Mülayim iqlimlərin musson tipi- Alisovun bölgüsünə əsasən bu iqlim tipi ayrılmış və Şərqi Asiyada yayılmışdır. Rusiya ərazisində Sakit okean sahili əraziləri, Kanadanın sahilləri və Argentina üçün xarakterikdir.[1]
Şərqi Asiyada bu iqlim tipi mussondur. Belə ki, mülayim enliklərin musson iqlim tipi subtropik və tropik mussonların davamı olub şimali Kamçatkaya qədər davam edir. Beləliklə, Primorsk əyalətində, Kamçatkanın və Yaponiyanın şimalında və Çinin şimal-şərqində yayılmışdır. Qışda materikin şərq qurtaracaqları Asiya antisiklonunun təsirinə məruz qalır, az buludlu və az yağışlı dövr müşahidə edilir. Yayda isə siklonların təsiri ilə ərazidə yağıntıların miqdarı xeyli artır. Xabarski əyalətində iyul ayının orta temperaturu +22 °C, yanvar ayının orta temperaturu isə −20 °C, orta illik yağıntıların miqdarı isə 684 mm olur. Yalnız oktyabr-mart aylarında 74 mm yağıntı düşür. Qış yaydan az yağıntılı olur. Sapporoda, avqust ayında orta temperatur +21 °C, yanvar −6 °C, illik yağıntıların miqdarı isə 1040 mm yağış, qış aylarında 540 mm, yayda isə 500 mm olur. Kamçatkada ildə iyul ayında orta temperatur +15 °C, yanvar −18 °C; illik yağıntıların miqdarı 460 mm, qış aylarında isə 210 mm olur.
Kanada və Nyufaundlendin Atlantik sahillərində, musson iqlim tipi zəifdir və ya yoxdur. Burada qış ayları Asiyanın şərqində olduğu kimi soyuq deyil, yay ayları isə oradan daha isti olur. Belə ki, Qalifaksda iyul və avqust aylarının orta temperatur +18 °C, yanvar −4 °C, yağıntıların illik miqdarı isə 1420 mm təşkil edir.
Cənubi Amerikanın şərq hissəsində 38°-52°-lik enlikləri Pataqoniya yaylasını, And dağlarından Atlantik okeanına qədər ərazini əhatə edir. Həmçinin And dağları Sakit okeandan gələn soyuq hava kütlələrinin qarşısını kəsir, Pataqoniyaya onların daxil olmasına maneə olur. Lakin cənubdan gələn soyuq hava kütlələri əraziyə rahatlıqla daxil olur. Pataqoniyanın əksər hissəsinə illik yağıntıların miqdarı 120–200 mm-dir, yay aylarında onların miqdarı az olub, 20–30 mm-ə çatır. Orta yanvar temperaturu şimalda +20 °C-dən, cənubda +10 ° C-yə qədər olur. Puerto Santa-Kruzda iyul və iyun aylarının orta temperatur +2 °C, yanvar +15 °C; yağıntıların orta miqdarı isə hər il 140 mm olur.
Dənizsahili əyalət (возле Naxodka)
|