Günel Anarqızı

Günel Anarqızı — Azərbaycan yazıçısı, publisisti və jurnalisti, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Günel Anarqızı
Doğum adı Günel Anar qızı Rzayeva
Doğum tarixi 6 mart 1972(1972-03-06) (52 yaş)
Doğum yeri
Atası Anar
Anası Zemfira Səfərova
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist, publisist
Fəaliyyət illəri 1996-cı ildən

Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir. BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil almışdır. Günel Anarqızı "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru olmuşdur.

2018-ci ildə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Azərbaycanın Polşa səfirliyinin medalına layiq görülmüşdür.

2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin direktorudur.[1]

2 qızı var (Sezen Məmmədli, Dəniz Məmmədli).

  • Altıncı. Bakı: Yurd, 2006, 192 səh.
  • Arzu. Bakı: Mütərcim, 2009, 52 səh.
  • Нет, то есть да.
  • Qarabağ hekayələri.
  • Seçilənlər. 2016-cı il.[2]
  • Sərhədsiz səma. 2024
  1. AzərTAc. "Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışı olub" (az.). Youtube.com. 28.08.2018. İstifadə tarixi: 2018-08-30.
  2. Lider TV. "Səda - "Seçilənlər" kitabının təqdimatı olub (20.05.2016)" (az.). Youtube.com. 20.05.2016. İstifadə tarixi: 2016-05-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]