Naim Fraşeri (alb. Naim Frashëri; 25 may 1846[1][2] – 20 oktyabr 1900[1][2], İstanbul, Osmanlı imperiyası[3]) — Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı. Qardaşı Əbdül və Sami Fraşeridir. Naim Fraşeri Albaniya milli intibah dövrünün tanınmış nümayəndəsidir.
Naim Fraşeri | |
---|---|
Naim Frashëri | |
| |
Təxəllüsü | D. Keto |
Doğum tarixi | |
Doğum yeri | Fraşer, Osmanlı İmperiyası (indiki Albaniya ərazisi) |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Kadıköy, İstanbul, Osmanlı İmperiyası (indiki Türkiyə ərazisi) |
Vəfat səbəbi | xəstəlik |
Milliyyəti | alban |
Uşağı | Mehdi Fraşeri |
Təhsili | |
Fəaliyyəti | Şair, yazıçı, tərcüməçi |
Əsərlərinin dili | yunan dili, Alban dili, fars dili, türk dili |
İstiqamət | Romantizm |
Janr | lirika |
Vikianbarda əlaqəli mediafayllar |
Naim Fraşeri Halid bəyin (1797–1859) və Əminə İmrahorın (1814–1861) 8 uşağından biri kimi Osmanlı İmperiyasının Delvina sancağında, indiki Albaniyanın cənubunda yerləşən dağlıq Fraşeri şəhərində anadan olmuşdur. Naim Fraşeri Bəktaşi təriqəti təhsili görmüşdür. O, uşaqlığını Fraşeridə keçirmiş və burada türk, fars, ərəb dillərini öyrənmişdir. Hər iki valideynin ölümündən sonra ailənin başına 22 yaşlı ən böyük qardaşı Əbdül (doğum 1839) keçmişdir. Əbdül tacir idi. 1865-ci ildə ailə Yanya sancağının Yanya şəhərinə köçmüşdür. Burada o, qardaşı Sami ilə Zosimaya məktəbinə getmişdir.
Naim daha sonra Yanya, Bərat və Saradadada Osmanlı rəsmisi olmuş və 1882-ci ildə İstanbula gedərək Osmanlı mədəniyyət nazirliyində işləməyə başlamışdır.
21 əsərin və "Albaniya tarixi" (1895) ilə "İsgəndər bəy tarixi" tarixi əsərlərinin müəllifidir. Ölkəsinin dünyada tanınmasında rol oynamışdır. "İliada"nı tərcümə etmiş və jurnalist kimi də fəaliyyət göstərmişdir. 1886-cı ildə "Albanların əsl arzusu" ideoloji əsərini yazmışdır. "Drita" jurnalının çıxarılmasında pay sahibi olmuşdur.
Şair müasir Albaniya ədəbiyyatının qurucusu hesab olunur.