–1980-ci illərdə Məktublar şöbəsinin müdiri, 1980–1991-ci illərdə Radionun İnformasiya Baş Redaksiyasında çalışmışdır. Daha sonra isə “Haqq söz” qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri işləmişdir.[2]
Zaman Qarayev 2004-cü il mart ayının 27-də dünyasını dəyişmişdir.[1]
Bədii yaradıcılığa gənc yaşlarından başlamış, 20 yaşında “İnqilab və mədəniyyət” jurnalında “Təşəbbüs” adlı hekayəsi çap olunmuşdur. 1954-cü ildən “Nuxa fəhləsi” qəzetinin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi dərnəyinin üzvü olub. 1959-cu ildə "Kürən", 1961-ci ildə isə "Qonağım olun" adlı kitabları işıq üzü görüb. Bundan başqa “Xarqo”, “Əlincə qalası”, “Kürü keçdilər”, “İldırımlı diyar” kimi romanların, onlarla povestin, hekayələrin müəllifidir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ömür və döyüş yoluna “Xarqo” romanını və “Mənim atam” hekayəsini yazmışdır. Daha sonra bu əsərlər ümumtəhsil məktəblərinin ədəbiyyat dərsliklərinə daxil edilib.[1]
O, yüzdən artıq elmi, bədii, ictimai-siyasi kitabın redaktoru olmuş, radio dalğalarda səslənən bir sıra verilişlərin, o cümlədən “Nina”, “Şirinnaz”, “Boran”, “Kazaklar”, “Ölü canlar”, “Sakit Don”, “Saçlı”, Medalyon”, “Ağbulaq dağlarında”, “Polkovnik Şaber”, “Dəyirman mühasirəsi”, “Bahar suları” kimi səhnələşdirilmiş radiopyeslərin müəllifidir.