Zaynulla Rasulev

Zaynulla Rasulev (başq. Зәйнулла Рәсүлев; d. 25 mart 1833 – ö. 2 fevral 1917) — başqırdların XIX əsrdə və XX əsrin əvvəllərində yaşamış dini lideri; işan. Cədidiyənin ən əhəmiyyətli nümayəndələrindən biri və ilk cədidi mədrəsəsinin qurucusu. 1859-cu ildə nəqşibəndi olmuş, 1869-1870-ci illərdə İstanbulda şeyx Əhməd Ziyaüddindən təlimat almışdır.

Zaynulla Rasulev
başq. Зәйнулла Рәсүлев
Zaynulla Rasulev
Zaynulla Rasulev
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zaynulla Rasulev 25 mart 1833-cü ildə indiki Uçalı rayonunun[1] Şaripova[2] kəndində molla ailəsində anadan olmuşdur.

Əvvəlcə öz doğma kəndində, daha sonra digər kəndlərdə mədrəsədə oxumuşdur.

2 fevral 1917-ci ildə indiki Çelyabinsk vilayətinin Troitsk şəhərində vəfat etmişdir. O, həmin şəhərdəki qədim müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Başqırdların xatirəsində Zaynulla Rasulev tərəfindən törədilən möcüzələr və xəstələrin müalicəsi halları haqqında bir çox əfsanəvi rəvayətlər qalmışdır.

Zaynulla Rasulev məscidi

Əsli Kuvakan adlı başqırd soyundandır[5].

Oğlu Qabdrəhman Rasulev də başqırdların məşhur din xadimi olmuşdur[6].

Nəvəsi Atilla Rasix (Rasulev) məşhur tatar yazıçısıdır[7].

  1. Энциклопедия Башкортостана: Зайнулла Расулев[ölü keçid]
  2. "Учалинский | Генеалогия и архивы". 2008-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  3. В Учалах откроется мечеть имени Зайнуллы Расулева[ölü keçid]
  4. "Решение Совета городского округа город Уфа Республики Башкортостан от 31 июля 2008 г. № 6/17". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  5. Согласно биографической книге внучки Зайнуллы Расулева — Сафуат Рахманкуловой (1923 — 2007)
  6. Статья в Энциклопедии Башкортостан[ölü keçid]
  7. "Татарская литература 20 века: Атилла Расих". 2017-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]