Zaysan gölü (monq. Зайсан[1], həmçinin Jaysan[2]) — Qazaxıstannın şərqində yürləşən göl. Müxtəlif silsilələrin əhatəsində qərarlaşır. Şimal-şərqdən Altay dağları, şimalqərbdən Kalbinski silsiləsi, cənubdan Tarbaqaray dağları ilə əhatələnmişdir. Gölün şərqi sahili ilə Çin sərhədi arasında 60 km nəsafə vardır. Çin ərazisindən göl istiqamətiə axaraq ona tökülən çayın adı Qara irtışdır. Göl dəniz səviyyəsindən 420 metr yüksəklikdə qərarlaşır. Onun uzunluğu 105 km, eni isə 22–48 km arasında dəyişir. Maksimal dərinliyi 15 metr təşkil edir. Orta dərinliyi 4–6 metr arasında dəyişir. Zaysan gölü 47°60' və 48°30' ş. e. və 83° və 85° ş. u. arasında qərarlaşır. Gölün sahəsi 1810 km²-dir. Gölün suyu şirindir
Zaysan | |
---|---|
qaz. Зайсан | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 420 m |
Eni | 48 km |
Uzunluğu | 105 km |
Sahəsi |
|
Həcmi | 53 km³ |
Dərin yeri | 15 m |
Orta dərinliyi | 4-6 m |
Tökülən çay | Qara İrtış |
Axan çay | İrtış |
Yerləşməsi | |
48°00′00″ şm. e. 84°00′00″ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün sahəsi indikindən daha böyük olmuşdur. Üstəlik dərinlik və uzunluq baxımındanda indikindən üstülüyə malik idi. Gölün sahillərində hətta aralıda bunun islərini açıq-adın müşahidə etmək mümkündür. Gölün suyu şirin olması ilə yamaşı yumşaq və təmiz sudur. İçməli su kimi istifadəsində bir maneə yoxdur. Göl qış ayları donmaya məruz qalır. Əsasən noyabr ayında donur və aprel ayının sonları buzdan azad olur. Gölün dibi lillidir. Bəzi hissələr qumsaldır. Kiçik bir hissəai isə gillidir. Sahilləri dayazdır. Böyük hissəsi qamışla örtülüdür. Qamışlar hətta sahildən olduqca aralı sahələrə belə yayılmışdır. Bircə Baklanyaq və Barxos burunlarında yerləşın sahillər təmizdir. Bəzi hissələrdə dağları çıxıntıları göl sahilində burun əmələ gətirir. Bunlar arasında Verşinin, Qolodaevski, Topolevı, Pesçanı, Qolıy burunlarıdır. Gölün daxili hissəsində ada yoxdur, Ancaq Qara İrtışın gölə töküldüyü hissədə iki kiçik ada mövcuddur. Saysan gölünə şərqdən — Qara İrtış, Kedırlık, qərbdən — Kokpektinka, Buqaz çayı və Bazar, şimalda — Çerqa, Arasan, Ters-Arlık və s. tökülür. Göl özünün zəngin balıq ehtiyatları ilə tanınır. Burada Adi sudak, Esox lucius, Lota lota, Leuciscus idus və Carassius kimi balıqlar yaşayır. 24 noyabr 1798-ci il qərarı ilə İrtış çayında balıq tutmaq Sibir kazak qüvvələrinə həvalə edilir. Bu qərar kazakların Zaysan gölündə ov etmələrinə şərait yaradırdı, Ancaq göl gələ Sin imoeriyasının tərkibi sayılırdı[3]. Artıq 1825 ildə kazaklar Sin imperiyasından icazə almaqla Qara İrtışın mənbəyinə qədər olan əraxilərdən balıq tuturdular.
Buxtarmin SES tikintisinə qədər gölün sahəsi 1800 km², uzunluğu 111 km, eni 30 km, orta dərinliyi 4–6 metr təşkil edirdi. Bu su anbarınln tikintisindən sonra gölün səviyyəsi 7 metr qalxmışdır. Buxtarmin su anbarınln sahəsi 5,5 min km² təşkil edir.