Zarina Qurbanova[1] (17 dekabr 1990, Sumqayıt) — azərbaycanlı aktrisa.
Zarina Qurbanova | |
---|---|
Doğum tarixi | 17 dekabr 1990 (33 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 2010–h.h. |
Təhsili | |
Mükafatları | Yaxşı aktrisa oyunu mükafatı |
IMDb | ID9556722 |
1990-cı ildə Sumqayıt şəhərində doğulub. 1997-ci il Bakı şəhəri 190 nömrəli məktəbə getmişdir. Hərbçi ailəsində doğulduğundan 2000-ci ildə Rusiyaya köçmüş, 2004-cü ildə yenidən Bakıya dönmüş və 91 nömrəli məktəbdə oxumağa davam etmişdir. Məktəbi bitirdiyi ilədək 3 nömrəli musiqi məktəbi vokal bölməsində musiqi təhsili almışdır. Həmin dövrdə muğam, rəssamlıq və rəqslə də məşğul olmuşdur. 2008-ci il İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuşdur. Universitet illərində hazırlanan bütün tamaşa tədbirlərdə fəal iştirak etmiş bir çox mükafatlarla təltif olunmuşdur və 2012-ci il rejissoru olduğu İlğım tamaşasına görə qırmızı diplomla universiteti bitirmişdir. Daha sonra yerli telekanallarda "ulduzlu saat", "incəsənət", "gəzək yeyək" verlişinin aparıcısı olmuş. Azərbaycan kinostudyası nəzdində çəkilən. Rejissoru Xəyyam Abdullayevin olduğu "sirr" filmində rejissor asistantı kimidə fəaliyyət göstərmişdir. Bu dövr ərzində Addım gənclər təşkiıatı tərəfindən keçirilən "no smoking" film festivalı "sağlam həyat yaradıcılıq" sərgisində rejissoru olduğu qısa filmlərə görə 1 və 4-cü yerlərlə mükafatlandırılmışdır. Aktrisa kimi fəaliyyətinə başladıqdan sonra 2015-ci ildə baş rol oynadığı Arzuların ardınca filmində xərçəngdən əziyyət çəkən qadının taleyini canlandıraraq tamaşaçı rəğbətini qazanmışdır. Eyni ildə Akademik Musiqili teatrına "yatmış gözəl" tamaşası Malifisenta obrazını oynamağa dəvət almış balaca tamaşaçılarında sevgisini qazanmışdır. Bundan sonrakı illər digər filmlərdə müxtəlif janrlarda oynadığı obrazlara görə bir neçə dəfə "yaxşı aktrisa oyunu" mükafatına layiq görülmüşdür.