Zaqreb kafedralı

Zaqreb kafedralı (xorv. Zagrebačka katedrala) — Xorvatiyanın paytaxtı Zaqrebdə, Kaptolda yerləşən Roman-Katolik kafedralı. Xorvatiyanın ən hündür tikilisidir, Alp dağlarının cənub-şərqində yerləşən qotika üslubunda olan tikililərdən biridir.[3] Kafedral Məryəmin göyə çıxmasına, eləcə də, I İştvan və I Lasloya həsr olunmuşdur. Kafedralda yerləşən sakristiya böyük memarlıq dəyərinə malikdir. Kafedralın gözəçarpan şpilləri görməli yerlərdən biri hesab olunur və şəhərin bir çox yerlərindən şpilləri görmək olar.

Zaqreb kafedralı
xorv. Zagrebačka katedrala
Xəritə
45°48′52″ şm. e. 15°58′47″ ş. u.
Ölkə  Xorvatiya
Status kafedral
Şəhər Zaqreb
Yerləşir Zaqreb[2]
Aidiyyatı Roma-Katolik kilsəsi
Memar Herman Bole (son rekonstruksiya)
Tikilmə tarixi XIII əsrin ortaları
18801906 (rekonstruksiya/əlavələr)
Üslubu Qotika (orijinal)
Neoqotika (XIX əsr rekonstruksiyası)
Material kərpic
Rəsmi adı: Zagrebačka katedrala
TipiMədəni
Təyin edilib9 mart 2013[1]
DövlətXorvatiya
Zaqreb kafedralı (Xorvatiya)
Zaqreb kafedralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1093-cü ildə Kral Laslo (1040-1095) yepiskop kafedrasını Sisak şəhərindən Zaqreb şəhərinə köçürmüşdür və mövcud kilsə kafedral elan edilmişdir. Kafedralın tikintisinə kralın ölümündən qısa müddət sonra başlanılmış və 1217-ci ildə tamamlanaraq Kral II Andraş tərəfindən təqdis olunmuşdur. Tikili 1242-ci ildə monqollar tərəfindən dağıdılmışdır, lakin bir neçə il sonra yepiskop Timotej (1263-1287) tərəfindən bərpa edilmişdir. XVI əsrin sonlarında Xorvatiyanı işğal etmiş Osmanlı imperiyası kafedral ətrafında istehkam divarları tikməyə başlamışdır və divarların bir hissəsi hələ də salamatdır. XVII əsrdə kafedralın cənub tərəfindən möhkəmləndirilmiş intibah qülləsi ucaldılmışdır və qüllədən Osmanlı imperiyasına qarşı hərbi məqsədlər üçün (müşahidə) istifadə olunmuşdur.

1880-ci ildə baş vermiş Zaqreb zəlzələsi zamanı kafedral böyük ziyan görmüşdür. Əsas nef çökmüş və qüllə dağılmışdır. Kafedralın rekonstruksiyası ilə memar Herman Bole məşğul olmuşdur. O, kafedralı neoqotika üslubunda yenidən bərpa etmiş və indiki görkəminə salmışdır. Rekonstruksiyanın bir hissəsi kimi qərb tərəfdə hündürlüyü 108 metr olan iki şpil ucaldılmışdır. Bu şpillər hazırda kafedralın ekstensiv bərpasının bir hissəsi kimi bərpa olunur.

1000 Xorvatiya kunasının 1993-cü ildə buraxılmış buraxılışının arxasında kafedralın təsviri vardı.[4]

Kafedralın genişliyi 46 metr, hündürlüyü 108 metrdir.[5] Şimal qülləsində 5, cənub qülləsində 3 zəng vardır.[6] Kafedralda xorvat heykəltaraş İvan Meştroviç tərəfindən hazırlanan kardinal Aloizie Stepinasın relyefi yerləşir. 5 iyun 2011-ci ildə Papa XVI Benedikt kafedralı ziyarət etmiş və I İştvanın məzarı önündə dua etmişdir.

  1. "Arxivlənmiş surət". 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-29.
  2. archINFORM (alm.). 1994.
  3. [https://web.archive.org/web/20120129212510/http://www.matica.hr/Vijenac/vijenac466.nsf/AllWebDocs/Razbijene_zastarjele_predrasude Arxivləşdirilib 2012-01-29 at the Wayback Machine Feđa Gavrilović (12 January 2012). "Razbijene zastarjele predrasude" [Obsolete prejudices shattered]. Vijenac (in Croatian) (Matica hrvatska) (466). ISSN 1330-2787. Retrieved 29 June 2012.
  4. Croatian National Bank Arxivləşdirilib 2009-05-06 at the Wayback Machine. Features of Kuna Banknotes Arxivləşdirilib 2009-05-06 at the Wayback Machine: 1000 kuna Arxivləşdirilib 2009-05-11 at the Wayback Machine. – Retrieved on 30 March 2009.
  5. MAKOV TEKST O ZAGREBAČKOJ KATEDRALI[ölü keçid] - glas-koncila.hr
  6. "Zvona zagrebačke katedrale (Bells of the Zagreb Cathedral)". Glas Koncila (Croatian). 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]