Zaqafqaziya sincabı

Zaqafqaziya sincabı - lat. S.anomalus Gəmiricilər dəstəsinin növüdür. Guld (4 Ədəd Müqəvva,1 Skelet) Zaqatala rayonu, 2 ədəd müqəvva və 1 ədəd skelet sentyabr 1968 İsmayıllı rayonu, 2 ədəd müqəvva may-iyun 1970

Zaqafqaziya sincabı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Bədənin üst tərəfinin ümumi rəngi qonur – boz noxudu, qaramtıl – qonur çilli, alt tərəfi isə paslı – sarımtıl qəhvəyidir. Quyruğu intensiv şabalıdı – paslıdır. Alçaq və sərt tük örtüyü müxtəlif mövsümlərdə rəngini dəyişmir. Qulaqları nisbətən gödək olub zirvəsində adi sincablar üçün çox səciyyəvi olan fırçaları yoxdur. Zaqafqaziya sincabının kəsici dişləri bir qədər qısa və zəif olub üst çənəsində cəmi 1 yalançı kök dişi olur. Zaqafqaziya sincabında 10 əmzik olur.

Ağaclarda yaşamağa uyğunlaşmış bu heyvanlar respublikada bir – birindən ayrı iki regionda rast gəlinir: Böyük Qafqazın cənub yamaclarındakı dağ meşələrində və Alazan – Əyriçay vadisinin aran meşələrində və Kiçik Qafqazın dağ meşələrində [1]. Həyat tərzinə görə sincab gündüz heyvanlarına aiddir. Sincablar öz yaşayış yerlərini koğuşlarda düzəldirlər. Koğuş olmadıqda gövdə haçalarında yarpaqlardan və budaqlardan sığınacaq qururlar. Toxum, qoz, fındıq, şabalıd, müxtəlif meyvələr, giləmeyvələr, meşə ağacların və kolluqların cavan pöhrələri ilə qidalanır.

Sincab il ərzində 3 dəfə çoxalır. Yanvarın sonu – fevralın əvvəlində, aprelin sonunda və iyulun ortalarından avqustun sonuna qədər. Bir nəsildə 2- 4 bala olur.

Məhdudlaşdırıcı amil kimi

[redaktə | mənbəni redaktə et]

Xəzinə görə az miqdarda ovlansa da xəzin keyfiyyəti aşağı olur və yüksək qiymətləndirilmir.

  • Azərbaycan heyvanlar aləmi III cild, onurğalılar Bakı-<<ELm>>-2004
  1. “Azərbaycan heyvanlar aləmi” III cild, onurğalılar Bakı-<<ELm>>-2004