Zinaida Savelyevna Xabalova (əsl adı - Miriam Savelyevna Aşkinazi; 3 mart 1937, Sxinval – 2 noyabr 2016) — Sovet və Rus bəstəkarı, musiqi və ictimai xadim, müəllimi.
Zinaida Xabalova | |
---|---|
Хæбæлаты Савелийы чызг Зинæидæ | |
Ümumi məlumatlar | |
Doğum adı | Miriam Savelyevna Aşkinazi |
Doğum tarixi | 3 mart 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 2 noyabr 2016 (79 yaşında) |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Janr | simfonik musiqi |
Musiqi aləti | fortepiano |
1987-ci ildə əməkdar artist, 1992-ci ildə Şimali Osetiya Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 1976-cı ildən SSRİ Bəstəkarlar İttifaqının üzvüdür.
Ən çox simfoniya yazan dünyanın yeganə qadın bəstəkarı olaraq Qinnesin Rekordlar Kitabının rekordçusudur.[1].
Zinaida Xabalova 3 mart 1937-ci ildə Gürcüstanın Tsxinvali şəhərində osetin-yəhudi ailəsində anadan olub.
Stalinir (hazırkı Tsxinvali) musiqi məktəbində Leninqraddan qonaq müəllim kimi dəvət edilmiş pianoçu E.L.Masinqin tələbəsi olmuşdur. O, kompozisiya üzrə ilk dərslərini tanınmış ictimai xadim və Osetiyanın ilk peşəkar bəstəkarı Boris Aleksandroviç Qalayevdən almışdır.
1958-1963-cü illərdə RSFSR Bəstəkarlar İttifaqında gənc bəstəkarların seminarında Aram Xaçaturyandan kompozisiya, professor Vladimir Feredən fortepiano dərsləri almışdır. Xabalova Eyni zamanda SSRİ Qorki adına Moskva İncəsənət Teatrında pianoçu müəllim kimi çalışmışdır.
Zinaida Xabalova 1963-1967-ci illərdə Orjonikidze adına Musiqi Məktəbində dirijorluq və xor şöbəsində, professor Arkadi Tarasoviç Açeyevin qrupunda təhsil almışdır.
Gənc bəstəkar 1974-cü ildə Vano Saradjaşvili adına Tbilisi Konservatoriyasını bitirmışdır. Burada Zinaida Xabalovada nəzəriyə və bəstəkar fakültəsində, professor A.V.Şaverzaşvilidən kompozisiya üzərində işi öyrənmişdir. Xabalovanın Tbilisi Konservatoriyasında diplom işi - üç aktda "Fatimə" operası və 1 nömrəli "Yeddi Çərkəz" simfoniyası olmuşdur.
Zinaida Xabalova 1976-cı ildə SSRİ Bəstəkarlar İttifaqına üzv qəbul edilib.
1977-1985-ci illərdə VİA "Bonvarnon" kollektivinin bədii rəhbəri kimi çalışmışdır.
Zinaida Xabalova 1984-cü ildə daimi yaşamaq üçün Moskvada məskunlaşmışdır.
2003-2008-ci illərdə Vladiqafqazda təşkil etdiyi "Zinaida Xabalova müəllif mədəniyyət mərkəzi Arfa"ya rəhbərlik etmişdir.[2] Daha sonra Moskvada "Etniklərarası Müəlliflərin Elm və Mədəniyyət Mərkəzi Arfa" "Regional İctimai Təşkilatını təsis etmişdir.[3]
Zinaida Xabalovanın yaradıcılıq dairəsi çox genişdir. Buraya həm opera, simfoniya, vokal simfonik və ariya əsərləri daxildir.[4]
"Fatimə", K.L.Xetaqurovun eyni adlı şeirə həsr edilib, 1974-cü ildə Aslan Xabalovun librettosu əsasında.