Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi — 1967-ci ildə yaradılmış muzey.
Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 1967 |
Mövzu | Tarix |
Yerləşir | Zaqatala |
Kolleksiyası | 10394 eksponat |
Direktor | Ramazanov Səfər Süleyman oğlu |
Muzeyə yetişmək | Zaqatala şəhəri Heydər Əliyev prospekti – 30[1] |
Telefon | (+994 24) 225-31-72 |
İş rejimi | (II – VII) 10:00 – 18:00[2] |
Muzey uyğunlaşdırılmış bir binada yerləşir. Muzey bir ekspozisiya zalından ibarətdir. Zalın sahəsi 185 m² – dir. Muzeyin ümumi sahəsi 430 m²–dir. Muzey şəhərin mərkəzində yerləşir. Eksponatlar üç fond otağında saxlanılır. Burada 537 eksponat nümayiş etdirilir.[3] Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiya zalında yeddi şöbə fəaliyyət göstərir: Tarix-diyarşünaslıq muzeyi 5 şöbədən ibarətdir. Burada müxtəlif dövrlərdə sənətkarlar tərəfindən düzəldilmiş məişət və kənd təsərrüfatı alətləri, toxuculuq məmulatları, dulusçuluq nümunələri, geyimlər, bəzək əşyaları və digər eksponatlar nümayiş etdirilir. Ən qədim eksponat eramızdan əvvəl III minilliyə aid olan kəsici alətdir. Muzeydə 16 nəfər əməkdaş çalışır.[4]
Muzeydə müxtəlif dövrlərdə sənətkarlar tərəfindən düzəldilmiş məişət əşyaları toplanmışdır. Bu əşyalar sırasına dulusçuluq sənəti nümunələri, ağac və müxtəlif materiallardan hazırlanmış məişət və kənd təsərrüfatı alətləri, toxuculuq məmulatları, metaldan hazırlanmış bəzək əşyaları, müxtəlif dövrlərə aid geyim nümunələri, silahlar və hədiyyələr daxildir.[5] Muzeyin daimi və elmi köməkçi fondlarında 10500 ədəd eksponat saxlanılır. Eksponatlar üç fond otağında saxlanılır. Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiya zalında yeddi şöbə fəaliyyət göstərir:[6]
Mütəxəssislər kufi xətti ilə ərəb dilində yazılmış sikkəni araşdıraraq aşağıdakı kimi geniş annotasiya vermişdir. Sikkənin üz tərəfində dairənin içərisində yuxarıda "La illəha illəlah" sözləri yazılmışdır. (Allahdan başqa Allah yoxdur) Dairə xarici çevrədə isə " Bismillahi duribə həzəd dirhəmi bi Aran fi sənəti sittun və səməninə vəliyəh" (tərcüməsi : Allahın adıilə bu dirhəm 184-cü ildə (hicri ilə), 800-cü ildə (miladi ilə ) Aranda zərb olunmuşdur. Sikkənin arxa üzü: Dairənin tən ortasında bu sözlər yazılmışdır: "Və Məhəmməd Rəsulillah mimma əməra bil xəlifəti Harun Əmirul möminin " (tərcüməsi: Məhəmməd Allahın Rəsuludur, möminlərin əmiri xəlifə Harunun əmri əsasında zərb edilmişdir.) Dairənin xaricində Quran ayələri yazılmışdır. (Tövbə surəsi 33-cü ayə)". Çəkisi 2,85 qr, dm – 25 mm-dir. Sikkələrin hazırlandığı materialı gümüşdən olub əl işidir. Mazıx kəndindən muzeyə gətirilmişdir Pullarən üzərində damğa, ştamp və başqa işarələr və tarix yoxdur. Elmi pasportu 14 noyabr 2016-cı ildə tərtib edilmişdir.[7]
Muzeydə hər şöbəyə aid olan eksponatların elektron versiyaları yaradılmış, pasportları işlənmiş və eyni zamanda kompüterin yaddaşında saxlanılır. Muzeydə kitabların bərpası işi də aparılır.
