Zaqreb bankı

Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri.[3]

Zagrebačka banka
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi səhmdar cəmiyyəti
Sənaye bankçılıq, maliyyə xidmətləri
Təsis tarixi 1914
Baş qərargahın yeri Zaqreb
İqtisadi göstəriciləri
Birjada listinqi Zaqreb fond birjası
Ümumi kapital 18.178 milyon xorvatiya kunası[1]
Ümumi aktivlər 123.724 milyon xorvatiya kunası[1]
Struktur
İşçi sayı 4,037 (2014)[2]
Ana şirkət UniCredit
zaba.hr

Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı.

İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında. Bank YSFR dövlətinə məxsus olmayan ilk səhmdar bank oldu.

2002-ci ildə Zagrebačka banka İtaliyanın UniCredit maliyyə korporasiyası tərəfindən alındı. Hal-hazırda ölkənin ən böyük bankıdır, ölkənin bank xidmətləri sektorunun 25%-nə sahibdir. Bank xidmətlərindən 80.000 hüquqi şəxs və 1.1 milyondan çox fiziki şəxs yararlanır.

  1. 1 2 "Annual Report 2013" (PDF). Zagrebačka banka. 15 April 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 14 April 2014.
  2. "Konzum je prešišao Zagrebački holding: Ima 11.886 zaposlenih". tportal.hr (xorvat). 22 May 2015. 24 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2015.
  3. "Сайт Загребской фондовой биржи". 2013-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]