Axund Molla Zülfüqar Axundov (azərb. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov) — Qarabağın tanınmış din xadimi. Cümə məscidinin axundu.[1] Axund Molla Mustafanın oğlu. Hacı İbrahim ağa Axundovun kiçik qardaşı.
Axund Molla Zülfüqar Axundov | |
---|---|
azərb. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov | |
Doğum tarixi | |
Doğum yeri | Seyidli kəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat səbəbi | repressiya |
Atası | Axund Molla Mustafa Əliyev |
Anası | Məşədi Başxanım |
Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov 1872-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır.[2]
Axund Molla Zülfüqar Axundov ilk təhsilini atası Axund Molla Mustafa Əliyevdən almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Xorasanda mükəmməl dini təhsil almışdır. Qardaşı Hacı İbrahim ağa Axundovun vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir.[2]
Azərbaycanın yüzlərlə ziyalısı kimi Axund Molla Zülfüqar Axundov da 1937-ci ildə repressiya qurbanı olmuşdur. O, 1937-ci ilin sentyabr ayının 15-dən 16-na keçən gecə güllələnmişdir.[2]
Axund Molla Zülfüqar Axundov ailə həyatı qursa da, övladı olmamışdır.[2]