Zurab Caparidze

Zurab Caparidze (gürc. ზურაბ ჯაფარიძე; d. 1 yanvar 1976) — Gürcüstan siyasətçisi və Gürcüstan parlamentinin VIII çağırışının üzvüdür. Caparidze hal-hazırda müxalifətdə olan Birləşmiş Milli Hərəkat partiyasını təmsil edir. 2013-cü ilin iyununda onun namizədliyi həmin ilin oktyabrında baş tutacaq prezident seçkilərdə irəli sürülmüşdür.

Zurab Caparidze
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1976(1976-01-01) (48 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti jurnalist, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Caparidze Tbilisi Dövlət Tibb Universitetindən 1999-cu ildd və Gürcüstan İctimai Əlaqələr İnstitutunu 2005-ci ildə bitirmişdir. 1998-ci ildən başlayaraq o, Qərbin sponsorluğu ilə Gürcüstanda tətbiq edilən müxtəlif yardım proqramlarında iştirak etmişdir. 2005-ci ildən 2011-ci ilə qədər Gürcüstan İctimai Əlaqələr İnstitutunda dərs demişdir. 2010-ci ildən 2012-ci ilə qədər "Tabula" jurnalının müxbiri olmuşdur. Caparidzenin siyasi karyerası 2012-ci ilin oktyabrında onun prezident Mixeil Saakaşviliyə tərəf olan, lakin seçkilərdə səs çoxluğu toplaya bilməyən Birləşmiş Milli Hərəkatından parlamentə seçilməsindən başlamışdır.[1] 2013-cü ilin iyununda partiya onu prezidentliyə dörd namizəddən biri kimi elan etmişdir.[2][3]

Siyasi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Caparidzenin mövqesi libertarianlıq və Qərbə doğru inkişaf etməkdən ibarətdir. O, Gürcüstanın NATOAvropa Şurasında tam üzvlüyünə dəstəkdir. Caparidzenin iqtisadi mövqeyi bazarın dövlət nəzarətinin altından çıxarılmasını və ölkənin makro-iqtisadi potensialının inkişafını nəzərdə tutur. Caparidze həmçinin Gürcüstanda marixuana istifadəsinin qanunlaşdırılmasını dəstəkləyir.

  1. "დეპუტატების სია: ჯაფარიძე ზურაბ" (Georgian). Parliament of Georgia. 22 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 June 2013.
  2. "UNM names candidates for Presidential primaries". Tabula. June 29, 2013. 29 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2013.
  3. "Saakashvili's party names four presidential candidates". Democracy & Freedom Watch. June 29, 2013. 12 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2013.