BÜZMƏCƏ
CABAL
OBASTAN VİKİ
Hacı Cabbar Kömək
Hacı Cabbar Kömək (1869, Yengicə, Şərur-Dərələyəz qəzası – 1948, Qars, Qars ili) — Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi. Çanaqqala zəfərinə və Türkiyə ordu quruculuğuna verdiyi töhfələrə görə Atatürk tərəfindən "Kömək" ləqəbini 1925-ci ildə isə bu xidmətlərinə görə "İstiqlal medalı" alıb. == Həyatı == 1869-cu ildə Şərur rayonunun Yengicə kəndində doğulub. Azərbaycanda və eləcə də Türkiyədə xeyriyyəçilik işləri görüb. Türkiyə İstiqlaliyyət Müharibəsinə dəstək məqsədilə könüllü dəstələrin təşkilində böyük xidmətləri olub. 1919-cu ilin 23 iyul-7 avqust tarixində keçirilən Ərzurum konqresində Hacı Cabbar Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgəsinin müsəlman əhalisinin səlahiyyətli nümayəndəsi olur. Onun nümayəndə kimi Ərzurum Milli Müdafiə Cəmiyyətinə göndərdiyi teleqramlardan ikisi Türkiyə arxivlərində hələ də qalır. Ticarətlə məşğul olduğundan bir müddət Türkiyənin Uşak şəhərində yaşayır. Milli Mübarizə dövrünün qanununa görə gəlirin 10 faizini vermək əvəzinə 40 faizə qədər vergi ödədiyinə görə və eləcə də gələcəkdə qaytarılmaq şərti ilə imkanı çatan qədər pulunu orduya verdiyinə görə Təqdirnamə almışdır. Sonradan Atatürkün təklifi ilə ona "Kömək" soyadı verilir.
Hatəm Cabbarlı
Cabbarlı Hatəm Qulu oğlu (27 dekabr 1969, Çobankərə, Zəngibasar, Ermənistan SSR) — azərbaycanlı alim, siyasi elmlər doktoru, == Həyatı == 27 dekabr 1969-cu ildə Ermənistan Respublikasının Zəngibasar (Masis) rayonunun Rəhimabad (Çobankərə) kəndində doğulmuşdur. 1976-1986-cı illərdə Cəlil Məmmədquluzadə adına Qaraqışlaq (Dostluq) kənd orta məktəbində orta təhsilini tamamlamışdır. 1988-1990-cı illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1991-1993-cü illərdə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. Qarabağ müharibəsi qazisidir. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsindən məzun olmuş, 2002-ci ildə Ankara Universiteti Sosial Elmlər İnstitutunda magistr təhsilini tamamlamışdır. 2008-ci ildə Türkiyədə Qazi Universitetində siyasi elmlər doktoru alimlik dərəcəsini almışdır. 2001-2005-ci illərdə Ankarada fəaliyyət göstərən Avrasiya Strateji Araşdırmalar Mərkəzində Cənubi Qafqaz (Ermənistan) üzrə ekspert işləmişdir. Bir çox məqalələri və analizləri Azərbaycan, Türkiyə və region mətbuatında dərc edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə III dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
Inga cabelo
Inga cabelo (lat. Inga cabelo) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kamal Cabbarov
Kərim Əbdül Cabbar
Kərim Əbdül-Cabbar orijinal adı ilə Kareem Abdul Jabbar (əsl adı: ing. Ferdinand Lewis Alcindor Jr.; 16 aprel 1947[…], Nyu-York, Nyu-York ştatı, ABŞ[…]) — məşhur amerikalı basketbolçu, NBA tarixində ikinci ən çox xal qazanan oyunçu. Milli Basketbol Assosiasiyası komandalarından Miluoki Baks, Los-Anceles Leykersdə 20 mövsüm forma geyinib. Mərkəz mövqedə olan Kərim Əbdül-Cabbar karyerasında NBA ilin ən yaxşı beş komandası və NBA ən yaxşı müdafiə komandasına girməyi bacardı. 6 dəfə NBA çempionu, 6 dəfə NBA Ən Dəyərli Oyunçu Mükafatı, 19 dəfə NBA ulduzuna layiq görülüb. 6 çempionluğun ardından müəllim olduğu komanda iki dəfə NBA çempionu olmuşdur. 1996-cı ildə NBA Tarixinin ən yaxşı 50 oyunçusu sırasına daxil olmuşdur. NBA müəllimi Pat Riley və basketbolçu Ayzes Tomas ilə Culis İrvinq, Əbdül-Cabbarı tarixdəki ən yaxşı basketbol oyunçusu olduğunu deyirlər. == Haqqında == İllərin ən yaxşı basketbolçusu hesab edilən Əbdül-Cabbar, Los-Anceles Kaliforniya Universitetində 1965–89-cu illərdə 5 nömrədə mərkəz pozisiyada oynamışdır. Karyerasında 38.387 top vurmuşdur.
