Zurab Çiaberaşvili

Zurab Çiaberaşvili (gürc. ზურაბ ჭიაბერაშვილი; 6 iyun 1972, Tbilisi) — Gürcüstan siyasətçisi və diplomatı. Kaxeti mxaresinin qubernatoru vəzifəsində çalışdıqdan sonra son vaxtlar hazırda müxalif "Avropa Gürcüstanı — Azadlıq Hərəkatı" partiyasında aparıcı fiqurdur.

Zurab Çiaberaşvili
gürc. ზურაბ ჭიაბერაშვილი
Gürcüstanın səhiyyə naziri[d]
10 sentyabr 2012 – 25 oktyabr 2012
Tbilisi meri[d]
19 aprel 2004 – 12 iyul 2005
Şəxsi məlumatlar
Doğum adı ზურაბ ჭიაბერაშვილი
Doğum tarixi 6 iyun 1972(1972-06-06) (52 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat

Təltifləri "Şəfəq" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akademiyada və qeyri-hökumət sektorunda təcrübəyə malik olan Çiaberaşvili 2003-cü ildə Gürcüstanda baş vermiş Qızılgül inqilabından sonra hökumət sıralarına qoşulmuşdur. O, 2003–2004-cü illərdə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri, daha sonra 2004–2005-ci illərdə Tbilisi meri vəzifələrində çalışmışdır. Çiaberaşvili 2005–2010-cu illərdə Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəsi, İsveçrəLixtenşteyndəki səfiri, 2010–2012-ci illərdə BMT-nin Cenevrədəki ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndə olmuşdur.[1] O, 20 mart 2012-ci ildən[2][3] 25 oktyabr 2012-ci ilə qədər Gürcüstanın Səhiyyə, Əmək və Sosial Məsələlər Naziri vəzifəsində çalışmışdır.

Zurab Çiaberaşvili 6 iyun 1972-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. Tbilisi Dövlət Universitetinin Fəlsəfə və Sosiologiya fakültəsində (1989–1994, bakalavr dərəcəsi) və Gürcüstan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda (1994–1997, magistr dərəcəsi) təhsil almış, Tbilisi Dövlət Universitetinin fəlsəfə fakültəsindən (1999) fəlsəfə doktoru dərəcəsi əldə etmişdir. Açıq Cəmiyyət İnstitutunun Fakültənin inkişafı üzrə təqaüdçüsü kimi iki yaz semestrini (2002-ci və 2003-cü illər) ABŞ-nin Nyu-York şəhərində yerləşən Nyu-Skul Universitetinin Siyasi və Sosial Elmlər Fakültəsinin Demokratik Araşdırmalar üzrə Transregional Mərkəzində keçirmişdir. 2009-cu ildə ABŞ-nin Evanston şəhərində Nortvestern Universitetinin Menecment üzrə Kelloq Məktəbi ilə birgə icraçı MBA proqramını və Almaniyanın Fallendar şəhərində Otto Bayshaym Menecment Məktəbi proqramını bitirmişdir.[1]

Zurab Çiaberaşvilinin karyerası 1990-cı illərdə Gürcüstanın gündəlik "Rezonans" qəzetində müxbir, sonra isə xəbər redaktoru kimi başlamışdır. O, həmin vaxt həm də Tbilisi Dövlət Universitetinin fəlsəfə və sosiologiya fakültəsində dərs deyirdi. Çiaberaşvili 1997-ci ildə Ədalətli Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyətin (ISFED) seçkilərə nəzarət təşkilatına qoşularaq vətəndaş cəmiyyətində fəal olmağa başlamış, 2002-ci ildə oranın icraçı direktoru olmuşdur.[1]

Çiaberaşvili 2 noyabr 2003-cü ildə Gürcüstanda keçirilən parlament seçkilərini saxtakarlıqla pisləyən müşahidəçilər arasında idi.[4] Seçkilərdən sonra başlayan etirazlar 23 noyabr 2003-cü ildə "Qızılgül inqilabı" ilı Gürcüstanın o zamankı prezidenti Eduard Şevardnadzenin istefasına səbəb olmuşdur. Hakimiyyət dəyişikliyindən sonra Çiaberaşvili 2004-cü ildə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə məsul olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri olmuşdur.[5]

19 aprel 2004-cü ildə Çiaberaşvili Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri olmuşdur. Bu, prezident Mixail Saakaşvili mer Vano Zodelavanı vəzifədən azad etdikdən sonra hələ də o vaxt təyin olunmuş ofis idi.[6] O, Tbilisinin şəhər infrastrukturu, o cümlədən su, kanalizasiya, elektrik və ictimai nəqliyyat sistemləri ilə bağlı problemlərin aradan qaldırılması üçün strateji planın yaradılmasına rəhbərlik etmişdir. İşlədiyi müddətdə Çiaberaşvili keçmiş QHT həmkarları tərəfindən Tbilisi hökumətinin mərkəzsizləşdirilməsi ilə bağlı ilkin planlarından döndüyünə görə tənqid edilmişdir.[7]

