Zamin Məmmədov (leytenant)

Zamin Allahverdi oğlu Məmmədov (5 oktyabr 1985; Nehrəm, Naxçıvan MSSR25 yanvar 2011, Ağdam rayonunun Cəvahirli kəndi) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Məmmədov Zamin
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndi.
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Ağdam rayonu Cəvahirli kəndi
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndi.
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Allahverdi Məmmədov
Anası Nərgiz Xanım Məmmədova
Təhsili Heydər Əliyev adına Hərbi lisey , Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Leytenant
Vəzifəsi Taqım Komandiri

ŞƏHADƏTİ[redaktə | mənbəni redaktə et]

2011-ci il yanvarın 25-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində açdığı atəş nəticəsində Zamin Məmmədov şəhidlik məqamına qovuşur.

HƏYATI[redaktə | mənbəni redaktə et]

Zamin Məmmədov 1985-ci il oktyabrın 5-də Nehrəm kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Bu kənddən başlayıb Vətən sevgisi. Əvvəl Nehrəmi, Naxçıvanı, sonra bütünlüklə Azərbaycanı sarıb. Nehrəm əsasən muxtar respublikanın daha çox ziyalılar yetirmiş yaşayış məskəni kimi tanınır. Anasının arzusu da Nehrəm kənd 2 nömrəli orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Zamini həkim görmək idi. Lakin o, qəhrəman doğulmuşdu. Onun missiyasi daha ali idi. Bu missiyanın ilk işartıları da elə uşaq yaşlarından görünürdü. Əlinə keçən alüminium məftilləri əyib gah tank, gah da avtomat düzəldirdi. Nərgiz ana: “O artıq öz yolunu seçmişdi. Bunun qarşısını almaq günah olardı. İnsan yalnız sevib seçdiyi sahədə müvəffəqiyyət qazanar. Ona görə də oğlumun seçiminə hörmətlə yanaşdıq”. Orta məktəbdə oxuyarkən artıq Sovet İttifaqı dağılmış, Azərbaycan şəhidlərin qanı bahasına əldə etdiyi müstəqilliyini qorumaq uğrunda mübarizə aparırdı. Vətənpərvərlər bu mübarizənin ön cərgələrinə qoşulurdular. Bu ərəfədə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Naxçıvanda ilk hərbi təhsil ocağı - Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı yaradılır. Böyük qardaşı Zaur Məmmədov bu liseyin ilk məzunlarından olur. 2000-ci ildə Zamin Məmmədov da Hərbi liseyin kursantı olmaq şərəfinə nail olur. Artıq o, məqsədinin astanasında idi...

Liseyi bitirdikdən sonra məqsədinin ardınca Bakıya üz tutan Zamin Məmmədov Heydər Əliyev adına Ali Hərbi məktəbi də uğurla başa vurur. Leytenant rütbəsi ilə ordu sıralarında xidmətə başlayan Zamin Məmmədov öz istəyi ilə Ağdama - cəbhə bölgəsinə göndərilir. Mənfur ermənilərin atəşkəsi tez-tez pozduğu bu bölgədə onun üzərinə daha artıq məsuliyyət düşürdü. Tağım komandiri kimi əsgərləri yetişdirmək, qayğısına qalmaq, eləcə də ayıq-sayıq Vətənin keşiyində dayanmaq.