Lagochilus cabulicus
Kabul dovşandodağı (lat. Lagochilus cabulicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dovşandodaq cinsinə aid bitki növü.
Larry the Cable Guy
Daniel Lawrence "Larry" Whitney (ing. Larry the Cable Guy; 17 oktyabr 1963, Pawnee City, Nebraska) — ABŞ aktyoru.
Live from Le Cabaret
Live from Le Cabaret — Maroon 5 qrupunun canlı albomu.
Mahir Cabbarov
Mahir Cabbarov — texnika üzrə fəlsəfə doktoru == Həyat və yaradıcılığı == Mahir Əmiraslan oğlu Cabbarov 1958-ci il aprel ayının 18-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. 1975-ci ildə Səhləbad kənd orta məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU) daxil olmuş, 1980-cı ildə isə institutu bitirmişdir. 1980-ci ildən 1987-ci ilədək Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışan M.Cabbarov 1980-82-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-1993-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Tikinti Təşkilatında baş mühəndis və rəis, 1993-1999-cu illərdə Azərittifaqın Eksperimental İstehsalat Sənaye Müəssisələri Birliyində baş direktor, 2001-2012-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi Mexanizasiya və Tikinti İstehsalat İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2012-ci ildən “Sahil inşaat Qrup” MMC-nin təsisçisi və baş direktoru vəzifəsində işləyir. M.Ə.Cabbarov paralel olaraq, tikinti sektorunun inkişafı, tikintidə təhlükəsizliyin təmin edilməsi və s. istiqamətlərdə elmi araşdırmalar apararaq 2008-ci ildə “05.26.02 – Fövqəladə hallarda təhlükəsizlik (tikinti)” ixtisası üzrə AzMİU-nun doktoranturasına daxil olmuşdur. Doktorantura dövründə araşdırmaları davam etdirərək “Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinə təsir edən risklərin qiymətləndirilməsi və idarə olunması” mövzusunda dissertasiya işini yerinə yetirmişdir. 2012-ci ildə M.Ə.Cabbarov tədqiqat işini uğurla müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. M.Ə.Cabbarov Bakı şəhərində və respublikamızın müxtəlif rayonlarında dövlət əhəmiyyətli bır sıra layihələrin uğurla icra olunmasına rəhbərlik etmişdir.
Mikayıl Cabbarov
Mikayıl Cabbarov (19 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (2019-cu ildən), Azərbaycan Respublikasının vergilər naziri (2017–2019), 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Respublikasının təhsil naziri (2013–2017), Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009–2013), Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini (2004–2009), Azərbaycan Badminton Federasiyasının prezidenti (2015–2021), Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti (2017–2021), Azərbaycan Güləş Federasiyasının prezidenti (2021), Ələt azad iqtisadi zonası üzrə İşçi qrupunun rəhbəri (2024). == Həyatı == Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. === Təhsili === 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb. 1999–2002-ci illər – özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 1999-cu ildən ABŞ-nin Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. 2002–2003-cü illər – İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. 2003–2004-cü illər – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.
