Zosimea məktəbi (yun. Ζωσιμαία Σχολή, Zosimaía Scholí) — Osmanlı hakimiyyəti dövründə (1828–1913) Yunanıstandakı ən əhəmiyyəli orta təhsil müəsisəsi. Zosimea məktəbi 1828-ci ildə Zosimas qardaşlarının şəxsi vəsaiti ilə təsis edilib və hal-hazırda Yunanıstan Təhsil Nazirliyinin standartları altında ali məktəb olaraq fəaliyyət göstərir.
Zosimea məktəbi | |
---|---|
39°40′09″ şm. e. 20°51′04″ ş. u.HGYO | |
Əsası qoyulub | 1828 |
Ölkə | |
Sayt | gym-zosim.ioa.sch.gr/wp/ |
Vikianbarda əlaqəli mediafayllar |
Yunanıstan İstiqlaliyyət müharibəsi (1821-1830) və Epirus bölgəsində hələ də dəvam edən qarşıdurmalar zamanı mədəniyyət və təhsili ilə tanınan və Yunan Maarifçiliyinin böyük mərkəzi olan İoannina şəhəri qısa müddətli bir tənəzzülə uğradı.
Bu zaman Rusiyaya köçən, tacir olan beş Zosimas qardaşı yeni bir təhsil müəssisəsinin təməlini qoyaraq vətənlərinə əhəmiyyətli bir töhfə vermək qərarına gəldilər. Zosimea məktəbi 1828-ci ildə qurulmuş və əvvəlcə dörd sinifli məktəb kimi fəaliyyət göstərmişdir. Şəhərin təhsil müəssisələrinin rəhbərliyinə cavabdeh olan İoanninanın Məktəblər Komitəsi, Zisimaslar ailəsinin maddi köməyi ilə Zosimea rəhbərliyinin tam məsuliyyətini daşıyırdı.
1833-ci ildə Zaqori bölgəsindən olan Anastasios Sakellarios məktəbin direktoru seçilir. O Yunan Maarifçisi və Əli Paşanın müşaviri olan Afanasios Psalidasun tələbəsi idi. 1840-cı ildə məktəbin təhsil proqramına daha üç sinif əlavə edilir.
Sakellarios rəhbərliyi ilə Zosimaia Osmanlı dünyasının ən əhəmiyyətli Yunan dilli məktəblərindən birinə çevrildi. Tələbələrin əksəriyyəti Epirusdan idi, lakin Osmanlı İmperiyası boyunca Yunan icmalarından, məsələn Şərqi Rumeliyadan olanlar da çox idi.[1] Burada həmçinin Konstantinopoldakı (müasir İstanbul) Fanar Yunan Pravoslav Kolleci (yun. Μεγάλη του Γένους Σχολή) kimi digər əhəmiyyətli məktəblərdən köçürülən tələbələr də var idi. Bundan əlavə, bir sıra türklər və albanlar da Zosimeaya qatıldılar və bəziləri ölkələrində aparıcı şəxsiyyətlərə çevrildilər.[2] Sakellariosun rəhbərliyi dövründə tələbələrin sayı 400-ə çatdı. Zosimea məzunlarının çoxu ya Afina Universitetində təhsillərini davam etdirdilər, ya da Balkan yarımadasındakı Yunan məktəblərindən birində müəllim oldular. 1860-cı ildə Afina Universiteti məktəbin yüksək nüfuzuna görə Zosimea məzunlarının heç bir imtahansız girişinə icazə verdi. Ancaq 1862-ci ildə Sakellarios, İoanninanın digər məktəb səlahiyyətliləri ilə fikir ayrılıqları nəticəsində istefa etdi.
Bu dövrdə bəzi məktəb direktorları bunlar idi:
Müəllimlər o dövrün mədəni-maarif fəaliyyətinə mühüm töhfə vermiş, məsələn, folklor və dilşünaslığa dair çoxlu sayda kitab yazan Panaqiotis Aravantinos kimi yüksək təhsilli idilər.
Zosimea bu günə qədər Yunanistan Təhsil Nazirliyinin qaydalarına uyğun olaraq yüksək səviyyədə təhsil verən bir lisey olaraq davamlı olaraq fəaliyyət göstərir.