Zaqatala üsyanı (1830)

1830-cu il Zaqatala üsyanı — çar Rusiyasının müstəmləkə siyasətinə qarşı xalq üsyanı.

Üsyanın səbəbləri

[redaktə | mənbəni redaktə et]

XIX əsrin 20-30-cu illərində Rusiya çarı I Nikolay müstəmləkə rejimini Qafqazda daha da möhkəmləndirmişdi. Qafqazdakı qonşu xalqlara nisbətən çarizmin Şimali Azərbaycanda milli, dini və ictimai zülmü daha dözülməz idi. Müxtəlif çinli çar məmurları Şimali Azərbaycanda xalqın milli sərvətini acgözlüklə mənimsəyir, əhalinin milli heysiyyatına toxunur, təhqir edir, insan ləyaqətinin alçaldırdı. Xanlara, bəylər, ağalara və onların ailə üzvlərinə, qohumlarına divan tuturdular. Onların torpaqları və əmlakları dövlət xəzinəsinin ixtiyarına keçirilirdi.

Özlərini mütləq hakim hesab edən komendantlar imperiya qanunlarına heç bir məhəl qoymurdular. Əhalinin əksəriyyətini təşkil edən kəndlilər torpaqsızlıqdan zinhara gəlmişdi. Müstəmləkəçilərə qarşı narazılığı artıran bir səbəb də çarın mənfur köçürmə siyasəti idi. Ermənilərin, almanların və rusların Azərbaycanda məskunlaşdırılması, onlara əlahiddə imtiyazlar verilməsi, yüz minlərlə desyatin torpaq ilə təmin edilməsi vəziyyəti daha da ağırlaşdırırdı.

Car-Balakən camaatlığının ləğvi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan əyalətlərində komendantlıq adlanan hərbi idarələrlə əvəz edilməsinə baxmayaraq, Car-Balakən camaatlığında daxili muxtariyyət hələ də qalmaqda idi. Bu, çarizmin Qafqazdakı müstəmləkəçilik siyasətinə uyğun gəlmirdi. Çarizmin niyyəti əvvəlcə camaatlığın daxili muxtariyyətini ləğv etmək, sonra isə əyalətin ərazisindən hərbi istinadgah kimi istifadə edib dağlıların milli-azadlıq hərəkatını boğmaq idi.

General İ.F.Paskeviç yerli əhalinin gözləmədiyi bir vaxtda 1830-cu ilin fevral ayında buraya qoşun yeritdi. Vaxtın belə seçilməsi təsadüfü deyildi. Dağ keçidləri buz bağladığından cəsur dağlı döyüşçülərin camaatlığın köməyinə gəlməsi mümkünsüz idi. İ.F.Paskeviç hücum etməzdən əvvəl əhaliyə Azərbaycan türkçəsində yazılmış bəyannamə ilə müraciət etmişdi. O, yürüşün əsl mahiyyətini gizlətmək üçün əhaliyə bildirirdi ki, vilayət yeni "Qaydalar" əsasında idarə olunacaqdır.

Beləki bölgə rəis, baş hakimin seçdiyi 2 məmur və yerli camaatın seçdiyi 6 nəfər nümayəndə tərəfindən idarə olunmalı idi. İlk rəis isə Bekoviç-Çerkasski təyin olundu. Demək olar ki, bütün səlahiyyətlər rəisin əlində cəmləşdi. Bununlada camaatlıq daxili müstəqilliyini itirirdi. Əvvəlcə Muxax, Katex və Balakən kəndləri yeni qaydaları qəbul etdilər. 3 mart günü rus ordusu Cara daxil oldu və müvəqqəti idarə yaradıldı. Car-Balakən özünü idarə etmə hüququnu itirdi. Məhz bu hadisələr üsyanın başlamasına təkan verdi.

Üsyanının gedişi

[redaktə | mənbəni redaktə et]

Üsyanın başlaması və I mərhələsi

[redaktə | mənbəni redaktə et]

Car-Balakəndə gedən proseslər Dağıstanda fəaliyyət göstərən dağlıların və müridizmin liderlərinin diqqətindən yan keçmədi. Nüfuzlu müridlərdən olan Şeyx Şaban camaatı ruslara qarşı ayağa qalxmağa çağırdı. Üsyan iyunun 12-si başladı. 21 iyunda Zaqatala qalası yaxınlığįnda baş verən döyüşdə üsyançılar uğursuzluğa düçar oldular. Yaxşısilahlanmįş nizami rus ordusu kəndli dəstələrini geriyə otuzdur bildi. Beləliklə üyanın ilk mərhələsi məğlubiyyətlə nəticələndi.

Üsyanın ikinci mərhələsi

[redaktə | mənbəni redaktə et]

Sentyabr ayında müridizmin görkəmli liderlərindən olan Həmzət bəy Cara gəldi. Birləşmiş qoşun Katexi tutdu və Yeni Zaqatala qalası ilə Balakənin əlaqəsini kəsdi. 15 oktyabrda baş verən döyüş üsyançıların qələbəsi ilə bitdi. Car vilayəti yerli əhalinin idarəsinə keçdi.

Üsyanın məğlubiyyəti və nəticəsi

[redaktə | mənbəni redaktə et]

Ancaq çar zabitləri Şeyx Şaban və Həmzət bəyi ələ alaraq, yenidən Dağıstana qayıtmalarına nail oldular. Bununla üsyançıların gücü azaldı, birliyi pozuldu. Noyabrın 14-ü rus qoşunu Car və Göyəm kəndlərinə, Köhnə Zaqatala qalasında nəzarəti geri aldı. Üsyan məğlub oldu. Təşkilatçılardan 32 nəfər hərbi məhkəməyə verildi. Həmin ilin dekabrında Balakəndə yeni üsyan başlasada, tez bir zamanda yatırıldı.

  • Azərbaycan tarixi, cild 2, Bakı, 1964.