Zinaida Kiriyenko (9 iyul 1933[1][2], Mahaçqala – 12 fevral 2022, Moskva) — Rusiyanın xalq artisti.
Zinaida Kiriyenko | |
---|---|
Doğum adı | Зинаида Георгиевна Широкова |
Doğum tarixi | 9 iyul 1933[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 2022 (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1954–2019 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0456423 |
Vikianbarda əlaqəli mediafayllar |
Zinaida Kiriyenko 1933-cü il iyulun 9-da Mahaçqalada anadan olub. 1958-ci ildə Sergey Gerasimov və Tamara Makarovadan təhsil aldığı VGİK-i bitirib. Zinaida Kiriyenko Lüdmila Qurçenko və Natalya Fateeva ilə sinif yoldaşı olub.[3]
Kiriyenko 30-dan çox film və serialda rol alıb. Tamaşaçılar onun Sergey Gerasimovun "Sakit Don" filmindəki Nataşa rolunu xüsusilə xatırlayırlar. Kiriyenkonun məşhur rolları arasında “İnsanın taleyi”ndəki İrina, “Kazaklar”dakı Maryana, Yevgeni Matveyevin “Yer sevgisi” və “Tale” filmlərindəki Efrosinya Deryugina da var.
Kiriyenko müğənni kimi solo konsertlər də verib.
1965-ci ildə aktrisa əməkdar artisti, 1977-ci ildə sovet kinosu sahəsindəki xidmətlərinə görə xalq artisti adını alıb. 1979-cu ildə SSRİ Dövlət Mükafatına layiq görülüb.