Zor - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (hazırkı Ermənistanın Sisyan mahalında) kənd adı.[1] [2]
Tarixi Yelizavetpol quberniyası əraziləri | |
Zəngəzur qəzası | |
---|---|
XX əsrin sonlarından kəndin adı mənbələrdə çəkilmir. Orta əsr erməni mənbələrində bu kəndin adı ilə orada bir nahiyə də Dzork adlandırılır.
Buna əsasən erməni tarixçiləri toponimi erməni mənşəli sayır və dzor-"dərə" sözü ilə bağlayırlar. Lakin bu səhv fikirdir, ona görə ki, mənfi relyef formasını bildirən dzor sözü ayrılıqda nə yaşayış məntəqəsi, nə də inzibati-ərazi vahidi (nahiyə) adına çevrilə bilməz. Azərbaycan dilində "zor" sözü bulaq suyunun gurluğunu bildirmək məqsədilə əsasən bulaq adlarında işlənir (məsələn: Naxçıvanın 16 km-də Köhnə Vayxır kənd xarabalığı yaxınlığında "Yel suyu" adlandırılan "Zorbulaq" bulağı və s; Vayxır toponiminin özü də qədim farsca "xeyirli, yaxşı yer" mə'nasında farsca bah və xar yеr" sözlərindən ibarətdir). Ehtimal ki, Zor toponimi fars dilində zor, zur "qala" sözündən ibarətdir. XIV əsrdən sonra adı Zor Zəngəzur adı ilə əvəz olunur ki, bu da Zəngi (əslən kürd mənşəli) tayfasının adından və Zor toponimindən ibarətdir.[3]