Axund Molla Mustafa Əliyev (1843, Seyidli, Kaspi vilayəti – Seyidli, Kaspi vilayəti) — Qarabağın tanınmış din xadimi, Ağamalının oğlu.
Axund Molla Mustafa Əliyev | |
---|---|
azərb. Axund Molla Mustafa Ağamalı oğlu Əliyev | |
Doğum tarixi | 1843 |
Doğum yeri | |
Vəfat yeri | |
Həyat yoldaşları |
|
Uşaqları | Hacı İbrahim ağa Axundov, Axund Molla Zülfüqar Axundov, Yusif, Nəsir |
Atası | Ağamalı Kərbəlayi Miralı oğlu |
Anası | Yetər xanım |
Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Beş yaşında atası Ağamalı vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür.
Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə təhsil aldığı illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. O, Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur.
Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Axund Molla Mustafa iki dəfə ailə həyatı qurmuşdur. Birinci evlilik həyatında Çəmənli kəndindən olan xanımla evlənmiş, İbrahim adlı oğlu dünyaya gəlmişdir. İkinci dəfə Məşədi Başxanımla evlənmiş, Zülfüqar, Yusif, Nəsir adlı övladları anadan olmuşdur.
Tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova (Axundova) Axund Molla Mustafa Əliyevin kötücəsidir.
Hazırda Axund Molla Mustafanın nəsli Axundov soyadını daşıyır.
Azərbaycanda orta əsrlərə aid Şərq fəlsəfəsi tarixinin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Axund Molla Mustafanın bacısı Məşədi Xırda xanımın kötücəsidir.