Zeynal Məmmədli

Məmmədli Zeynal Əsgər oğlu (5 may 1953, Güllübulaq, Amasiya rayonu) — tanınmış media eksperti, TV və radio jurnalistikası kafedrasının baş müəllimi

Zeynal Məmmədli
Məmmədli Zeynal Əsgər oğlu
Doğum tarixi (71 yaş)
Doğum yeri Güllübulaq, Amasiya

Zeynal Məmmədli 1953-cü il may ayının 5-də[1] Qərbi Azərbaycanda Qarsa yaxın Güllübulaq kəndində dünyaya göz açıb. 5-6 yaşından Bakıda yaşayır. Uşaqlığı Bakı ilə bağlıdır[2].

1970-ci ildə orta məktəbi bitirib. 1970-1976-cı illərdə BDU-da və MDU-da jurnalistika təhsili alaraq, TV və radioda ədəbi işçi, jurnalist ixtisasına yiyələnib[3].

1976-1981-ci illərdə Azərbaycan (SSR) Dövlət Teleradio Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində çalışıb.

1981-ci ildən (31 ildir) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli BDU-dan öz ərizəsi ilə işdən azad olunub[4].

1992-2008-ci illərdə „Azadlıq", „PressFakt" və digər qəzetlərdə məsləhətçi-redaktor, „İnternyus" təşkilatında prodüser, Niderland Jurnalistika Kurslarında təlimçi-müəllim vəzifələrində çalışıb.

1981-ci ildən TV və radio jurnalistikası kafedrasında çalışır.

1986-cı ildən TV və radio jurnalistikası kafedrasınin baş müəllimidir. "MassMediada yaradıcı menecment" sahəsində tədqiqat aparır.

«Qızıl qələm», "Həsən bəy Zərdabi" və eləcə də ayrı-ayrı xarici təşkilatların jurnalist mükafatlarına layiq görülüb.

Evlidir, 2 uşağı var.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

[redaktə | mənbəni redaktə et]
  • 2006,avqust, İstanbul, Türkiyə; Media müxtəlifliyi üzrə beynəlxalq seminar
  • 2008,avqust, Novxanı, Azərbaycan; Peşəkar jurnalistlər üçün Avropa Şurası və İnternyusun təşkil etdiyi təlim-seminar
  • 2008, oktyabr, Amsterdam, Hollandiya; „Vətəndaş jurnalistikası" üzrə təlim-seminarlar

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan mediası və vətəndaş cəmiyyəti bu gün
  • KİV-də anonim qaynaqlardan istifadə özəllikləri
  • Özəl radiolarımız: proqram menyüsünə aktual baxış
  • Mediada qarayaxma (diffamasiya) gerçəkləri
  • Xəbərlərin menecmenti
  1. "Zeynal Məmmədli: "Uşaqlarla dalaşanda həmişə döyülürdüm" – UŞAQLIQDAN REPORTAJ". 2013-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  2. "Zeynal Məmmədli: "Uşaqlarla dalaşanda həmişə döyülürdüm" – UŞAQLIQDAN REPORTAJ". 2013-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  3. "Məmmədli Zeynal Əsgər oğlu". 2012-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-11.
  4. "Zeynal Məmmədli BDU-dan getdi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.