Mir Cabbar Miryəhyayev
Mir Cabbar Miryəhyayev - yazıçı == Yaradıcılığı == “Yeni yol”,qazetinda 1928.
Mirzə Cabbar Məmmədzadə
Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə (20 yanvar 1882, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor (1937). Ermənistan Cümhuriyyəti Parlamentinin I çağırış deputatı olmuşdur. Mirzə Abbas Məhəmmədzadənin oğlu, Cəlal Məmmədovun atasıdır. == Həyatı == Mirzə Cabbar Məmmədzadə 1882-ci ilin yanvar ayının 20-də İrəvan şəhərində, camaat arasında "fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində dünyaya gəlmişdir. Əvvəl ev təhsili almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Həmin seminariyada 1898-ci ildə İrəvanda ilk rus-tatar məktəbinin açılmasında rolu olan Axund Məmmədbağır Qazızadə ona dərs demişdir. Mirzə Cabbar 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır. O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin 1 sentyabrına kimi Qəmərli məktəbinin nəzarətçisi olub.
Mirzə Cabbar Təzkirəçi
Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi (fars. میرزا جبار تذکرهچی‎) — İranın ilk jurnalistlərindən biri, diplomat. == Həyatı == Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi 1826-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Tağı xan Əmir Kəbirin yanında işə düzəlmişdi. Təzkirəçi kimi tanınmışdı. Tehranda ilk mətbələrdən birini Mirzə Cabbar Təzkirəçi açmışdı. Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi. Mirzə Cabbar Təzkirəçi xarici ölkələrdə diplomat kimi çalışmışdı.
Mirzə Əbdürrəhim Cabiri
Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Cabiri (?-?)—xəttat. == Həyatı == Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Qaradağ vilayətinin Kəleybər mahalının Hicrandust kəndində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xəttat idi. Nəsx və nəstəliq yazmaqda çox mahir idi. Mirzə Əbdürrəhim Cabiri görkəmli ədib idi. Onun qələmindən iki kitab çıxıb. Qacarlar dövrünün sonlarında vəfat etdiyi bilinir. == Mənbə == Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.
Murad Cabbarlı
Murad Cabbarlı (5 may 1960, Bakı) – Şəki Şəhər İcra Hakimiyyətinin başçısı (2010–2011-ci illər). == Həyatı == Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı il may ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1977-ci ildə A. Qarayev adına Uşaq Kliniki Xəstəxanasında başlayıb. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini elmi kommunizm ixtisası üzrə bitirib. Fəlsəfə elmləri namizədidir. 1983–1991-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, 1991–1992-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində işləmişdir. 1992–1994-cü illərdə Moskva şəhərində "Soyuzvneştorq" istehsal-ticarət birliyinin baş direktorunun müavini, 1994–1996-cı illərdə "Neftemaşimpeks" SC-də kommersiya işləri üzrə direktor, 1996–1998-ci illərdə "Texnotsentr-5" MMC-nin direktor müavini vəzifələrində çalışmışdır. 1998–2000-ci illərdə Bakı şəhərində "Şəms-R" elm-istehsalat şirkətində baş direktorun müavini, 2000–2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, həmçinin 2002–2006-cı illərdə əvəzçilik qaydasında "Savalan" ATSC idarə heyətinin sədri, 2006–2008-ci illərdə "ADA-Mülkiyyət" MMC-nin direktoru vəzifəsində işləmişdir. 2008-ci ildə "Şəki Aqro İndastris" MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008–2010-cu illərdə "Şəki Kərpic" MMC-nin direktoru vəzifəsində çalışmışdır. 2010-cu il aprel ayının 21-dən 2011-ci il may ayının 23-dək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Muradxan Cabbarov
Muradxan Mahmud oğlu Cabbarov (5 may 1926, Kərəviz, Laçın rayonu – 13 aprel 2006, Bakı) — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (1994–2005), Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon və Laçın Rayon komitələrinin birinci katibi, Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Muradxan Mahmud oğlu Cabbarov 5 may 1926-cı ildə Laçın rayonunun Kərəviz kəndində anadan olub. 1944-cü ildə Laçın şəhər orta məktəbini bitirmişdir. 1944–1950-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində, 1961–1967-ci illərdə isə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır. Muradxan Mahmud oğlu Cabbarov 13 aprel 2006-cı ildə Bakı şəhərində vəfat edib. == Siyasi fəaliyyəti == 1950-ci ildən Azərbaycan LKGİ Laçın rayon komitəsinin şöbə müdiri, ikinci katibi, birinci katibi, 1959-cu ildən isə Laçın Rayon Partiya Komitəsinin ikinci katibi, 1960-cı ildən Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1962-ci ildən 1980-ci ilədək Laçın Rayon və 1980-ci ildən Zəngilan Rayon Partiya komitələrinin birinci katibi vəzifəsində çalışmışdır. Daha sonra Laçın Şəhər XDS İK-nın sədri olmuşdur. 6 aprel 1994-cü ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş, 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır. == Mükafatları == SSRİ-nin "Şərəf nişanı" ordeni.
