AMM

AMM(Ə)

ə. 1) xalq, camaat, kütlə; 2) kütləvi, ümumxalq; 3) avam, qara camaat; 4) seyid olmayan, Məhəmməd nəslindən olmayan.

AMİZİŞ
AMMƏ
OBASTAN VİKİ
AMM
Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) - əsas məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, azərbaycanlıların mədəniyyətinin, tarixinin, ədəbiyyatının təbliğini aparan, Gürcüstanın Marneuli şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Mərkəz 2006-cı ildə indiki sədri Fazil Həsənovun Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvilinin Marneulidəki görüşləri zamanı müraciətindən sonra yaranmışdır. === Fəaliyyəti === Azərbaycanlılarn Mədəniyyət Mərkəzinin nəzdində sistematik gürcü dilöyrətmə və kompüter kursları fəaliyyət göstərir. Eləcə də, mərkəzin nəzdində "Sarvan" folklor rəqs qrupu fəaliyyət göstərir. Qrupun bədii rəhbəri Cəmilə Məmmədovadır, xoreoqrafı isə Nino Lomidzedır. Qrupun repertuarında azərbaycan və gürcü milli rəqsləri var. Gürcüstanda yaşayan etnik azlıqlar (Gürcüstan, Ukrayna, Estoniya, Ermənistan və s) arasında keçirilən Global Peace Festivalda qrupun solisti Aygün Həsənova milli rəqs "Sarı gəlin"i ifa edərək 1 yer qazanmışdır. Bundan əlavə, "Open new world 2009" yarışmasının solo nominasiyasında "Sarı gəlin" rəqsi 1-lik qazanmışdır, qrup nominasiyasında isə "Nazilə" rəqsini ifa edərək Sarvan qrupu 2 yerə sahib olub. === KİV === Azərbaycanlıların Mədəniyyət Mərkəzi qəzet və jurnal nəşri ilə məşquldur. "Region press" qazeti artıq ayda 3 dəfə oxucuların qarşısına çıxır, qazetdə gənc qələmlərin yazılarına və hüquq məsləhətlərinə rublika ayrılıb.
Amma ulusu
Amma ulusu (saxa Амма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Amma kəndidir. == Coğrafiyası == Mərkəzi Yakutiyanın cənub-şərqində yerləşir. Şimaldan Çurapçı ulusu, şərqdən və cənub-şərqdən Ust-Mayski ulusu ilə, cənubdan və qərbdən Aldan ulusu ilə, şimal-qərbdən Xanqalas və Meqino-Kanqalas ulusları ilə həmsərhəddir. Rayonun sahəsi 29,4 min km²-dir. === Təbii şərait === Amma çayının orta axarında, Prilenski yaylasında yerləşir. Yanvarda orta temperatur −38 … — 42 ° C, iyulda + 16 … + 18 ° C təşkil edir. Yağıntı ildə 200–250 mm-dir. == Tarixi == Ulusun mərkəzi 1652-ci ildə rus kəndli fermerləri tərəfindən Amqinskaya qəsəbəsi olaraq qurulan Ammadır. Saxalıların yerli sakinlərinin əkinçilik mədəniyyətinə qoşulduğu ilk rayonlardan biridir.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Amman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Amman (botanik)
İohann Amman (ing. Johann Amman; 22 dekabr 1707 – 4 dekabr 1741, Sankt-Peterburq) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == İohann Amman toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Stirpium rariorum in Imperio Rutheno sponte provenientium icones et descriptiones / Collectae ab Joanne Ammano, M. D. Acad. Imper. scient. membro et botanices professore, Regiae Societatis Londinensis sodali; Instar supplementi ad Commentar. Acad. scient. Imper.
Amman sarmaşığı
Amman sarmaşığı (lat. Convolvulus ammanii) - sarmaşıq cinsinə aid bitki növü.
Ammaniyayabənzər berqiya
Ammanniaceae
Ağlarotukimilər (lat. Lythraceae) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Sinonimləri == Ammanniaceae Horan. Blattiaceae Engl. Duabangaceae Takht. Lagerstroemiaceae J.Agardh Lawsoniaceae J.Agardh Punicaceae Bercht. & J.Presl, nom. cons. Salicariaceae Juss., nom. illeg.
