Zаqаtаlа Dövlət Rəsm Qаlеrеyаsı — (ZDRQ) 1989-cu ildə yаrаdılıb. Zaqatala şəhərində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 79 ədəddir.[1]
Zaqatala Dövlət Rəsm Qalereyası | |
---|---|
Fəaliyyəti | Əsərlərin bərpası və qorunması |
Yaranma tarixi | 1989 |
Yarandığı yer | Azərbaycan Zaqatala rayonu |
Fəaliyyət göstərdiyi yer | Azərbaycan, Zaqatala Sülh küç. 12, |
Sədr | Hüseynov Əfqan İlham oğlu |
azgallery.az |
Qalereya Zaqatala Tarix — Mədəniyyət qoruğunun ərazisində yerləşir. Binanın ümumi sahəsi 418 m2, ekspozisiya zalının sahəsi 198 m2, fond saxlama sahəsi isə 21 m2-dir. Qalereyanın ekspozisiya zalında müntəzəm olaraq 65 rəsm əsəri, məktəblilərin əl işləri nümayiş etdirilir. Daimi fondda olan 128 əsərlə yanaşı rayon rəssamlarının əl işləri, rəsm əsərləri əlamətdar günlər, bayramlar zamanı səyyar şəkildə sərgilər vasitəsilə şəhərin park və meydanlarında nümayiş olunur. Qalereyada Azərbacanın məşhur rəssamlarından M.Rəhmanzadə, S.Haqverdiyev, R.Mehdiyev, O.Sadıqzadə, A.Hüseynov, T.Ağababayev, K.Nəcəfzadənin və başqalarının əsərləri, həmçinin Azərbaycanın şair və yazıçılarının portretləri vardır.[2]