16 sentyabr 2005-ci ildə Çiaberaşvili Gürcüstan parlamenti tərəfindən Gürcüstanın Avropa Şurasında daimi nümayəndəsi kimi təsdiq edilmişdir.[8] 2008-ci ilin avqustunda Rusiya–Gürcüstan müharibəsindən sonra onun diplomatik fəaliyyəti artmışdır.[9] 10 dekabr 2010-cu ildə Çiaberaşvili İsveçrəLixtenşteyndə səfir, BMT-nin Cenevrədəki ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndə kimi təsdiq edilmişdir.[1] O, 2011-ci ildə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı İsveçrənin vasitəçiliyi ilə Rusiya–Gürcüstan danışıqlarında iştirak etmişdir.[10] 15 mart 2012-ci ildə Gürcüstanın Səhiyyə, Əmək və Sosial Məsələlər Naziri vəzifəsinə irəli sürülmüş,[2] və 20 mart 2012-ci ildə Gürcüstan parlamenti tərəfindən təsdiq edilmişdir.[3] 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra onu David Sergeyenko əvəz etmişdir.[11] Çiaberaşvili əvəzində prezident Saakaşvili tərəfindən Gürcüstanın Kaxeti mxaresinin qubernatoru vəzifəsinə gətirilmişdir.[12] O, sonradan "Vahid Milli Hərəkat" partiyası ilə birlikdə aparıcı müxalifət siyasətçisinə çevrilmişdir.

Həbs edilməsi

[redaktə | mənbəni redaktə et]

21 may 2013-cü ildə Zurab Çiaberaşvili və Gürcüstanın keçmiş baş naziri, "Vahid Milli Hərəkat" Partiyasının baş katibi Vano Merabişvili 2012-ci ildə həyata keçirilən seçki kampaniyası zamanı partiya fəallarına 5,2 milyon lari məbləğində dövlət vəsaitinin xərclənməməsi iddiası ilə bağlı istintaqla bağlı həbs olunmuşdular. Bu, "Vahid Milli Hərəkat"ın İvanişvili hökumətinə qarşı irəli sürdüyü siyasi qisas ittihamlarına səbəb olmumşdur.[13]

17 fevral 2014-cü ildə Çiaberaşvili vəzifəsinə səhlənkarlıq etdiyi üçün 52 min lari məbləğində cərimə edilmişdir. Çiaberaşvilinin müdafiə qrupu hökmdən apellyasiya şikayəti vermişdir.[14]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Çiaberaşvili Nino Lakvexeliani ilə evlidir. Onun övladı var: Giorgi və Mariam.[15]

  1. 1 2 3 4 Ministry of Foreign Affairs of Georgia. Ambassador Zurab Tchiaberashvili. 2012–03-15. URL:http://switzerland.mfa.gov.ge/index.php?sec_id=499&lang_id=ENG Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine. Accessed: 2012–03-15. (Archived by WebCite®).
  2. 1 2 Healthcare Minister Replaced Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine. Civil Georgia. March 15, 2012.
  3. 1 2 Cabinet with New Healthcare Minister Wins Confidence Vote Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine. Civil Georgia. March 20, 2012.
  4. Wheatley, Jonathan (2005), Georgia from National Awakening to Rose Revolution, pp. 195, 205. Ashgate Publishing, Ltd., ISBN 0754645037.
  5. Q&A with Former Chairman of Central Election Commission Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine. Civil Georgia. April 20, 2004. Accessed March 15, 2012.
  6. Ex-CEC Chief Becomes Tbilisi Mayor Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine. Civil Georgia. April 19, 2004. Accessed March 15, 2012.
  7. Erin Trouth Hofmann (2005), Urban Governance and Institution Building in Post-Rose Revolution Tbilisi Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine. Kennan Institute. Accessed March 15, 2012.
  8. Georgia's Envoy to CoE Appointed Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine. Civil Georgia. September 16, 2005. Accessed March 15, 2012.
  9. CoE Ministerial Meeting Called over Georgia Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine. Civil Georgia. September 4, 2008. Accessed March 15, 2012.
  10. Georgian Ambassador on WTO Deal with Russia Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine. Civil Georgia. December 8, 2011. Accessed March 15, 2012.
  11. Ivanishvili Confirmed as Prime Minister Arxivləşdirilib 2013-07-25 at the Wayback Machine. Civil Georgia. October 25, 2012.
  12. Saakashvili Appoints Four New Governors Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine. Civil Georgia. October 16, 2012
  13. Ex-PM Merabishvili, Ex-Healthcare Minister Tchiaberashvili Arrested Arxivləşdirilib 2023-08-13 at the Wayback Machine. Civil Georgia. may 21, 2013.
  14. Five-year sentence passed on former Georgian premier Merabishvili Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine, Interfax-Ukraine (17 February 2014)
  15. Ministry of Foreign Affairs of Georgia. Ambassador Zurab Tchiaberashvili. 2012–03-15. URL:http://switzerland.mfa.gov.ge/index.php?sec_id=499&lang_id=ENG Arxivləşdirilib 2023-11-03 at the Wayback Machine. Accessed: 2012–03-15. (Archived by WebCite®).