Hatəm Cabbarlı

Cabbarlı Hatəm Qulu oğlu (27 dekabr 1969, Çobankərə, Zəngibasar, Ermənistan SSR) — azərbaycanlı alim, siyasi elmlər doktoru,

Hatəm Qulu oğlu Cabbarlı
Doğum tarixi (54 yaş)
Doğum yeri Rəhimadad kəndi, Zəngibasar rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Beynəlxalq münasibətlər
Elmi dərəcəsi Siyasi elmlər doktoru
Təhsili Bakı Dövlət Universiteti (bakalavr, 1997)
Ankara SFB (master, 2001)
Qazi Universiteti (doktorantura, 2008)
Mükafatları 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə III dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
www.atsam.org.az

27 dekabr 1969-cu ildə Ermənistan Respublikasının Zəngibasar (Masis) rayonunun Rəhimabad (Çobankərə) kəndində doğulmuşdur. 1976-1986-cı illərdə Cəlil Məmmədquluzadə adına Qaraqışlaq (Dostluq) kənd orta məktəbində orta təhsilini tamamlamışdır. 1988-1990-cı illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1991-1993-cü illərdə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. Qarabağ müharibəsi qazisidir.

1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsindən məzun olmuş, 2002-ci ildə Ankara Universiteti Sosial Elmlər İnstitutunda magistr təhsilini tamamlamışdır. 2008-ci ildə Türkiyədə Qazi Universitetində siyasi elmlər doktoru alimlik dərəcəsini almışdır. 2001-2005-ci illərdə Ankarada fəaliyyət göstərən Avrasiya Strateji Araşdırmalar Mərkəzində Cənubi Qafqaz (Ermənistan) üzrə ekspert işləmişdir. Bir çox məqalələri və analizləri Azərbaycan, Türkiyə və region mətbuatında dərc edilmişdir.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə III dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.

Türk, rus, erməniingilis dillərini bilir. Evlidir, Alp Ər Tunqa və Alp Arslan adında iki oğlu var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  1. Erməni dili, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi nəşri. Azərbaycan, Bakı, 2015,
  2. Ermenistan’da Siyasi Aktörler ve Partiler, 2015, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi nəşri. Azərbaycan, Bakı, 2015,
  3. Ermənistanın xarici siyasəti 1991-2013. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə dəstək Şurasının nəşri. Azərbaycan, Bakı, 2014.
  4. Ermenistan'da İktidar Mücadelesi, Türkiyə, Ankara, Platin Yayımevi, 2005.
  5. Bağımsızlık Sonrası Ermenistan Rusıya ilişkileri.