Zaro Ağa

Zaro Ağa (kürd. Zaro Axa; 16 fevral 1764 və ya təq. 182429 iyun 1934, İstanbul) – Türkiyənin ən uzunömürlü şəxsi. 157 il yaşamışdır. Bəzi mənbələrə görə isə dünyanın ən uzunömürlü şəxslərindən biridir.[1] Kürd əsillidir.[2]

Zaro Ağa
Doğum tarixi 16 fevral 1764(1764-02-16) və ya təq. 1824
Doğum yeri Meydan kəndi, Mutki ilçəsi, Bitlis, Osmanlı imperiyası
Vəfat tarixi 29 iyun 1934(1934-06-29)
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı
Dəfn yeri
Uşağı 13
Milliyyəti kürd
Tanınır ən uzunömürlü şəxs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zaro Ağa ömrü boyunca 10 Osmanlı hökmdarı, 1 Türkiyə prezidenti və 5 Türkiyə baş nazirinin hakimiyyətinə şahidlik edib. Zaro Ağanın neçə dəfə evlənməsi barədə məlumatlar mənbələrə görə dəyişir: 10, 13, 27 və 29 dəfə evləndiyi barədə mənbələr var. Sonuncu həyat yoldaşının adı Qüdrət idi. Zaro Ağanın 13 uşağı (bəzi mənbələrdə 36),[3] 26 nəvəsi (dəqiq bilinkir), 29 kötükcəsi olmuşdur. Ancaq 1 uşağı uzunömürlü (97 il) olmuşdur.[1]

Məvlüt Çələbi tərəfindən Zaro Ağanın həyatından bəhs edən kitab nəşr olunmuşdur.[1]

Zaro Ağa 1777-ci ildə hazırda Türkiyə Respublikasında, o dövrdə isə Osmanlı imperiyasının ərazisində yerləşən Bitlisin Mutki ilçəsinin Meydan kəndində dünyaya gəlmişdir. Şəxsiyyət vəsiqəsində isə 16 fevral 1774-cü ildə anadan olduğu qeyd olunmuşdur. Atasının adı Şəmsidir.[1] Doğulduğu zaman Osmanlı imperiyasında hakimiyyətdə I Əbdülhəmid var idi.[1] 18 yaşına qədər kəndində yaşadıqdan sonra İstanbulun Topxana bölgəsinə köçmüşdür. Burada pul qazanıb kəndinə qayıtdıqdan sonra yenə pul dalınca İstanbula gəlmişdir.[3]

Öz ifadəsinə görə 1799-cu ildə Napolyonun Akka mühasirəsi zamanı Cəzzar Əhməd Paşanın ordusunda döyüşmüş, 1826-cı ildə Yeniçəri ocağının üsyanı zamanı Ayasofiya bölgəsindəki yeraltı tunellərdə gizlənmişdir. 1828-ci ildə Osmanlı-Rus müharibəsi zamanı Şərif Mirzənin əmri ilə müharibəyə qatılmış və ayağından yaralanmışdır.[1] 1830-cu illərin ikinci yarısında İstanbula geri qayıtmışdır. Zaro Ağa Səlimiyə qışlağının, Topxana məscidinin və 1853-cü illərdə Ortaköy məscidinin də inşaatında işləmişdir. Bu tarixdən sonra hamballığa keçmişdir.[1]

1908-ci illərdən sonra siyasi gücü İttihad və Tərəqqi Cəmiyyətinin sosial və siyasi həyatı yoxlamaqda istifadə etdiyi təşkilatlardan biri olan Hamballar Cəmiyyətinin qurucularından biri hesab olunur. Zaro Ağa Mihri Müşviq xanımın başçılığı altında Bəyaziddəki Zeynəb xanım mülkində fəaliyyət göstərən Qız Təsviri İncəsənət Akademiyasında model olmuşdur.[1]

Mihri xanım məktəb açılanda (1914) əvvəlcə qızlara bıyıq taxdıraraq onları model cildinə salmışdır. Lakin bir müddət sonra ortaya qadınla kişi arasında qəribə formalar ortaya çıxmışdır. Bu dəfə kişi qəlibləri ilə şəkil çəkdirməyə çalışmışdır. Lakin bu dəfə də "qızlar lüt kişi heykəllərinə baxırlar" şayiələri yayılmışdır. Mihri xanım problemi həll etmək üçün yaşlı kişiləri model kimi istifadə etməyə qərar vermişdir və bu modellərdən biri də Zaro Ağa olmuşdur. Lakin Zaro Ağanın bu işi uzun davam etməmişdir.[1]

1924-cü ildə İstanbul meri operator Emin bəy onu bələdiyyədə "baş xadimə" olaraq işə almışdır. 28 fevral 1925-ci ilə aid "Cümhuriyyet" qəzetindəki bir xəbərdə Zaro Ağa: "Mən nə Şeyx Səid adlı o məlunu tanıyıram, nə də adamlarını tanıyıram. Allah bəlalarını versin" deyərək Seyx Səid üsyanını tənqid etmişdir.[1]

Eyüpdəki qəbir daşı.

