Zingiber missionis

Aptek zəncəfili (lat. Zingiber officinale) — zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü.

Aptek zəncəfili
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Amomum angustifolium Salisb.
  • Amomum zingiber L.
  • Amomum zinziba Hill [Spelling variant]
  • Curcuma longifolia Wall.
  • Zingiber aromaticum Noronha [Invalid]
  • Zingiber cholmondeleyi (F.M.Bailey) K.Schum.
  • Zingiber majus Rumph.
  • Zingiber missionis Wall.
    • Zingiber officinale var. cholmondeleyi F.M.Bailey
    • Zingiber officinale f. macrorhizonum (Makino) M.Hiroe
    • Zingiber officinale var. macrorhizonum Makino
    • Zingiber officinale f. rubens (Makino) M.Hiroe
    • Zingiber officinale var. rubens Makino
    • Zingiber officinale var. rubrum Theilade
    • Zingiber officinale var. sichuanense (Z.Y.Zhu, S.L.Zhang & S.X.Chen) Z.Y.Zhu, S.L.Zhang & S.X.Chen
  • Zingiber sichuanense Z.Y.Zhu, S.L.Zhang & S.X.Chen
  • Zingiber zingiber (L.) H.Karst. [Invalid][3]

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Botaniki xarakteristikası :

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisi olub,hündürlüyü 1 m-ə qədər, güclü budaqlanan, üfüqi istiqamlətli kökümsova malikdir. Yarpaqları növbəli, qınlı, ensiz neştərşəkilli, bütövkənarlı olub, aşağı hissədən mərkəzi damarları irəli çıxmışdır. Yalançı gövdəsi ensiz yarpaq qınlarını qucaqlamışdır. Yuxarı yarpaq qınları 1 m, yarpaq lövhəcikləri 18-20 sm uzunluqlu, aşağı yarpaqları isə qısa qınlıdır. Çiçəkli gövdəsi 30 sm-ə qədər hündürlüyündə, zirvədə çiçək altlığı olan sünbül çiçək qrupu, qoltuq tumurcuqlarında ziqomorf ikicinsli çiçəkləri vardır. Çiçək yatağı 2, kasacığı yaşıl və boruludur. Çiçək tacı qeyri-bərabər olmaqla, 3 ləçəklidir. Erkəkcikləri ikicərgəlidir. Erkəkciklərin xarici çərgədə yerləşənləri barsız, mərkəzdə yerləşənlər ləçəkvari nektarlı, iri məsaməli dekorativ rəngli, iki tərəfləri iti dişciklidir. Daxildə yerləşən yan erkəkciklər inkişafdan qalmış və nektarlığı azalmış, yalnız bir erkəkciyi normal tozluqdan ibarətdir. Mədəni becərilən sortların çiçəyinin rəngi müxtəlif olur. Bənövşəyi-qonurdan sarımtıl rəngə qədər, dodaqlı, açıq, demək olar ki, qaramtıl-bənövşəyidən, çilənmiş sarımtıl rəngə qədər dəyişir. Meyvələri 3 yuvalı qutucuqdan ibarətdir. Adətən vegetativ kökümsovlarla çoxalır.

Yabanı növünə rast gəlinməmişdir. Bu bitkinin vətəni qədim Hindistan sayılır. İndi bu bitki praktik olaraq mədəni şəkildə bütün tropik ölkələrdə becərilir.

Kökümsovları 6-10 aydan sonra substrata (yarpaqları saralmağa başlayanda və ölüşkəyərək qurumağa başladıqda) dırmaşaraq çıxır. Kökümsovun qazıb çıxartmaq və günəş altında qurutmaq lazımdır. Tədricən mantarı təmizlənmiş kökümsovu ağ rəngli və təmizlənməyən kökümsovu isə sarı rəngli olub, halqaşəkilli dişcikli yarpaqları vardır. Kökümsovunun özünəməxsus – budaqlanan, yan tərəfdən güclü yastılaşmış xarakteri vardır. Aromat iyli və yandırıcı dadlıdır.[4]  

Tərkibi və təsiri:

[redaktə | mənbəni redaktə et]

Kökümsovunun tərkibində 1,5-3% efir yağı, başlıca hissəsi α və β sinqiberqendən (70%) ibarət seskviterpenlər olmaqla, özünəməxsus zəncəfil iyi vardır. Bundan başqa tərkibində linalool, heranilol, bizabolen, sineol, sitral, borneol və farnezin olur. Kökümsovun qatranlı hissəsi yandırıcı dadlı,  «gingerol» adlanır ki, bunun da tərkibində 5-8% gingerol maddələri – lipidlər (6-8%), aminturşular, vitaminlər (nikotin turşusu) və 50%-ə qədər nişasta vardır.

Tərkibindən alınan ekstrakt kompleks dərman maddələrindən - «Maraslavin», «Orijinal Bittner balzamı», «Doktor MOM»-dan ibarətdir.

İştahartırıcı olub, mədə-bağırsağı stimullaşdırıcıdır.

Kökümsovundan mədə-bağırsaq sistemini qüvvətləndirici, tərqovucu və spazmolotik vasitə kimi istifadə edilir. Bir çox ölkələrdə bişirmə, dəmləmə kimi mədə-bağırsaq sistemini qüvvətləndirici olaraq istifadə edilir. Dəmləməsindən mədə xəstəliklərində iştaha damcısı və tonuslandırıcı dərman kimi işlədilir. Kökümsovundan eyni adlı -“qara zəncəfil” ədviyyat maddəsi kimi qida sənayesində, konditer məhsullarında və sulu likvorların hazırlanmasında istifadə edilir. Kökümsovu Britaniya, Çin, Yaponiya, Efiopiya, Avstriya və İsveçrə farmakopeyasında ızünəməxsus yer tutur. Analoji olaraq aptek zəncəfili: Yaponiyada Zingiber mioga (Thunb.) Roscoe Asiyada (Hindistan, Malaziya) Zingiber zerumbet (L.) Sm. kökümsovundan təbabətdə istifadə edilir. Dərman bitkisi kimi xammalının tərkibində efir yağı və aromatik birləşmələr vardır.[4]

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]
  1. https://www.doc-developpement-durable.org/file/Culture/Culture-epices/gingembre/Gingembre.pdf.
  2. https://inpn.mnhn.fr/espece/cd_nom/447936/tab/taxo.
  3. Aptek zəncəfili:''The Plant List saytında takson barədə məlumat. (ing.)
  4. 1 2 S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333