Ziyad Əmrahov (24 iyun 1980, Mingəçevir) — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi
Ziyad Əmrahov | |
---|---|
Əmrahov Ziyad Cümşüd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycan |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix üzrə fəlsəfə doktoru |
İş yeri | AMEA Qafqazşünaslıq İnstitutu |
Alma-mater | Bakı Dövlət Universiteti |
Təhsili | Bakı Dövlət Universiteti |
Əmrahov Ziyad Cümşüd oğlu 24 iyun 1980-ci ildə Mingəçevir şəhərində anadan olub. Sonralar ailəsi ilə birlikdə Ağcabədi şəhərinə köçüb.
1997-ci ildə Ağcabədi şəhərində 3 saylı orta məktəbi bitirib.1999—2003-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr (tədqiqat mövzusu -“Azərbaycan Xalq Cümhuriyyəti-Osmanlı münasibətlərinin tarixşünaslığı (Çağdaş dövr)”, 2003—2005-ci illərdə Tarix fakültəsinin magistr pilləsində təhsil alıb (tədqiqat mövzusu-“Osmanlı İdarəçiliyində ermənilərin fəaliyyəti tarixi tədqiqatlarda”). 2007-ci ildə həmin universitetin Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası” nın aspiranturasına qəbul olub,2010-ci ildə "Osmanlı ərazisində “erməni məsələsi”nin meydana çıxması Türkiyə tarixşünaslığında” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfədoktoru elmi dərəcəsini almışdır[1]
2005-ci il avqust ayının 11-dən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Beynəlxalq Əlaqələr Şöbəsi” ndə aparıcı məsləhətçi vəzifəsində çalışmışdır.Bununla yanaşı, 2007-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası” nın saathesabı qaydada müəllimi kimi çalışıb.“Azərbaycanın tarixi coğrafiyası” fənnindən mühazirə, Mənbəşünaslıq və Tarixşünaslıq fənlərindən isə məşğələlər aparmışdır[2].2016-2019-cu illərdə Xəzər Universitetində müəllim, 2019-cu ildən ADBİA-da müəllim kimi çalışmışdır. 2012—2013-cü illərdə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin dəvəti ilə Başbakanlık Osmanlı Arxivində araşdırmaçı kimi çalışmışdır [3] 2016-cı ildən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq şöbəsi”nin müdiri vəzifəsinə təyin olunmuş, 2017-ci ildən isə həmin institutda Elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır[4].2017-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Elm Tarixi İnstitutu, Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri işləmişdir [5], 2022-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutnda “Şimali Azərbaycanın 19-20-ci əsrin əvvələri tarixi şöbəsi”nin aparıcı elmi işçisi olmuş,hazırda həmin institutun "Qərbi Azərbaycan tarixi " şöbəsinin aparıcı elmi işçisidir.
Kitabları
1.Osmanlı imperiyasında “erməni məsələsi” problemi. Bakı: Elm və Təhsil, 2017, 272 s.
2.The sources of the Azerbaijan history. Baku, Khazar University publising, 2017, 127 p.
3. Azərbaycan Parlamentarizmi tarixi-100. Bakı: Elm və Təhsil, 2018, 268 s.
4. Bakı Dövlət Universitetinin tarixi. Bakı: Elm və Təhsil, 2019, 328 s.
5. İrəvan quberniyasının tarixi: 1850-1917-ci illər. Bakı: Nurlar, 2022, 368 s.
BEYNƏLXALQ İNDEKSLİ JURNALLARDA ÇAP OLUNMUŞ MƏQALƏLƏRİ
1-AMRAHOV Ziyad; Armenian Question in the İnternational Congresses // İntercultural Communications, № 6-7, Tbilisi, 2009, p. 166-171.
2- AMRAHOV Ziyad: Russian political steps in the “Armenian Question” and the covenant on January 26 (February 8), 1914 between Russia and Turkey // 1 - Гілея: науковий вісник, Випуск 83 (№4), Киев, 2014, p. 140-142.
3- EMRAHOV Ziyad; Rus Tarih Yazımında Ermeni Meselesi ve Sorunun Oluşumunda Çar Rusyasının Rolü // Ermeni Ayaklanmaları (1894-1909) Sempozyumu, Bildiriler, 23 Ocak, 2014, Ankara, s. 89-104.
4-EMRAHOV Ziyad; Rus Arşiv Belgeleri Işığında Kafkasyanın Ermeni ruhbanlarının Osmanlı İmparatorluğundaki İsyanlara Desteği (1890-1896) // Yeni Türkiye, Eylül-Aralık, 2014, Sayı 61, s.1387-1392. ÖLKƏ İNDEKSLİ JURNALLARDA ÇAP OLUNMUŞ MƏQALƏLƏRİ 1-AMRAHOV Ziyad; Armenians in the governance of the Ottoman state. Masters’ and young investigators’ materials of the third scientific-practical conference dedicated to 85-th anniversary of Azerbaijan People Republic. Baku, 2004.
2- AMRAHOV Ziyad; Supporting of the Armenian question in the International Treaties by Great Powers. Masters’ and young investigators’ materials of the third scientific-practical conference dedicated to 86-th anniversary of Azerbaijan People Republic. Baku, 2005.
