Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zemfira Yusif qızı Səfərova (10 iyun 1937, Kislovodsk, Stavropol diyarı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Əməkdar elm xadimi, sənətşünaslıq elmləri doktoru (1996), professor (1998), AMEA-nın həqiqi üzvü (2017).[1]
Zemfira Səfərova | |
---|---|
Doğum tarixi | 10 iyun 1937 (87 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Uşağı | |
Atası | Yusif Səfərov (neftçi) |
Təhsili | |
Fəaliyyəti | musiqişünas, universitet müəllimi[d] |
Elmi dərəcəsi | |
Elmi adı | |
Mükafatları |
|
Zemfira Yusif qızı Səfərova 1937-ci il iyun ayının 10–da Kislovodskda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirmişdir.
Zemfira Səfərova AMEA –da kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş və 1980-ci ildən bu günədək "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik edir.
Musiqişünas 20 – dən çox kitab, 150 – dən artıq elmi əsərin müəllifidir. O, qədim və orta əsr Azərbaycan musiqi tarixini tədqiq etmiş, "Azərbaycan musiqi elmi (XII – XX əsrlər)" adlı fundamental monoqrafiyasını yazmışdır.
Zemfira Səfərova hazırda Bəstəkarlar İttifaqının "Musiqişünaslıq və tənqid" bölməsinin rəhbəri, "Musiqi dünyası" jurnallarının redaksiya heyətinin, elmi şuranın üzvüdür.
Musiqişünas 1989-cu ildə Əməkdar incəsənət xadimi, 1996-cı ildə sənətşünaslıq doktoru, 1998-ci ildə isə professor adı almışdır.
2017-ci ildə Azərbaycan televiziyasında istehsal edilmiş Akademik Zemfira Səfərova adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.