AXUN

qazax dilində "el sənətkarı" mənasında olan "akun" (aşıq) sözündəndir. Orta Asiya, Qazaxıstan, İran və Azərbaycanda xüsusi təhsil almış din xadimlərinə verilən dini rütbə.
AXİSTAN
AXUND
OBASTAN VİKİ
Axun (Uçalı)
Axun (başq. Ахун, rus. Ахуново) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Axun kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (59 %), başqırdlar (39 %) üstünlük təşkil edir.
150 il. Mirzə Fətəli Axundov (film, 1962)
150 il. Mirzə Fətəli Axundov filmi rejissor Niyazi Bədəlov tərəfindən 1962-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur. == Məzmun == Kinooçerk Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur. Film bizi böyük filosof, şair, dramaturq M.F.Axundovun uşaqlıq illəri, mürəkkəb həyatı və fəaliyyəti ilə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə tanış edir. Burada dramaturqun məşhur "Hacı Qara" pyesindən bir səhnə ekranlaşdırılmışdır. Bu tarixi-bioqrafik film Tiflisdə M.F.Axundovun qəbri önündə və Bakıda böyük maarifçinin abidəsi qarşısında keçirilən təntənəli mərasimlərlə qurtarır. == Mükafat == 1963-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları, Rostov-Don, Orconikidze studiyalarının sənədli filmlər baxışında rejissor Niyazi Bədəlov ən yaxşı rejissor işinə görə Diplom almışdır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Məmməd Cəfər Cəfərov, Əhmədağa Qurbanov Rejissor: Niyazi Bədəlov Operator: Vladimir Zbudski Rəssam: Nadir Zeynalov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Abbas Əhməd Axundi
Abbas Əhməd Axundi (6 iyun 1957, Nəcəf) — İranlı siyasətçi, akademik və Həsən Ruhani kabinetində nəqliyyat naziri. 1993-cü ildə Axundi, Mənzil və şəhərsalma naziri olmuşdu ki onu İranın müasir tarixində ən gənc nazir etdi. Axundi, Əbdülhüseyn Əmininin qız nəvəsidir.
Abdulla Axundov
Abdulla Qasım oğlu Axundov (8 fevral 1913, Sədərək, İrəvan qəzası – 16 mart 1970, Bakı) — meliorasiya, suvarma əkinçiliyi sahəsində alim. Texnika elmləri doktoru (1960). == Həyatı == Abdulla Axundov 1913-cü ilin fevralın 8-də Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olmuşdur. 1930-cu ildə Bakıda Yer quruluşu texnikumunu, 1937-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsini, 1947-ci ildə Moskva Hidromeliorasiya İnstitunun aspiranturasını bitirmişdir. 1930–1932-ci illərdə Naxçıvanda yer quruluşu dəstəsinə başçılıq etmişdir. 1937–1939-cu illərdə Balakən suvarma sistemləri idarəsinin rəisi olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947–1949-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, Pambıqçılıq İnstitutunda meliorasiya və suvarma şöbəsinin, Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda drenaj şöbəsinin müdiri işləmişdir. "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Abdulla Axundov 1970-ci il, martın 16-da Bakıda vəfat etmişdir.
Alla Axundova
Alla Axundova (27 oktyabr 1939, Moskva) — ssenari müəllifi == Həyatı == 27 oktyabr 1939-cu ildə Moskvada anadan olmuşdur. 1964-ci ildə Moskvada M.Qorki ad. Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirmişdir. == Mükafatları == Azərbaycanın əməkdar incəsənət xadimi (1988), Respublika Dövlət mükafatı laureatıdır (1970). == Filmoqrafiya == Cırtdan (film, 1969) Şərikli çörək (film, 1969) Var olun, qızlar... (film, 1972) Şahzadə-qara qızıl (film, 1974) Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-ssenari müəllifi Şir evdən getdi (film, 1977) Bizi bağışlayın (film, 1979) Uşaq və külək (film, 1982) Təqib (film, 1984) Bahar əyləncələri (film, 1989) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Anar Axundzadə
Anar Axundzadə (6 iyul 1972, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990–1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib. 1996–1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997–2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib (2000–2005).. == Fəaliyyəti == Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000–2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr müavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.
Aqiyə Axundova
Aqiyə Zaqrebelska (qızlıq soyadı Axundova) — Ukrayna Dövlət İcraçıları Xidməti rəisinin birinci müavini. A. Axundova Maydan hərəkatı iştirakçılarının hüquqlarının aktiv müdafiəçisi olub.
Arif Axundov
Arif İmaməli oğlu Axundov — Azərbaycan dövlət xadimi
Axund Molla Mustafa
Axund Molla Mustafa Əliyev (1843, Seyidli, Kaspi vilayəti – Seyidli, Kaspi vilayəti) — Qarabağın tanınmış din xadimi, Ağamalının oğlu. == Həyatı == Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Beş yaşında atası Ağamalı vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür. Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə təhsil aldığı illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. O, Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur. Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Axund Molla Mustafa Ağamalı oğlu

