Zeynalxan ağa Yağləvəndli-Cavanşir

Zeynalxan ağa Yağləvəndli-Cavanşir — Qarabağ bəyi, Səfəvilər və xanlıq dönəmində oba, atlı dəstənin yüzbaşısı.

Zeynalxan ağa Yağləvəndli-Cavanşir
Zeynalxan ağa Səfixan ağa oğlu Yağləvəndli-Cavanşir
Doğum tarixi
Doğum yeri Yağləvənd oymağı, Cavanşir eli, Qarabağ bəylərbəyliyi
Vəfat tarixi bilinmir
Vətəndaşlığı

Həyatı[redaktə | mənbəni redaktə et]

Zeynalxan ağa Səfixan ağa oğlu 1687-ci ildə Cavanşir elinin Yağləvənd oymağında doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Obalarının yüzbaşısı olmuşdu. Öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun ordusunda yüzbaşı kimi xidmət etmişdi. Şahın ordusunda Osmanlı savaşlarına qatılmışdı. Zeynalxan ağanın ailəsı Xorasana, Sərəxsə sürgün olunmuşdu. Onun qohum-əqrabası Nadir şahın qətlindən sonra Qarabağa qayıtmışdı. Arazbar qəzasının Xanarxı yurdunda məskunlaşmışdı. Qarabağ xanlığı meydana gələndə Zeynalxan ağa öncə Pənahəli xana qarşı çıxsa da, sonra onun tərəfini tutmuşdu. Xan onu Cavanşir-Dizaq mahalının atlı dəstəsinə sərkərdə təyin etmişdi.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Zeynalxan ağanın Səfixan ağa adlı oğlu vardı.

Zeynalxan ağanın şəcərəsi[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Xələflilər, Bakı: Mütərcim, 2017, 234 səh.


Həmçinin bax[redaktə | mənbəni redaktə et]