Zigen

Ziqen (alm. Siegen‎) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri.

Ziqen
Siegen
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
50°52′32″ şm. e. 8°01′00″ ş. u.HGYO
Ölkə  Almaniya
Torpaq (Almaniya) Şimali Reyn-Vestfaliya
Rayon Ziqen-Vittgenştayn rayonu
Daxili bölgüsü 23 şəhər rayonundan ibarət 6 şəhər dairəsi
Başçı Şteffen Myus (XDİ)
Tarixi və coğrafiyası
Sahəsi 114,67 km²
Mərkəzin hündürlüyü 216 — 499 m
Saat qurşağı UTC+01:00
Əhalisi
Əhalisi 103 555 nəfər (2010)
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 271
Poçt indeksi 57001-57080
Nəqliyyat kodu SI
Digər
siegen.de  (alm.)
Xəritəni göstər/gizlə
Ziqen xəritədə
Ziqen
Ziqen
Ziqen xəritədə
Ziqen
Ziqen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblens (65 km) və Köln (75 km) var.

Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür. Beləliklə, yağıntının miqdarına görə Ziqen Almaniyanın iri şəhərlərinin arasında Vuppertaldan sonra ikinci yeri tutur. Ən nəmli ay dekabr (137,5 mm yağıntı), ən quru isə apreldi (80,3 mm yağıntı).

Orta illik temperatur 8,6 °C təşkil edir. Ən isti ay iyul (17,1 °C), ən soyuq isə yanvardı (0,5 °C)[1].

Şəhərin gerbində gümüş meydanda olan qapı ilə dişli divar əks olunub, qapının ətrafında alçaq itiuclu qalalar var. Qapının üstündə riza adlanan mavi xələt, mavi mitre və gümüşlü örtükdə yepiskop təsvir olunub, onun sağ əlində gümüşlü əsa, sol əlində isə açıq kitab var.

  1. Ausgabe der Klimadaten - Mittelwerte bezogen auf den aktuellen Standort Arxivləşdirilib 2013-12-22 at the Wayback Machine(DE). Deutscher Wetterdienst. 19 fevral 2012-ci il