Zuberxa

ZuberxaDağıstan Respublikasında, Böyük Qafqaz dağlarının şərq hissəsində yerləşən dağ massivi.

Zuberxa
rus. Зуберха
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2338 m
Yerləşməsi
42°33′33″ şm. e. 47°04′40″ ş. u.
Ölkə  Rusiya
Yerləşməsi Böyük Qafqaz
Zuberxa xəritədə
Zuberxa
Zuberxa
Zuberxa xəritədə
Zuberxa
Zuberxa

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Zuberxa dağ massivi mərkəzi Dağıstanda olub, Kulimer dağ sisteminə daxildir. Massiv Gergebil rayonu ərazisində yerləşir. Hündürlüyü 2338 metrdir. Gergebil tərəfdən massivin nisbi hündürlüyü — 800 metr, Aymaka tərəfdən — 600 metrdir. Massivi cənub-qərbdən Qaragöysu çayı, cənub-şərqdən Zinlak çayı (Aymakin dərəsi), şimal-şərqdən isə Exeb çayı dərəsə əhatə edir. Zuberxa massivi şimaldan tədricən Nakilrox silsiləsinə keçir. Ərazinin şimal-şərq yamacı meyillidir. Digər yamacları isə dik və qayalıdır. Şimal-qərbdə olan dik yamacların hündürlüyü 400 metrə çatır. Dik qayalı yamacların ətəyində daş, çınqıl formasında qalın qırıntı qatı toplanıb. Dik qayalı ərazilər vertikal formada yarağanlarla kəsilib. Dağ massivi əsasən aşağı təbaşirin gil, əhəng daşımərmər süxurlarından təşkil olunub. Massivin ətəyində Aymaka kəndi yerləşir.

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Zuberxa dağ massivi üçün xarakterik landşaft alp və subalp çəmənlikləridir. Meşə əraziləri şimal-qərb yamacında üstünlük təşkil edir. Daha çox qarışq meşə üçün xarakterik olan ağaclar geniş yayılıb: şam, əsməqovaq, göyrüş, vələs, yunan qozucökə[1].

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Qədim dövrlərdə dağda müqəddəs yer mövcud olmuşdur. 1882-ci ildə D. H. Anuçin bu ərazidə qazıntı işləri aparmış və bürüncdən olan çoxlu əşyalar tapmışdır: sırğalar, üzüklər və bilərziklər. Bundan əlavə müqəddəs yerdə çoxlu heyvan sümükləri aşkar edilmişdir. Böyük ehtimal ki, bunlar ərazidə qurban kəsmə mərasiminin olmasını sübüt edir[2].

Zuberxa massivi həm də, paraplan həvəskarlarının sevimli yeridir.[3] İl boyu dağ zirvəsinə yerli və gəlmə türistlərin axını mövcuddur. Onları daha çox şimal-qərbdə olan 400 metrlik dik yamaca açılan mənzərə cəlb edir. Çox aydın havada zirvədən Xəzər dənizini və ətraf ərazilərdə olan kəndləri belə görmək mümkündür.[4]

Zuberxanın ən yüksək nöqtəsində Dağıstan radio-televiziya ötürücü stansiyası yerləşir[5].

  1. "ПАНЦИРНЫЕ КЛЕЩИ (ACARIFORMES, ORIBATIDA) ЛЕСНЫХ БИОТОПОВ ВНУТРЕННЕГОРНОГО ДАГЕСТАНА" (PDF). 2012-07-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-11-08.
  2. Отголоски древних верований горцев Дагестана
  3. "Дагестан. Первые впечатления". 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  4. "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  5. "Дагестанский РТПЦ: Телевидение в горных условиях — это не миф, а реальность!". 2012-01-17 tarixində arxivləşdirilib.