Zombilənd (film, 2009)

Zombilənd — Ruben Fleischerin rejissorluğu və Rhett Reese və Paul Wernick tərəfindən müştərək formada süjet xəttinin yazılması ilə çəkilmiş zombi qorxu/komediya/macəra filmidir. Bu filmdə uydurma zombi apokalipsisində yolları kəsişən dörd insanın həyatda sağ qalmasından bəhs edilir.

Zombilənd
ing. Zombieland
Janr qorxu filmi
Rejissor
Prodüser
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkar
Montajçı Alan Baumqarten[d]
İstehsalçılar Columbia Pictures, Relativity Media[d]
Distribütor InterCom[d][3], Netflix
İlk baxış tarixi 25 sentyabr 2009[4], 2 oktyabr 2009[5], 10 dekabr 2009[6], 26 noyabr 2009[3]
Müddət 88 dəq.
Büdcə 23.600.000 $[7]
Gəlir 102.392.080 $[8], 75.590.286 $[8]
Ölkə
Dil ingilis dili
Sonrakı film Zombilənd: İkiqat Atəş
Rəng rəngli
Çəkiliş yeri Corciya
IMDb ID1156398
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin büdcəsinə 23,6 milyon dollar xərclənmişdir. Film tamaşaçılara təqdim edildikdən sonrakı ilk üç gün ərzində 24,733,155 dollar, ümumilikdə isə 75,590,286 dollar mənfəət qazandırmışdır.

2019-cu ildə Zombieland: Double Tap adlı davam filmi çəkilmişdir.

Süjet xətti[redaktə | mənbəni redaktə et]

Filmdə hadisələr post-apokaliptik dövründəki Birləşmiş Ştatlarda cərəyan edir. Zombi hücumu nəticəsində ABŞ dövlət olaraq dağılıb, əhalinin çoxu isə qırılıb və ya “gəzən ölülərə” çevrilib. Sağ qalan baş qəhrəmanlar bir araya gələrək bədheybətlərə qarşı mübarizə aparmaq qərarına gəlirlər. Uzun səyahət zamanı onların rastına böyük əyləncə parkı çıxır. Onlar həmin məkanı yaxın çevrənin ən təhlükəsiz yeri olduğunu düşünürlər. Ancaq qəhrəmanlar cəhənnəmin mərkəzinə ayaq basdıqlarından xəbərsizdirlər. Zombilər onları dörd tərəfdən mühasirəyə alır. Mühasirəni yarmaq və ərazidən sağ-salamat uzaqlaşmaq üçün savaşmaqdan başqa əlacları qalmayıb...

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. https://theworldofmovies.com/zombieland-movie-review/.
  3. 1 2 http://nmhh.hu/dokumentum/158984/2009_filmbemutatok_osszes.xls.
  4. Freebase Data Dumps. Google.
  5. IMDb (ing.). 1990.
  6. IMDb (ing.). 1990.
  7. http://www.boxofficemojo.com/movies/?id=zombieland.htm.
  8. 1 2 Box Office Mojo (ing.). 1999.