Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 3 saniyə əvvəl Redivy (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Zaur Əliyev(hüquqşünas) | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1980 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, hüquqşünaslıq |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Əliyev Zaur Hümbət oğlu - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent
Əliyev Zaur Hümbət oğlu - 1980-ci ildə Bərdə şəhərində anadan olub, 1996 – 2000-cı illər ərzində bakalavriat pilləsində, 2000 – 2002-ci illər ərzində magistratura pilləsində təhsil alaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirib.
İxtisasını artırmaq məqsədi ilə 2005 – 2009-cı illərdə təhsilin aspirantura səviyyəsində təhsil alıb, 2014 – 2019-cu illərdə isə doktorantura pilləsini bitirərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.[1][2]
2003 – 2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olub.
2002 – 2003-cü illərdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının Hüquqi maarifləndirmə şöbəsinin baş məsləhətçisi; 2005 – 2006-cı illərdə Aparatın Hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi; I dərəcə dövlət qulluqçusu; 2006 – 2010-cı illərdə Aparatın Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, Elmi-analitik sektorun müdiri; 2010 – 2016-cı illərdə Aparatın Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2011-ci ildən Bakı Dövlət Universiteti, Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının dosenti olmaqla, 2022-ci ildən Hüquq fakültəsinin dekanıdır.
Eyni zamanda 2016 – 2022-cı illər ərzində Heydər Əliyev Fondunda baş hüquqşünas olmuş, 2018-cı ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosentidir.[1]
Azərbaycan Respublikası Prezidentinin 25.06.2014-cü il tarixli 580 №-li Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Həmçinin Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun “İsveçrə Liderlik Proqramı”nın qalibi olub, , Rusiya Elmlər Akademiyası, Rusiya Beynəlxalq Hüquq Assosiasiyası, Tatarıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən fəxri fərmanlara və diplomlara, eləcə də 10 may 2019-cu ildə Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə xatirə diplomuna və Universal Sülh Federasiyası tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülüb.
Bir sıra hüquqi təşkilatların fəxri üzvüdür, dövlət proqramların və layihələrin hazırlanmasında iştirak edib, bir çox dərsliklərin, dərs vəsaitlərin və digər nəşrlərin müəllifi olub, çoxsaylı məqalələri müxtəlif mətbu nəşrlərdə dərc olunub.
Dövlət qulluğunun baş müşaviridir, rus və ingilis dillərini sərbəst bilir, ailəlidir.
Zaur Əliyev həm də İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının dosentidir. O, 2011-2013-cü illərdə Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müəllimi olmuş, 2013-cü ildə İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası yarandıqdan sonra isə pedaqoji fəaliyyətini bu kafedrada davam etdirmişdir.[3]
2009-cu ildə «Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası» mövzusunda dissertasiya işi müdafiə etmişdir. Dissertasiya işinə dair bir sıra nüfuzlu ali təhsil müəssisələrindən (Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu-МГИМО, Saratov Dövlət Universiteti, Kazan Dövlət Universiteti, Kemerovo Dövlət Universiteti və s.) müsbət rəylər daxil olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 1 iyun 2011-ci il tarixli qərarı ilə (protokol № 16-k) hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 3 may 2018-ci il tarixli qərarı ilə isə (protokol № 15-k) dosent elmi adı almışdır.
Beynəlxalq hüquq və insan hüquqlarına dair 90-dan çox elmi əsərin müəllifidir. 30-dan çox elmi məqaləsi xarici ölkələrdə çap olunmuşdur. Bir sıra elmi əsərləri Strasburqda (Fransa) Avropa İnsan Hüquqları Məhkəməsinin kitabxanasında və Cenevrədə (İsveçrə) BMT-nin kitabxanasında saxlanılır.
Müəllifi olduğu “Avropa İnsan Hüquqları Məhkəməsi” adlı dərs vəsaiti 2010 və 2012-ci illərdə nəşr olunmuş, kitaba ön sözü Avropa İnsan Hüquqları Məhkəməsinin həmin dövrdə sədri olmuş professor Jan-Pol Kosta (Fransa) yazmış və kitabın təqdimatı Strasburqda, Avropa Məhkəməsində keçirilmişdir.[4] Moskvada nəşr edilmiş “İnsan hüquqlarının beynəlxalq və dövlətdaxili müdafiəsi” adlı dərsliyin (Международная и внутригосударственная защита прав человека. Учебник. Москва, Статут, 2011, 830 с.), həmçinin Sankt-Peterburqda nəşr olunmuş “Beynəlxalq hüquq və konstitusiya hüququ: qarşılıqlı təsir problemləri” (Международное и конституционное право: проблемы взаимовлияния. Коллективная монография. Санкт-Петербург, 2016, 494 с.) adlı və “Rusiyada və xarici ölkələrdə məhkəmə hüquq siyasəti” (Судебная правовая политика в России и зарубежных странах. Коллективная монография. Санкт-Петербург, 2019, 608 с.) adlı monoqrafiyaların müəlliflərindən biridir.
Müxtəlif ölkələrdə (Avstriya, Almaniya, Belçika, Fransa, İsveç, İsveçrə, İtaliya, İspaniya, Yunanıstan, Polşa, Macarıstan, Rusiya, Ukrayna, Tailand, Türkiyə və s.) keçirilmiş 60-dan çox beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2008-ci il tarixli, 13 fevral 2009-cu il tarixli və 13 iyul 2012-ci il tarixli Sərəncamları ilə yaradılmış işçi qruplarının üzvü kimi Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına insan hüquqları üzrə təqdim etdiyi dövri məruzələrin hazırlanmasında yaxından iştirak etmişdir.
2007-ci ildə müxtəlif ölkələrdən olan yüzlərlə namizəd sırasından Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun təşkil etdiyi “İsveçrə Liderlik Proqramı”nın qalibi olmuşdur.
28 iyun 2017-ci ildə Beynəlxalq Hüquq Assosiasiyasının işində səmərəli iştirakına, beynəlxalq hüquq və insan hüquqları sahəsində elmi və praktiki baxımdan mühüm əhəmiyyət kəsb edən elmi nailiyyətlərinə və elmi əsərlərinə, beynəlxalq hüquq və insan hüquqları elminin inkişafına verdiyi böyük töhfələrə, insan hüquqları sahəsində xüsusi xidmətlərinə və aktiv elmi fəaliyyətinə, eləcə də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında elmi əlaqələrin möhkəmləndirilməsi və inkişafı sahəsində xidmətlərinə görə Rusiya Elmlər Akademiyası və Rusiya Beynəlxalq Hüquq Assosiasiyası tərəfindən fəxri diplomla təltif edilmişdir.