Ammara Pinto
Ammara Pinto (14 sentyabr 1997) — Malavili üzgüçü. Ammara Pinto Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ammara Pinto birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.32 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ammassalik adası
Ammassalik adası (dan. Ammassalik Ø) — Sermersook kommunasına daxil olan (Qrenlandiya) ada. Sahəsi 772 km², əhalisi 3044 nəf. (2012) təşkil edir. Ən iri yaşayış məntəqəsi Tasiilakdır. Bundan əlavə adada digər yaşayış mənyəqələri vardır: İkkatek, əhalisi — 1 nəf. (Ammassalikdən qərbdə yerləşən adacıqda yerləşir) İsertok, əhalisi — 120 nəf. Kulusuk, əhalisi — 310 nəf. (Ammassalikdən şərqdə yerləşən adacıqda yerləşir) Kuummiut, əhlalisi — 392 nəf. Kemertuarssuit, 1 yanvar 2005-ci ildə tərk edilmişdir (1 yanvar 2004-cü ilə görə burada 1 nəfər yaşayırdı) Sermiliqaak, əhalisi — 212 nəf.
Ammi
Dişqurtlayan (lat. Ammi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Ammi glaucifolium
Böyük dişqurtlayan (lat. Ammi majus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, kiçik ağ çiçəkləri olmaqla, iri çiçəklərınin diametri 15 sm, çiçək qrupu isə mürəkkəb çətirdir. Düz, çılpaq, şırımlı gövdəli, hündürlüyü 100-140 sm-dir. Yuxarı hissəsi budaqlanan, gövdə budağındakı yarpaqları orta saylıdır. Yarpaq lövhəcikləri iki, hətta üç lələkvari bölünmüş olur. Meyvəsi sallaq, kiçik, uzunluğu 2-3 mm, eni isə 1 mm-dir. Yetişmiş və qurudulmuş mədəni birillik ot bitkisi olan böyük amminin meyvələri xammal olaraq toplanılır. Meyvələrini bitki ölüşkəyən zaman toplanılır. Mərkəzi çətirindəki meyvələri yetişməyə başladıqda bitki toplanılmalı və qurudulmalıdır.
Ammolirion
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. == Təbii yayılması == Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. == Botaniki təsviri == Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
Ammon
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Ammonifikasiya
Ammonifikasiya – tərkibində azot olan üzvi maddələrin (zülal, nuklein turşuları, sidik cövhəri və s.) mikroorqanizmlər tərəfindən parçalanıb sərbəst ammoniumun (amonyakın) əmələ gəlməsi prosesidir. Ammonifikasiya təbiətdə azotun dövranının mühüm mərhələsi olub torpağı azotun mənimsənilən forması ilə zənginləşdirir. Orqanizmlərin fəaliyyəti və məhv olması nəticəsində torpağa və su hövzələrinə çoxlu miqdarda tərkibində azot olan üzvi maddələr daxil olur. Ammonifikasiya prosesi nəticəsində onlar minerallaşır və yenidən bitki və müxtəlif mikroorqanizmlər tərəfindən mənimsənilə bilir. Yaxşı aerasiyalı neytral, kifayət qədər rütubətli torpaqlarda Ammonifikasiya prosesi müvəffəqiyyətlə keçir.
Ammonium Tiosulfat
Ammonium tiosulfat — (ammonium hiposülfit, ammonium turşusu) qeyri-üzvi birləşmə, (NH4)2SO3S düsturlu ammonium və tiosulfurik turşu duzudur, rəngsiz kristallardır, suda həll olunur. Fotoqrafiyada sürətli fiksatorların əsas komponenti kimi istifadə olunur. == Alınması == Kükürd suspensiyasının ammonium hidrat məhlulu ilə yavaş reaksiyası: 4 ( N H 3 ⋅ H 2 O ) + 4 S → ( N H 4 ) 2 S O 3 S + 2 N H 4 H S + H 2 O {\displaystyle {\mathsf {4(NH_{3}\cdot H_{2}O)+4S\ {\xrightarrow {}}\ (NH_{4})_{2}SO_{3}S+2NH_{4}HS+H_{2}O}}} Havada ammonium hidrosulfidin yavaş oksidləşməsi: N H 4 H S → − N H 3 O 2 S , ( N H 4 ) 2 S n , ( N H 4 ) 2 S O 3 S {\displaystyle {\mathsf {NH_{4}HS\ {\xrightarrow[{-NH_{3}}]{O_{2}}}\ S,(NH_{4})_{2}S_{n},(NH_{4})_{2}SO_{3}S}}} Ammonium hidrosulfid və ammonium hidrosulfitin isti məhlullarının birləşdirilməsi: 2 N H 4 H S + 4 N H 4 H S O 3 → 80 o C 3 ( N H 4 ) 2 S O 3 S + 3 H 2 O {\displaystyle {\mathsf {2NH_{4}HS+4NH_{4}HSO_{3}\ {\xrightarrow {80^{o}C}}\ 3(NH_{4})_{2}SO_{3}S+3H_{2}O}}} == Fiziki xüsusiyyətləri == Ammonium tiosulfat, ammonyak qoxusu olan, suda asanlıqla həll olunan, asetonda yüngül və etanolda həll olunmayan rəngsiz kristallar əmələ gətirir. == Kimyəvi xüsusiyyətləri == Məhsul qarışığı meydana gətirmək üçün istilikdə parçalanır:: ( N H 4 ) 2 S O 3 S → 150 o C ( N H 4 ) 2 S O 4 , N H 3 , H 2 S {\displaystyle {\mathsf {(NH_{4})_{2}SO_{3}S\ {\xrightarrow {150^{o}C}}\ (NH_{4})_{2}SO_{4},NH_{3},H_{2}S}}} Seyreltilmiş məhlullarda yavaşca parçalanır:: ( N H 4 ) 2 S O 3 S → τ ( N H 4 ) 2 S O 3 + S ↓ {\displaystyle {\mathsf {(NH_{4})_{2}SO_{3}S\ {\xrightarrow {\tau }}\ (NH_{4})_{2}SO_{3}+S\downarrow }}} Konsentrat turşuları ilə parçalanır: ( N H 4 ) 2 S O 3 S + 2 H C l → 2 N H 4 C l + S O 2 ↑ + S ↓ + H 2 O {\displaystyle {\mathsf {(NH_{4})_{2}SO_{3}S+2HCl\ {\xrightarrow {}}\ 2NH_{4}Cl+SO_{2}\uparrow +S\downarrow +H_{2}O}}} və isti seyreltilmiş turşular ilə: ( N H 4 ) 2 S O 3 S + 2 H C l + H 2 O → 100 o C 2 N H 4 C l + H 2 S O 4 + H 2 S ↑ {\displaystyle {\mathsf {(NH_{4})_{2}SO_{3}S+2HCl+H_{2}O\ {\xrightarrow {100^{o}C}}\ 2NH_{4}Cl+H_{2}SO_{4}+H_{2}S\uparrow }}} Halogenlərlə reaksiyaya girir:: ( N H 4 ) 2 S O 3 S + 4 C l 2 + 5 H 2 O → 2 N H 4 C l + 2 H 2 S O 4 + 8 H C l {\displaystyle {\mathsf {(NH_{4})_{2}SO_{3}S+4Cl_{2}+5H_{2}O\ {\xrightarrow {}}\ 2NH_{4}Cl+2H_{2}SO_{4}+8HCl}}} Natrium tiosulfat kimi, fotoşəkil materiallarını işləyərkən fiksasiya prosesinə imkan verən həll olunan komplekslər meydana gətirən gümüş halidləri ilə reaksiya verir. Natrium tiosulfatdan fərqli olaraq, bir litr məhlula 6 q gümüş konsentrasiyasına çatmağa imkan verən ammonium tiosulfat bu miqdarın demək olar ki, ikiqat artırılmasına imkan yaradır və bununla da reaktivlərin istehlakını azaldır. Fiksasiya prosesi natrium tiosulfatlı fiksatorlara nisbətən xeyli sürətlidir (bəzi emulsiyalar üçün% 50). Bununla yanaşı, fiksatorlarda çox uzun müddət işləmək, aşağı gərginlikli yerlərdə metal gümüşün həll olunmasına,görüntü detalının itməsinə səbəb olur. Təsir xüsusilə incə dənəli emulsiyalarda və ammonium tiosulfatdakı sürətli fiksatorlarda (daha çox aktivliyi sayəsində) nəzərə çarpır ki, bu da işləmə prosesinin istilik və vaxt qaydalarına dəqiq əməl edilməsini tələb edir. Ayrıca, bu təsiri azaltmaq üçün filmlər və fotoqrafiya sənədləri üçün müxtəlif dərəcədə seyreltmədə sürətli fiksatorlar istifadə olunur; bu vəziyyətdə daha incə dənəli emulsiyaya sahib fotoqrafiya sənədləri üçün təxminən iki qat güclü seyreltmə tətbiq etmək lazımdır. == Tətbiqi == Fiksasiya prosesini sürətləndirmək üçün sodium tiosulfat əvəzinə fotoqrafiyada fiksasiya həllərinin tərkib hissəsi kimi istifadə olunur.
