Zirar ibn Əmr

Əbu Əmr Zirar ibn Əmr Qətafani Kufi (ərəb. ضرار بن عمرو‎) (728[1], Kufə[3]815[1][2], Bəsrə) — islam ilahiyyatçısı, ilk mötəzililərdən biri.

Zirar ibn Əmr
ərəb. ضرار بن عمرو
Doğum tarixi 728[1]
Doğum yeri
Vəfat tarixi 815[1][2]
Vəfat yeri
Elm sahəsi kəlam

Zirar ibn Əmr BəsrəBağdad mötəzililik məktəblərinin formalaşmasından əvvəlki dövrdə yaşamışdır. 786-cı ildən sonra o, Bağdadda Bərməkilər dairəsində əhəmiyyətli şəxsə çevrilmişdir. Yəhya ibn Xalid Bərməkinin təşkil etdiyi məşhur mübahisələrdə iştirak etmişdir.

O hesab edirdi ki, Quran insan tərəfindən tələffüz edilir, lakin Allah tərəfindən yoxdan yaradılmışdır.[4] Allahı adi hisslərlə görmək imkanını inkar etmişdir. O, qiyamət günü ilə bağlı əqidənin mövqeyini izah edərək, bunun üçün altıncı hissin yaradılacağını irəli sürmüşdür.[5]

  1. 1 2 3 4 University of Chicago Press. 1891.
  2. 1 2 Schmidtke S. The Oxford Handbook of Islamic Theology (ing.). OUP, 2014. P. 55. doi:10.1093/OXFORDHB/9780199696703.001.0001
  3. 1 2 Encyclopaedia of Islam, 2nd edition. Leyden: Brill.
  4. Ихван ас-Сафа': между ал-Кинди и ал-Фараби // Ишрак : ежегодник исламской философии . 4. Главный редактор Янис Эшотс. Издательская фирма «Восточная литература». 2013. 40–41. ISBN 978-5-02-036543-8.
  5. Смирнов А. В. Биобиблиографический словарь // Логика смысла: Теория и её приложение к анализу классической арабской философии и культуры. М.: Языки славянской культуры. 2001.