Muraz Cabbarov
Muraz İlham oğlu Cabbarov (7 mart 2000; Zağalı, Daşkəsən, Azərbaycan — 10 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Muraz Cabbarov 2000-ci il martın 7-də Daşkəsən rayonunda anadan olub. == Hərbi xidmətləri == 2018-ci ildə hərbi xidmətə başlayan Muraz Cabbarov xidmətinə Xüsusi Təyinatlı Qüvvələrdə davam eləmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Muraz Cabbarov Fizuli və Kəlbəcər döyüşlərində savaşıb. 10 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. 2 noyabr 2020-ci il tarixində Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmmədiyyə Cabbarzadə
Məmmədiyə Məhəmməd oğlu Cabbarzadə (10 dekabr 1986; Şəki, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədiyə Cabbarzadə 1986-cı il dekabrın 10-da Şəki şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Məmmədiyə Cabbarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmmədiyə Cabbarzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Xatirəsi == 2023-cü ildə Məmmədiyyə Cabbarzadə haqqında "Ölümsüzlər" sənədli filmi çəkilmişdir.
Məmmədiyə Cabbarzadə
Məmmədiyə Məhəmməd oğlu Cabbarzadə (10 dekabr 1986; Şəki, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədiyə Cabbarzadə 1986-cı il dekabrın 10-da Şəki şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Məmmədiyə Cabbarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmmədiyə Cabbarzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədiyə Cabbarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Xatirəsi == 2023-cü ildə Məmmədiyyə Cabbarzadə haqqında "Ölümsüzlər" sənədli filmi çəkilmişdir.
Oruc Cabbarov
Oruc Akif oğlu Cabbarov (6 dekabr 1999; Nərimanabad, Yevlax rayonu, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Cabbarov 1999-cu il dekabrın 6-da Yevlax rayonunun Nərimanabad kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Oruc Cabbarov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Oruc Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Oruc Cabbarov oktyabrın 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 2021-ci ilin ilk günlərində tapılan nəşi həmin ilin 2 yanvar tarixində doğulduğu Yevlax rayonunun Nərimanabad kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Orxan Cabbarov
Orxan Cabbarov (kiçik gizir) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Orxan Cabbarov (gizir)
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Orxan Cabbarov (kiçik gizir)
Orxan Rövşən oğlu Cabbarov (16 oktyabr 1995; Tovuz, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Orxan Cabbarov 1995-ci il oktyabrın 16-da Tovuz şəhərində anadan olub. Ailəli idi. Ayxan adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Orxan Cabbarov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Talış istiqamətində savaşıb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, [[Hadrutun azad edilməsi|Xocavənd]]in və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Cabbarov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz şəhərində dəfn olunub.
Proprioseiopsis cabonus
Proprioseiopsis cabonus (lat. Proprioseiopsis cabonus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis cabonus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qafarov İsa Cabbar oğlu

Digər lüğətlərdə