Oruc Akif oğlu Cabbarov (6 dekabr 1999; Nərimanabad, Yevlax rayonu, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Oruc Cabbarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nərimanabad, Yevlax rayonu, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Nərimanabad, Yevlax rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Oruc Cabbarov 1999-cu il dekabrın 6-da Yevlax rayonunun Nərimanabad kəndində anadan olmuşdur.[1] Subay idi.
Oruc Cabbarov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Oruc Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Oruc Cabbarov oktyabrın 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.[2] Uzun müddət nəşi tapıla bilməmişdir. 2021-ci ilin ilk günlərində tapılan nəşi həmin ilin 2 yanvar tarixində doğulduğu Yevlax rayonunun Nərimanabad kəndində dəfn olunmuşdur.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Cabbarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]