Kitab əvvəlcə tam şəklidə elektronlaşır sonra bərpaya göndərilir. Kİtabın elmi pasportu Əhməd Niyazov tərəfindən oxunub tərcümə edilib. Müəllif ابو عبد هللا جالل الدين محمد بن احمد بن محمد االنصاري المحلي الشافعي Əbu Abdullah Cəlaləddin Məhəmməd bin Əhməd b.Məhəmməd əl-Ənsari əl-Məhəlli əş-Şafei, (864/1459). Əsli Afrikalı olan Cəlaləddin Məhəlli, Nil çayının Dimyat qolunun qərbində yerləşən Məhəllətu`l-Kübraya nisbətlə Məhəlli ləqəbini almışdır. Böyük Şafei fəqih və təfsir alimi olan Məhəlli on beşə yaxın böyük əsərlərin müəllifidir ki, onların hamısı günümüzə gəlib çatmış çap edilmiş əsərlərdir. Kitab: "الطالبين منهاج شرح في الراغبين كنز / Kənzur-Rağibin fi şərhi Minhaci`t-Talibin" II cilddən ibarət olan bu əlyazma böyük şafei alimi İmam Nəvəvinin İslam fiqhinə dair olan "Minhacit-Talibin" əsərinə yazılmış şərhin əlyazmasının ikinci cildidir. Bu cilddə İslam hüququnun nikah, nüşuz, qəsəm, xul, talaq, ricət, ila, kəffarə, lian, istibra, rada, nəfəqə, cirah, qisas, diyet, davad-dəm, buğat, riddə, zina, həddi-qəzf, qatu-sirqə, qatu`t-tariq, əşribə, səyyad, siyer, cizyə, hədn, sayd və zəbaih, udhiyyə, ətimə, müsabiqə və münadilə, iman, nəzr, qada, qismət, şahadat, dəva`l-beyyinat, itq, tədbir, kitabə, ümməhətü`l-əvlad mövzuları kitabın mündəricatını təşkil edir. Bu cilddə kitabın adı, müəllifi və əlyazma katibi haqqında hər hansı bir məlumat yoxdur. Mədrəsələrdə istifadə zamanı çoxlu sayda qrammatik və hüquqi qaydalar gözəl yazı nümunələri, xəttatlıq sənəti nümayiş etdirilərək səhifə kənarlarına yazılmışdır. Kitabda səhifə aralarında hər biri kitabın mövzusuna aid bir çox müstəqil fitvalar və xüsusi qeydlər mövcuddur. Bu, ümumiyyətlə kitabdan həm mütaliə məqsədli həm də tədrisdə istifadənin yüksək səviyyədə olduğunu göstərir.[8] Nəsihət. Fitva və izahlı şərhlər. (Bu nəsihət əlyazısı 0320 № li "Kənzur — Rağibin" kitabının içindən çıxmış nəsihətnamədir. Eksponat eyni zamanda adı keçən kitabın 4 № li qeydiyyatıdır) Səhifə 1 "Ey Adəm Oğlu, ölümü unutma. Bil ki, ölüm səni unutmur. Əgər dünya malının hamısını sənə versəm, bir o qədər də istəyərsən, sənin gözünü isə ancaq torpaq doyurar. Ey adəm Oğlu, gəncliyinə güvənmə, necə gəncləri ölüm apardı. Geriyə ancaq qocalıq qalmışdır. Ey Adəm oğlu, nə kişilər vardır ki, dünya malı yığdılar ancaq öldü getdilər və mallarını tərk edib getdilər. Həm də bu malı elə mirasçılara buraxıb getdilər ki, axirətdə onlar yox, qoyub gedən özü bu malın hesabını verəcək. Dünyalıq bir şeylə öyünmə. Səndən əvvəlkiləri aldatdığı kimi, səni də aldadar. Dünyadan sənə daha qiymətli olan şeyləri istə. Dünyalıq olanlar onun aşiqləri üçün həmişə bəladır və ona həris olanlar üçün ağır imtahandır. Əgər dünyanın Allah nəzdində bir milçək qanadı qədər dəyəri olsaydı kafirə ondan bir qurtum su belə içirməzdi." Səhifə 2. 2-ci və 3-cü səhifədə ayə və hədislər göstərilərək nəsihətvari moizə verilmişdir. Bu yarı "Siracul — qulub" kitabından götürülmüşdür. Səhifə 4. 4-cü səhifədə "Tənbihul — qafilin" adlı əsərdən əkin işləri üçün tövsiyə edilən nəsihət qeyd edilmişdir. "Kişiyə əkinçilikdə müstəhəb olan şeylər": Əkin üçün həftənin birinci, dördüncü və bazar günləri müstəhəbdir. Əkinə gedərkən xanımına əmr etmədən öküzün buynuzundan özün tut. Tutandan sonra bu duanı oxu. (Bəqərə 204) "Və izə təvəlla səafil – ardi li yuhlikəl — harsə vən – Nəsl. Vallahu lə yuhibbul – fəsad. Əkin anında toxumun torpağa qovuşmasında oxusan əkin xeyir, bərəkətli olar və bəlalardan əmin olar. Bu dünya "Allahumə salli alə Muhəmmədin və alə Əli Muhamməd və səllim. Allahummə inni Səlləmtu ileykə.Yə iləhəl Aləmin.Yə muin.Yə Allah.Yə Raziqəl muğillin.Yə ərhəməlməsəkin və zəl-qüvvətül-mətin və yə ğəyyasül-müstəğisin və ya xeyrən-Nasirin.İyyəkə nəbudu və iyyəkə nəstəin.Allahumə in kənə rizqi fis-səmai məal-mətari fəənzilhu və inkənə fil-erdi qaribən fəyəssirhu və in kənə kəsiran yə xayrər-Raziqin. Sübhanəl-bəisil-varis.Yə muinə kulli xayrin Yə muinəl-bəisil-fəqir.Yə Razzəqət Tiflis-sağir Yə ərhəmər-Rahimin." Eksponatın ölçüləri 38 x 22 sm, vərəqlərin sayı 226, çəkisi 2721 — qram. (2 kq 721 qram). Kitabın içində həm kitaba yapışdırılmış həm də səhifələrin arasına qoyulmuş vərəqlər vardır. Kitabın səhifələrinin arasındakı kiçik vərəqlərin sayı 150, yapışdırılan vərəqlərin sayı isə 36 – dır[9]