1925-ci ildə avropalı biznesmenlər Zaro Ağanı əvvəlcə İzmirə, ordan da İtaliyaya aparmış və onu "Dünyanın ən yaşlı adamı" adı ilə nümayiş etdirmişdirlər. Bu dövrdə üzərində "148 yaşında dünyanın ən yaşlı adamı" yazılı fransızdilli açıqca, İsveçdə isə onun haqqında xəbərlər nəşr olunmuşdur.[1]

1930-cu ildə Zaro Ağa Hermen Norden[3] adlı amerikalının təklifi ilə Bremen gəmisi ilə ABŞ-yə yola düşmüşdür. Bir qrup amerikalı biznesmen Zaro Ağanı "müasir Mafusail" adı ilə ABŞ-nin müxtəlif bölgələrində nümayiş etdirmişdir.[1]

18 iyul 1930-cu illərdə ABŞ-yə ayaq basdıqdan sonra Zaro Ağanı o dövrdə Nyu-Yorkun ən hündür binası Krisler binasının damına çıxarmışdılar. Zaro Ağaya smokinq geydirmiş, əlinə İncil vermiş və ABŞ-nin rifahı üçün dua etməyə məcbur etmişdirlər. Onunla şəkil çəkdirmək 10 dollar, onu öpmək 15 dollar idi.[4] Brodveydə onu taksi vurmuş və bir neçə gün xəstəxanada qalmışdır. ABŞ-də gəlişindən 9 ay sonra Türkiyəyə qayıtmışdır. 1931-ci ildə İngiltərəYunanıstana da getmişdir.[1]

İngiltərədən qayıtdıqdan sonra Topxanadakı evində sakit həyat tərzi keçirməyə başlayan Zaro Ağa bundan sonra türk malları üçün təbliğat üzü kimi istifadə olunmağa başlamışdır. Məsələn, Macarıstanda nəşr olunan dörddilli Zaro Ağa açıqcalarının üzərində "Kim Zaro Ağa kimi türk üzümü və fındığı yesə, zeytun yağı və İzmir ənciri qəbul edərsə və türk tütünü çəkərsə, onun kimi bu yaşda sağlam olar" yazılmışdır. Zaro Ağanın özü ömrü boyunca spirtli içki içməmiş, sadəcə qatıqla çörək yemişdir. Lakin tütün çəkməkdən heç vaxt əl çəkməmişdir.[1]

1934-cü ildə 28 iyundan 29 iyuna keçən gecə Şişli Etfal xəstəxanasında 157 yaşında (öz ifadəsinə görə 160) yaşında ölmüşdür. Öd kisəsində 2 daş, qaraciyərində bir az sarılıq, ağciyərlərində vərəm aşkar edilmişdir. Ölümü böyrək, prostat və sidik kisəsindəki iltihab səbəbi ilə baş vermişdir. Həkimlər bioloji yaşının 130 olduğuna qərar vermişdirlər. Tabutu 112 nömrəli cənazə maşınına qoyularaq Eyüp qəbiristanlığında dəfn olunmuşdur.[1]

Uzunömürlülüyünü öyrənmək üçün beyni, ciyəri və ürəyi ABŞ-yə aparılmışdır. Öyrənildikdən sonra maye içində bankada qorunub Sultanəhməd Sağlamlıq Muzeyinə aparılan beyni uzun illər sərgilənəndən sonra yoxa çıxmışdır.[3]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Ayşe Hür. "'Modern Methuselah' Zaro Ağa" (türkcə). 26 iyun 2011. 2 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2019.
  2. Mecid Efendi (one of the son-in-law of Zaro Aga), Cumhuriyet, 1 July 1778.
  3. 1 2 3 4 Mete Sohtaoğlu. "Türkiye'nin ilk medyatik kahramanı". Radikal (türkcə). 30 iyun 2011. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2019.
  4. "157 Yılı Bir Yiyecek Sayesinde Devirmiş: Dünyanın En Uzun Yaşayan Adamı Zaro Ağa". CEOtudent (türkcə). 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]