Şəmsəddin Sami

Şəmsəddin Sami (1 iyun 1850[1]18 iyun 1904[1], Konstantinopol və ya İstanbul[2]) — alban əsilli Türk yazarı və tədqiqatçısı, ensiklopedist şəxsiyyət, dilçifilosof. Avropayönəmli ilk türk romanı nümunəsi hesab olunan "Təəşşüqi-Tələt və Fitnət"in (1872), ilk Türk ensiklopediyası "Qamusul-Elam"ın (1889–1898) və ilk Türk sözlüyü olan "Qamusi-Türki"nin (1901) yazarı; fransızca "Qamusi-Fransavi", ərəbcə isə "Qamusi-Arabi" adlı sözlükləri qələmə almışdır.

Şəmsəddin Sami
Doğum tarixi 1 iyun 1850(1850-06-01)[1]
Vəfat tarixi 18 iyun 1904(1904-06-18)[1] (54 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı
Təhsili
Fəaliyyəti yazıçı, filosof, dramaturq, jurnalist, leksiqraf, tərcüməçi
Əsərlərinin dili Alban dili, türk dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1897-ci ildə böyük qardaşı Fraşıri Abdül Beylə birlikdə Latın və Yunan hərflərindən istifadə etməklə ilk alban əlifbasını inkişaf etdirmiş və alban dilində qrammatika kitabı yazmışdı. Qardaşı Naim Fraşıri Alban milli şeirinin yaradıcısı hesab olunur.

1850-ci il, 1 iyun tarixində Fraşerdə — Albaniyanın cənubundakı Gjirokastër qəsəbəsindəki bir kənddə anadan olmuşdur. Fraşeri ailəsindən Xalid Bəyin 5 oğlundan 3-cüsü idi. Digər iki oğlu — Naim və Abdülün Alban tarixinin inkişafında böyük rolu olmuşdur. İlk təhsilini Bektaşi təriqətindən olan Fraşıri Nasıbi Tahir Baba Təkkəsində almış. Orta təhsilini İoannina şəhərində məşhur yunan gimnaziyası "Zosimea" liseyində bitirmişdir. Burada o, Qərb fəlsəfəsi ilə tanış olmaqla əvvəlcə yunan, fransız, italyan, daha sonralar isə müəllim köməyi ilə ərəb, fars, eləcədə türk dillərini öyrənmişdi. 1872-ci ildə o, mətbuat bürosunda fəaliyyət göstərdiyi İstanbul şəhərinə köçmüşdü. Digər ölkə iştirakçıları kimi Şəmsəddin Saminində əsas məqsədi Alban mədəniyyətinin inkişafı və müstəqilliyi idi. Şəmsəddin Sami 18 iyun 1904-cü ildə, İstanbul şəhərində ağır xəstəlikdən dünyasını dəyişmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

XIX əsr Türk ədəbiyyatının ən önəmli simalarından olan Şəmsəddin Sami müxtəlif elm sahələrinə dəyərli əsərlər bəxş etmiş alimdir. Sadə jurnalistik fəaliyyəti ilə başlanan müəllifin yaradıcılığı bədii əsərlər, tərcümələr, ensiklopedik nəşriyyatlar və dilçilik sahələrinə qədər şaxələnmişdir. Ömrünün son 23 ilini alim yalnız ensiklopedik və dilçilik əsərlərinə həsr etmişdir. Onun "Qamusi-Fransavi", "Qamusi-Türki", "Qamusul-Elam", "Qamusul-Arabi" kimi mühüm əsərləri nəinki Türk dünyasının, o cümlədən Qərb mütəxəssislərin və alimlərin diqqətini cəlb etmişdir. Ədəbi əsərlər siyahısında olan "Təəşşüqi-Tələt və Fitnət" romanı o dövr üçün çox aktual bir məqama toxunaraq məcburi izdivaclardan və onların törədəcəyi fəlakətlərdən bəhs edən ilk türk romanıdır. 1873-cü ilin ilk günlərində tamamlanan bu roman Avropayönəmli tərzdə yazılmış ilk türk əsəridir. Daha sonra müəllif qələmini pyes sahəsində sınayaraq ədəbiyyat dünyasına bir sıra dəyərli dram əsərləri bəxş etmişdir. Eşq, əxlaq, adət-ənənələr, Vətənə sevgi kimi mövzuları tərənnüm edən bu əsərlər dəfələrlə səhnədə oynanılaraq Samiyə böyük rəğbət qazandırmışdır. Müəllifin "Besa, yaxud əhdə vəfa" pyesi öz məmləkətindən, Alban adət-ənəsindən bəhs edən əsərdir. "Seydi Yəhya" pyesinin məzmunu Əndəlus tarixidir. "Gavə" əsərinin ideyası isə "Şahnamə" əfsanəsindən qaynaqlanmışdır. Saminin romanıpyesləri ilə baglı tədqiqat geniş şəkildə dərc olunmuşdur. Onun yaradıcılığının ilk 12 ili tərcümə fəaliyəti ilə bağlıdır. Onun "Tarixi mücmeli Fransa", "İxtiyar onbaşı", "Qalatee", "Şeytanın yadigarları", "Səfillər", "Robinzon" adlı tərcümələrin hamısı fransız dilində olan əsərlərdəndir. O, orijinallığı qorumaq üçün mütərcim kitabı olduğu kimi tərcümə edərək bir çox yerlərdə türk qrammatik qaydalarını pozmuş, fransız cümlə quruluşunu mühafizə etmişdir. Şəmsəddin Sami bunlardan savayı İslamiyyətin təbliğatına xidmət edən "Himmat al-himam finaşr al-İslam" adlı ərəb dilində yazılmış daha kiçik bir kitab qələmə almışdır.

