Axund Mustafa Talıbzadə

Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə — din xadimi, axund, Tiflis qazısının və Zaqafqaziya şeyxülislamının müavini.

Axund Mustafa Talıbzadə
Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə
Doğum tarixi
Doğum yeri Sarvan, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Uşaqları Abdulla Şaiq, Yusif Ziya Talıbzadə
Fəaliyyəti axund

Abdulla ŞaiqYusif Ziya Talıbzadənin atası.

Mustafa Talıbzadə 1842-ci ildə Borçalı mahalının Sarvan kəndində anadan olub[1]. Ali dini təhsilini Təbrizdə Hacı Səfərəli mədrəsəsində bitirib, 1871-ci ildə dini elmlərin tam kursunu başa vurması haqqında sənəd alıb. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra 1873-cü il dekabrın 12-də Şiə Ruhani İdarəsində imtahan verərək axund rütbəsinə layiq görülüb[2].

1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilib, məktəb və dərsliklərin yazılması işinə nəzarət edib[3]. 1881-ci ildə şəriət dərsliyini yazmaq, 1882-ci il martın 6-da isə ona Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırılıb. Daha sonra isə Ruhani idarəsinin nəzdindəki "Əli məktəbində" müəllimlik etməyə başlayıb[3].

Axund Mustafa Talıbzadə 1881-ci ilədək Tiflis qazısının müavini[4], sonra isə Qafqaz müsəlmanlarının şeyxülislamı Əhməd Səlyaninin müavini olub[5][6].

1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qriqori Qolitsının əmri ilə Axund Mustafa Talıbzadə Şiə Ruhani idarəsinin üzvü vəzifəsindən və başqa xidməti işlərindən azad edilib[7].

1903-cü ildə vəfat edib, Tiflis müsəlman qəbiristanlığında dəfn olunub[2].

Axund Mustafa Talıbzadə Mehri xanım Cəfər qızı ilə ailə qurub. Bu evlilikdən 1877-ci il yanvarın 22-də Yusif Ziya Talıbzadə, 1881-ci il fevralın 12-də Abdulla Şaiq adlı oğulları, 1884-cü il iyulun 22-də isə Ruqiyə adlı qızları dünyaya gəlib[2].

Oğlu Yusif Ziya Talıbzadə pedaqoq, siyasətçi, dramaturq, hərbçi olub[8]. Balkan müharibələrində[9], Birinci Dünya Müharibəsində[10], Bakı döyüşündə[11]Basmaçı hərəkatında iştirak edib[12]. Naxçıvanın hərbi komissarı olub[13].

Oğlu Abdulla Şaiq Azərbaycan SSR əməkdar incəsənət xadimi, şair, yazıçı olub[14].

  1. Abdulla Şaiq. Xatirələrim. Bakı: XAN nəşriyyatı. 2015. səh. 12. ISBN 978-9952-405-56-9.
  2. 1 2 3 Nazim Nəsrəddinov. "Maarif fədaisi - Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə" (az.). modern.az. 2011-11-22. Archived from the original on 2022-12-27. İstifadə tarixi: 2022-12-27.
  3. 1 2 Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 19.
  4. "Abdulla Şaiqin Trəcümeyi halı" (az.). abdullashaig.az. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
  5. Əyyub Qiyas. "Ülkər Talıbzadə: "Nəinki mən, məndən əvvəlki, məndən sonrakı nəsil də bu şeirlərlə böyüyüb"" (az.). Ədəbiyyat qəzeti. 2020-09-07. Archived from the original on 2022-12-26. İstifadə tarixi: 2022-12-27.
  6. Nəzmin Cəfərov. "Abdulla Şaiq: Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır" (az.). science.gov.az. 2021-02-21. Archived from the original on 2021-10-25. İstifadə tarixi: 2022-12-27.
  7. Sarvan M. Borçalı alimləri. Bakı: Azərbaycan Milli Ensiklopediyası. 2001. səh. 425.
  8. Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005.
  9. Minaxanım Əsədli. Yusif Ziya Talıbzadənin həyatı və mühiti. Bakı: Nurlan nəşriyyatı. 2005. səh. 60.
  10. Cafer Mustafalı. "Türk dünyasnının şerefli bir kahramanı: kafkasyalı Yusuf Ziya Talıbzade" (türk). kafkassam.com. 2018-10-19. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
  11. Məhərrəm Zülfüqarlı. Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri (PDF). Bakı. 2017. səh. 6. ISBN 978-9952-514-77-3. 2022-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-22.
  12. Əhməd Zəki Vəlidi Toğan. Hatıralar: Türkistan ve Diğer Müslüman Doğu Türklerinin Milli Varlık ve Kültür Mücadeleleri. İstanbul. 1969. səh. 407.
  13. Həsən Həsənov. Nəriman Nərimanov Milli dövlətçilik baxışları və fəaliyyəti (PDF). Bakı: Elm . 2005. səh. 37. ISBN 5 – 8066 – 1718 – 1. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-12-27.
  14. Saleh Salayev. Abdulla Şaiq Talıbzadə (PDF). Bakı: Ağrıdağ. 2001. səh. 14. 2022-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-27.