Zollinger-Ellison sindromu — Qastrinoma G hüceyrələrinin şişi olub, aşırı qastrin ifraz edir, mədə turşusu hipersekresiyası, mədə və 12 barmaq bağırsaq xoraları törədir, əksər hallarda bəd xassəlidir. Qastrinoma pankreasın adacıq şişləri arasında insulinomadan sonra ikinci yerdə durur. Adacıqların bədxassəli şişlərindən və I tip MEN-də ən çox rast gələndir.[1]
Zollinger-Ellison sindromu | |
---|---|
XBT-10-KM | E16.4 |
XBT-9 | 251.5 |
MedlinePlus | 000325 |
MeSH | D015043 |
Vikianbarda əlaqəli mediafayllar |