Dil kitabları :

  • "Taaşşuk-ı Talat ve Fitnat" (1872-ci il, Avropayönəmli tərzdə yazılmış ilk türk romanı)
  • "Qamusi-Fransavi" (1882–1905-ci il, Fransız dilindən Türk dilinə sözlük)
  • "Qamusi-Fransavi" (1885-ci il, Türk dilindən Fransız dilinə sözlük)
  • "Qamusi-Türki" (2 cild, 1899–1900-cü il)
  • "Qamusul-Elam" (6 cild, 1889–1898-ci il, tarix və coğrafiya ensiklopediyası)
  • "Qamusul-Arabi"

Pyesləri :

  • "Besa, yaxud əhdə vəfa"
  • "Seydi Yəhya"
  • "Gavə"

Tərcümə əsərləri

[redaktə | mənbəni redaktə et]

(Fransız dilindən)

  • “Tarixi mücmeli Fransa”. İstanbul: Camlı Hanı. 1872. səh. 163.
  • “İxtiyar onbaşı”. İstanbul. 1873. səh. 62.
  • “Qalatee”. İstanbul. 1873. səh. 40.
  • “Şeytanın yadigarları”. İstanbul: Mihran. 1878. səh. 595.
  • “Səfillər”. İstanbul: Mihran. 1880. səh. 899.
  • “Robinzon”. İstanbul: Mihran. 1885. səh. 136.

Nəşr olunmuş kitabları

[redaktə | mənbəni redaktə et]
  • “Mədəniyyət-i İslamiyyə”. 1878-1879; 2-ci dəfə (1884-1885). səh. 126.
  • “Əsatir”. 1878-1879; 2-ci dəfə (1893-1894). səh. 117.
  • “Qadınlar”. 1878-1879; 2-ci dəfə (1893-1894).
  • “Göy”. 1878–1879. səh. 112.
  • “Yer”. 1878–1879. səh. 119.
  • “İnsan”. 1878–1879. səh. 115.
  • “Əmsal”. 1878–1879. səh. 511.
  • “Lətaif”. 1882–1883. səh. 224.
  • “Yenə İnsan”. 1885–1886. səh. 144.
  • “Lisan”. 1885–1886. səh. 128.
  • “Üsuli tənqid və tərtib”. 1885–1886. səh. 130.
  • “Himmat al-himam finaşr al-İslam”. 1887–1888.
  • Bilgin Azmi. Şemseddin Saminin edebiyatla ilgili eserleri ve görüşleri. Türk Araştırmaları Dergisi.
  • Doğramacıoglu Hüseyin. Şemseddin Saminin kaleminden dil ve edebiyat meseleleri. Uluslararası Sosial Araştırmalar Dergisi. 2010.
  • “Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik”. Bakı: Elm. 2014. səh. 722.
  • Halid Ziya. Qırx Yıl. İstanbul. 1936.
  • Levend Agah Sirri. Şemsettin Sami. Ankara Universiteti Basımevi. 1969.
  • İslam Ansiklopedisi. İstanbul: Türkiye Diyanet Vaqfı. 2010.
  1. 1 2 3 4 Semseddin Sami Fraseri // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]