3- ƏMRAHOV Ziyad; Osmanlı ərazisində “erməni məsələsi” nin meydana çıxarılmasında erməni kilsəsi və missioner təşkilatların rolu // “Dirçəliş XXI əsr”, 2008, № 124-125, s.112-120.
4- ƏMRAHOV Ziyad; “Erməni məsələsi” ndə Rusiyanın siyasəti // Tarix və onun problemləri, 2008, № 4, s.93-102
5- ƏMRAHOV Ziyad; Genesis of the Armenian question // Azərbaycan Dillər Universitetinin Elmi Xəbərləri, 2009, № 2, s.344-350
6- ƏMRAHOV Ziyad; “Erməni məsələsi” nin yayılmasında erməni kilsəsinin rolu // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2009, № 2, s. 131-138.
7- ƏMRAHOV Ziyad; “Erməni məsələsi” ndə Fransanın rolu // “Dirçəliş XXI əsr”, 2010, № 143-144, s. 169-182
8- ƏMRAHOV Ziyad; Türkiyə tarixşünaslığında “erməni məsələsi”nin tədqiqinə dair //Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər. Gənc tədqiqatçıların 2 fevral Gənclər Gününə həsr edilmiş ümumrespublika elmi-praktik konfransının materialları, Bakı, 2011, s.224-226
9- ƏMRAHOV Ziyad; San-Stefano konfransında “erməni məsələsi” nin Böyük dövlətlər tərəfindən dəstəklənməsi // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2010, № 1, s. 165-172.
10- ƏMRAHOV Ziyad; San-Stefano konfransında “erməni məsələsi” Türkiyə tarixşünaslığında // Qloballaşma şəraitində davamlı inkişafın aktual problemləri. Bakı, 2011, s.464-466.
11- ƏMRAHOV Ziyad; “Erməni məsələsi” və 1918-ci il mart soyqırımı tarixi baxış bucağında // Azərbaycanlıların soyqırımı arxiv sənədlərində. I Beynəlxalq Elmi Konfransın Materialları, Bakı, 2013, s. 223-226.
12- ƏMRAHOV Ziyad; Cənubi Qafqaz və Osmanlı əraziləri oxşar problemin prizmasında: “erməni məsələsi”ndə Rusiya faktoru // Strateji Təhlil, Bakı, 2014, sayı 2 (9), s. 55-65.
13- ƏMRAHOV Ziyad; Osmanlı dövlətinin 24 aprel 1915-ci il tarixli “Təhcir qanunu”nun tarixi və siyasi aspektləri haqqında // Strateji Təhlil, Bakı, 2015, sayı 1 (12), s. 79-88.
RESPUBLİKA VƏ BEYNƏLXALQ SİMPOZYUM VƏ KONFRANSLARDA İŞTİRAKI 1-“Sərhədsiz Televiziya üzrə Avropa Komitəsi” Daimi Komissiyasının 41-ci sessiyası, 6-12 Oktyabr, 2006, Fransa, Strasburq
2-“Sərhədsiz Televiziya üzrə Avropa Komitəsi” Ekspertlər Qrupunun iclası, Ankara, 12-16 Dekabr, 2006.
3- Since 2010 I have been researching related to the history of Caucasus Muslim Board in the Central State Historical Archive of Georgian in Tbilisi and in the Ottoman Archives in Istanbul
4- As an expert in the meeting “Azerbaijan-Europe: Forum on inter-cultures dialogue” held in Brussels on 15-18 March in 2011
5- The conference on “Human Rights and Gender Equality” organized by UN Association of Georgia, 1-8 July, 2012
6- Ermeni Ayaklanmaları (1894-1909) Sempozyumu. 23 Ocak, 2014, Ankara
7- Uluslararası Tarih Boyunca Türk İdaresinde Ermeniler Sempozyumu. 8-10 Mayis, 2014, Kars, Türkiye
8- "Tehcirin 100. Yılında Osmanlı'nın Son Dönemindeki İsyanlar Sempozyumu". 18-20 Aralık, 2014, Diyarbakır, Türkiye.
9. Tarih ve Tarihçilik Uluslararası Sempozyumu // Ankara, 10-13 Aprel, 2017.
10. Üçüncü Uluslararası Osmanlı sancağından Cümhuriyet kentine Urfa Tarihi Sempozyumu, 6-8 Nisan, 2018.
11. Declaration of independence in the Caucasus. 100th years’ Anniversary. RUCARR Seminar, 22 may, Malmo, Sweden, 2018.
12. Peace education as a model of mutual understanding. // “MDB ölkələrinin inkişafının inteqrasiya imkanları” mövzusunda beynəlxalq elmi-praktik konfrans. Bişkek, Qırğızıstan, 03-07 sentyabr, 2019
https://science.gov.az/az/forms/doktora-filosofii-istituta-istorii-nauk/3688
http://www.karam.org.tr Arxivləşdirilib 2018-04-24 at the Wayback Machine
Böyük cinayət yoxsa böyük yalan?