Axund Molla Mustafa Əliyev

Axund Molla Zülfüqar
Axund Molla Zülfüqar Axundov (azərb. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov‎) — Qarabağın tanınmış din xadimi. Cümə məscidinin axundu. Axund Molla Mustafanın oğlu. Hacı İbrahim ağa Axundovun kiçik qardaşı. == Həyatı == Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov 1872-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Axund Molla Zülfüqar Axundov ilk təhsilini atası Axund Molla Mustafa Əliyevdən almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Xorasanda mükəmməl dini təhsil almışdır. Qardaşı Hacı İbrahim ağa Axundovun vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir.
Axund Molla Zülfüqar Axundov

Axund Mustafa Talıbzadə
Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə — din xadimi, axund, Tiflis qazısının və Zaqafqaziya şeyxülislamının müavini. Abdulla Şaiq və Yusif Ziya Talıbzadənin atası. == Həyatı == Mustafa Talıbzadə 1842-ci ildə Borçalı mahalının Sarvan kəndində anadan olub. Ali dini təhsilini Təbrizdə Hacı Səfərəli mədrəsəsində bitirib, 1871-ci ildə dini elmlərin tam kursunu başa vurması haqqında sənəd alıb. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra 1873-cü il dekabrın 12-də Şiə Ruhani İdarəsində imtahan verərək axund rütbəsinə layiq görülüb. 1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilib, məktəb və dərsliklərin yazılması işinə nəzarət edib. 1881-ci ildə şəriət dərsliyini yazmaq, 1882-ci il martın 6-da isə ona Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırılıb. Daha sonra isə Ruhani idarəsinin nəzdindəki "Əli məktəbində" müəllimlik etməyə başlayıb. Axund Mustafa Talıbzadə 1881-ci ilədək Tiflis qazısının müavini, sonra isə Qafqaz müsəlmanlarının şeyxülislamı Əhməd Səlyaninin müavini olub. 1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qriqori Qolitsının əmri ilə Axund Mustafa Talıbzadə Şiə Ruhani idarəsinin üzvü vəzifəsindən və başqa xidməti işlərindən azad edilib.
Axund Məhəmməd Hənifə
Axund Yusif Talıbzadə
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az-əbcəd. یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb.
Axund Əbdülcabbar Pişnamazzadə Şəkuyi
Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə — İslam alimi == Həyatı == Həzrət Əli məscidi məşhur mollaları ilə tanınmışdır.Onlardan biri də Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə olmuşdur. O, təhsilini Nəcəfül-əşrəldə almış və "Misbahui-Hərəmeyn" kitabını yazmışdır. Qəbri Şəkidə İmam Əli məscidinin ön tərəfindədir. == Əsərləri == "Kitabi-müsbahül-hərəmeyn" Tiflis: [s. n.], 1904 (1322 h.).- 478 s.
Axund Əbil sərdabəsi
Axund Əbil sərdabəsi — Novxanı kəndində yerləşən qəbirstanlığında qəbirlərin əhatəsində yerləşən sərdaba. Sərdabə kürsü üzərində inşa edilmişdir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili səkkiz bucaqlı piramida şəkilli günbəzlə tamamlanır. Abşeronda səkkiz bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri 3.80 x 3.80 m-dir. Tikilinin təxminən 1850-1870-ci illərdə inşa edilməsi ehtimal edilir. Burada kəndin axundu Axund Əbil dəfn olunmuşdur.
Axundlu
Axundlu — soyad. Həmid Axundlu — ictimai-siyasi xadim, yazıçı Ülvi Axundlu — Avropa Şurası Baş Katibinin Moldovada xüsusi nümayəndəsi. İbrahimxəlil Axundlu – marif və idman xadimi.
Axundlu bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Axundov
