Zayed Milli Muzeyi

Zayed Milli Muzeyi (ərəb. مَتْحَف زَايِد ٱلْوَطَنِي‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində inşa olunan muzey. Muzey BƏƏ-nin qurucusu və ilk prezidenti mərhum Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın xatirəsini anmaq üçün nəzərdə tutulub.[1] Muzeyin Səadət adası Mədəniyyət Dairəsinin mərkəzi olması planlaşdırılır.[2] Orada Əmirliyin tarixi, mədəniyyəti və iqtisadi transformasiyası nümayiş etdiriləcək.[3]

Zayed Milli Muzeyi
ərəb. مَتْحَف زَايِد ٱلْوَطَنِي
Muzeyin hazırda inşa edilən binası
Muzeyin hazırda inşa edilən binası
Xəritə
Əsası qoyulub 2010
Mövzu Milli muzey
Ölkə
Yerləşir Əbu-Dabi əmirliyi, Səadət adası
Direktor Dr. Piter Mage
24°32′04″ şm. e. 54°25′07″ ş. u.HGYO
zayednationalmuseum.ae

2021-ci ildə, "Arabtec" tikinti şirkətinin fəaliyyətini dayandırmasından sonra yarımçıq qalan tikinti "Trojan Construction Group"[4] və "SixConstruct" şirkətlərinə keçəcəyi açıqlandı.[5] Muzey hazırda tikinti mərhələsindədir və 2021-ci ilin noyabrının məlumatına görə onun açılış tarixi 2025-ci ilə planlaşdırılır.[6]

Muzey Foster + Partners şirkəti tərəfindən layihələndirilib. Bina ondan sərin havanı çəkmək üçün baca rolunu oynayacaq beş günəş termal qülləsi kimi layihələndirilib.[1] Qüllələr Şeyx Zayedin şahin sevgisini xatırlamaq üçün şahin qanadlarına bənzəyir.[3]

2009-cu ildə Zayed Milli Muzeyi Britaniya muzeyi ilə on illik müqavilə imzalayıb.[7] Britaniya Muzeyi onun qurulmasına kömək edəcək və təxminən 500 eksponatını Zayed Milli Muzeyinə borc verəcək. "The New York Times" qəzetinin yazdığına görə, Britaniya Muzeyi 2019-cu ildə başa çatan hazırkı müqaviləyə əsasən hər hansı əşyanın müvəqəti verilməsinin çətin olduğunu düşünür.

2018-ci ilin iyun ayında Britaniya Muzeyi ilə Zayed Milli Muzeyi arasında yeni əməkdaşlıq elan edildi.[8] 2019-cu ilin iyul ayında arxeoloq Dr. Piter Mage muzeyə direktor təyin edildi. Onun açılışı dəfələrlə gecikdirilib. 2012-ci ildə tamamlanması planlaşdırılan açılış 2013-cü ilə və daha sonra 2021-ci ilə təxirə salınıb.[9]

2021-ci ilin noyabr ayına olan məlumata görə, muzey hələ də tikilməkdədir[10] t və 2025-ci ildə Əbu-Dabi Solomon Quqqenhaym muzeyinin açılışı ilə üst-üstə düşür.[9] and later 2021.[10]

  1. 1 2 www.fosterandpartners.com, Foster + Partners /. "Zayed National Museum | Foster + Partners". www.fosterandpartners.com (ingilis). 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
  2. Zendera, Yamurai. "TDIC floats Zayed National Museum tender | ConstructionWeekOnline.com". www.constructionweekonline.com. 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
  3. 1 2 "Zayed National Museum, Abu Dhabi Building - e-architect". e-architect (ingilis). 2010-11-25. 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
  4. "Trojan Construction Group". 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-06.
  5. "Abu Dhabi commits to long-awaited Guggenheim museum by 2025". Financial Times. 2021-10-01. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-11.
  6. "Abu Dhabi to Welcome Two New Museums in Addition to Guggenheim and Zayed". www.artforum.com (ingilis). 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  7. "British Museum to help launch Zayed National Museum in Abu Dhabi". eTurboNews. July 25, 2009. April 29, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 24, 2011.
  8. "British Museum rekindles relationship with Zayed National Museum after loan deal ended last year". 21 June 2018. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2020.
  9. 1 2 Somers Cocks, Anna. "Abu Dhabi's next mega museum is back on track—now with a director". The Art Newspaper (ingilis). 2021-04-08. 2021-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-15.
  10. 1 2 "Zayed National Museum set to open in 2021 following nine-year delay". Arabian Business. 2019-11-19. 2021-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]