Zaqafqaziya təlxəsi

Zaqafqaziya təlxəsi(lat. E.hohenackeri Str) — zəhərli ilan növü.

Zaqafqaziya təlxəsi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Görünüşü[redaktə | mənbəni redaktə et]

Zaqafqaziya təlxəsinin bədəninin uzunluğu 75 sm -ə , quyruğu bundan 4–5 dəfə qısa olan orta ölçülü ilandır. Bir gözünü qalxancığı var. Gözaltı qalxancığı yoxdur. İki gözarxası, adətən 8, seyrək hallarda 7 və ya 9 üstdodaq qalxancığı vardır. Gövdənin ortası ətrafında 23, seyrək hallarda 21 və ya 25 pulcuq olur. Qarın qalxancıqları 195–226, quyruqaltı qalxancıqlar 57–74 cütdür. Üstdən qəhvəyimtil-qonur, qonurumtul-boz və ya açıq qəhvəyi rəngdə olub, bəzi yerlərdə gödək köndələn zolaqlar əmələ gətirən qəhvəyi, qonur və ya az qala qara xallardan ibarət iki uzununa sırası vardır. Əksər hallarda bu xalların sıraları bel tirəsi boyunca gedən ensiz açıq zolaqla bir birindən ayrılır. Bədənin böyürləri boyunca xırda tünd xallardan ibarətbir sıra uzanır. Başı üstdən qara çilli, ənsə qalxancıqlarında isə bir qədər iri çillidir. Peysərindəki iki səciyyəvi tünd xal irəliyə doğru daralan birləşmiş kənarları ilə uzunsov yabanı xatırladır. Qarnı qonurumtul-boz, çoxsaylı tünd xallı və səciyyəvi sədəf çalarlıdır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Asiyada, Şimali –Qərbi İranda, Zaqafqaziyada, Dağıstanda, Şimali Osetiyada və Çeçen –İnquşetiyada yayılmışdır. İki Yarımnövündən Azərbaycanda nominativ növ yaşayır. Başlıca olaraq dağətəyi meşələrdə yaşasa da aran meşələrinə də girir. Meşənin seyrək hissələrində , talalarında, kol bitkiçiliyi ilə zəngin olan dərə və yarğanlarda olur. Daşların altında , gəmirici yuvalarında və torpaqdakı müxtəlif çuxurlarda gizlənir. İnsanla yaxınlıqdan qaçmayaraq üzümlüklərdə və bağlarda məskunlaşır.2500 m-ə qədər dağlara qalxır.

Çoxalması[redaktə | mənbəni redaktə et]

İyunun ikinci yarısı – iyulda 23–40 mm uzunluğunda 3–7 yumurta qoyur. Körpələr avqustun sonu – sentyabrda üzə çıxır. Siçankimi gəmiricilərlə qidalanaraq çox vaxt onları öz yuvalarında udur. Müxtəlif kərtənkələlərlə qidalanır. Körpələri cücülərlə qidalanır. Çox hərəkətli ilan olub sərt qayalara və ağaclara yaxşı dırmaşır. Təhlükə zamanı başın arxa hissəsini güclü şəkildə enlədərək fışıltı ilə düşmən tərəfə atılır, ancaq nadir hallarda dişləyir. İnsan üçün zərərsizdir. Zahirən gürzəyə çox oxşadığına görə çox vaxt onu öldürürlər. Nadir növ olduğundan Azərbaycan respublikasının Qırmızı kitabına daxil edilmişdir.[1][2]

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı "Elm". 2004–620 s.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "TƏBİƏTİ QORUYAQ". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  2. "Azərbaycan Qırmızı Kitabı". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]