Axundov — Azərbaycan soyadı. Bu soyadlı tanınmış şəxslər === A === Abdulla Axundov (1913—1970) — meliorasiya, suvarma əkinçiliyi sahəsində alim Ağa Axundov (1882—1949) — Azərbaycan mühəndisi, energetik Ağamusa Axundov (1932—2015) — Azərbaycan ədəbiyyatşünası === B === Bəhram bəy Axundov (1861—1932) — həkim, Fransanın Lill Akademiyasının məzunu, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü === D === Davud Axundov (1918—2003) — Azərbaycan memarı, tarixçi === Ə === Əbdülxalıq Axundov (1863—1950) — Azərbaycan həkimi, publisist, tərcüməçi Əsəd bəy Axundov (1893—1939) — Azərnəşrin direktoru. Əsədulla Axundov (1873—1927) — Azərbaycanda sovet hakimiyyəti uğrunda mübariz, Hümmət Partiyasının qurucularından biri === H === Hüseyn Axundov Hüseyn Məmməd oğlu Axundov (1921—2015) — rəssam Hüseyn Yusif oğlu Axundov (1922—1986) — siyasətçi === İ === İsmayıl Axundov İsmayıl Hüseyn oğlu Axundov (1907—1969) — Azərbaycan Xalq Rəssamı, ictimai xadim, kitab qrafikası ustası İsmayıl Əbdülxalıq oğlu Axundov (1897—1952) — Azərbaycanda tibb elminin təşkilatçılarından biri === M === Məhəmmədsadıq Axundov (1887—194?) — Azərbaycan publisisti, tərcüməçi və teatr tənqidçisi Mirzə Fətəli Axundov (1812—1878) — Azərbaycan dramaturgiyasının banisi Mirzə Məhəmməd Axundov (Axundzadə) (1875—1926) — Azərbaycan maarif və teatr xadimi, dramaturq, tərcüməçi Mirzə Məhəmməd Axundov (1876—1938) — Zəngəzur qəzasının rəisi === N === Nadir Axundov (1912—1959) — dövlət xadimi, Azərbaycan SSR ticarət naziri === R === Ruhulla Axundov (1897—1938) — Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim === S === Süleyman Sani Axundov (1875—1939) – Azərbaycan dramaturqu, nasir, maarif xadimi === Ş === Şirəli Axundov (1886—1960) — Lənkəran Qəza İcariyyə Komitəsi sədri (1920–1930) === V === Vəli Axundov (1916—1986) – Azərbaycanın ictimai-siyasi xadimi, akademik. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1959–1969) === Soylar === Axundovlar — Qarabağ soylarından biri.
Axundova
Axundova — Azərbaycan qadın soyadı. Bu soyadlı tanınmış şəxslər Alla Axundova (d. 1939) — Ssenarist. Elmira Axundova Elmira Axundova (1911—1988) — müğənni. Elmira Axundova (d. 1953) — nasir, publisist, siyasətçi. Fidan Axundova (d. 1977) — aktrisa, televiziya aparıcısı, şairə. Nərgiz Axundova (d. 1959) — tarix üzrə elmlər doktoru, professor.
Axundovlar
Axundovlar — Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biri. == Soyun yaranması == Axundovların ulu babası Molla Əli Kəbirlidir. O, Kəbirli elinin Seyidli obasında sayılıb-seçilən, savadlı bir alim idi. Mahallarının dini işləri ilə məşğul olurdu.Qarabağ hakimləri İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşir bu ünlü alimə hörmət еtmiş, еhtiram bəsləmişdilər. Mеhdiqulu хan 1814-cü ildə оnun adına vеrilmiş təliqədə aхundu "Ərəstun bilikli" еpitеti ilə yad еtmişdir. Хan yazırdı: "Sеyidli оbasının başçısı Kоsa yüzbaşıya, Ərəstun bilikli Aхund Mоlla Əliyə оbanı vеrirəm. Bəbirəlini və nökər Məhəmmədəlini də оnun хidmətinə bağışlayıram". Aхund Mоlla Əli ruhani оlmaqla yanaşı, həm də yaхşı həkim idi. Aхund Mоlla Əlinin Оruc ağa, Dərgahqulu bəy adlı оğulları vardı. Onun törəmələri Axundov soyadını daşıyırlar və hal hazirda Bakıda yasayirlar.
Axundovlar (Şuşa)

Axundqışlaq (Bünab)
Axundqışlaq (fars. اخوندقشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. Azərşəhr-Miyandab avtomobil yolundan 7 km cənubdadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4.409 nəfər yaşayır (1.096 ailə).
Axunəkəran
Axunahiran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 378 nəfərdir (2009).[mənbə göstərin] == Tarixi == Axunahiran Lerik rayonunun Veri inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Əsl adının Ahungəran olduğu və Talış dilində "dəmirçilər" mənasını bildirdiyi güman edilir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Hidronim isə axun (sel, çay), hır (tal, duman, ciskin) sözlərindən və -an (məkan) şəkilçisindən düzəlib, "dumanlı, bulanıq çay" deməkdir.