Ammonium duzları
Ammonium duzları - bərk, əsasən ağ rəngli, suda yaxşı həll olan kristal maddələrdir. == Alınması == Ammonium duzları ammonyakın və ya ammonium hidroksidin turşularla qarşılıqlı təsirindən alınır: NH3 + HCl → NH4Cl H2SO4 + 2(NH3*H2O) → (NH4)2SO4 + 2H2O 2. Ammonyakın xlorla qarşılıqlı təsirindən alınır: 8NH3 + 3Cl2 → N2↑ + 6NH4Cl == Fiziki xassələri == Tərkibində -NH4+ olan ammonium duzları rənginə və bəzi digər xassələrinə gorə natrium duzlarına oxşayır. Ammonium duzları suda yaxşı həll olur . Su məhlulunda tamamilə dissosiasiya edir. İylidir. NH3 +H2O ↔ NH3H2O ↔ NH4+ OH- Bu reaksiya dönəndir, ona görə də sulu məhlulda ammonium hidroksid ammonyakla eyni tarazlıqdadır. Ammonium duzları duzlara məxsus xassələri özündə əks etdirir. Qələvi ilə təsir etdikdə qaz şəklində ammonyak ayrılır. Qızdırıldıqda bütün ammonium duzları parçalanır.
Ammonium karbonat
Ammonium karbonat (NH4)2CO3 — karbonat turşusunun ammonium duzudur. == Fiziki xassələri == Ammonium karbonat-ağ kristalik maddədir. Rəngsiz kristalları suda asanlıqla həll olunur. Ammonium karbonat həm havada, həm də məhlulda qeyri-sabitdir, çünki artıq otaq temperaturunda ammonium hidrokarbonata çevrilərək ammonyak buraxır. == Alınması == Müasir sintez, prosesin sadəliyini və aşağı qiymətini nəzərdə tutur. Bunu etmək üçün, NH3 qazını, CO2 qazını və su buxarını qarışdıraraq alırıq. Sürətli soyutma bu üsul üçün ilkin şərtdir. == Kimyəvi xassələr == Zəif əsas və zəif turşudan əmələ gələn duz kimi kation və anionda hidrolizə məruz qalır: ( N H 4 ) 2 C O 3 + H 2 O ⇄ N H 4 H C O 3 + N H 3 ⋅ H 2 O {\displaystyle {\mathsf {(NH_{4})_{2}CO_{3}+H_{2}O\rightleftarrows NH_{4}HCO_{3}+NH_{3}\cdot H_{2}O}}} Əsaslarla və duzlarla reaksiyaya daxil olur: ( N H 4 ) 2 C O 3 + C a S O 4 → ( N H 4 ) 2 S O 4 + C a C O 3 ↓ {\displaystyle {\mathsf {(NH_{4})_{2}CO_{3}+CaSO_{4}\rightarrow (NH_{4})_{2}SO_{4}+CaCO_{3}\!\downarrow }}} == Tətbiqi == Ammonium karbonat müxtəlif sahələrdə istifadə olunur: qida sənayesində maya əvəzedicisi kimi; ammonium sulfatın istehsalı üçün xammal kimi; dəniz suyundan kalium çıxararkən maqnezium duzlarının çökməsi üçün; boyaların tərkibində kosmetika istehsalında; əczaçılıq sənayesində öskürək və ammonyak dərmanlarının istehsalında; şərab istehsalında fermentasiya prosesini sürətləndirmək üçün; yanğınsöndürmə üçün istifadə olunan maddələrin tərkib hissələrindən biri kimi tətbiq olunur. == İstinadlar == Справочник химика / Редкол.: Никольский Б.П. и др. - 3-е изд., Л.: Химия, 1971.
Ammonium nitrat
Ammonium nitrat – NH4NO3 kimyəvi birləşmədir, nitrat turşusunun duzudur. == Tarixi == İlk dəfə 1659-cu ildə İohan Qlauber tərəfindən kəşv edilmişdir. == Fiziki xassələri == Ammonium nitrat ağ kristal maddədir. Suda çoxyaxşı həll olur: 100 q buzlu (oC) suda 118,3 qram, 20oC-də 192 qram, 30oC-də 241,8 qram, 50oC-də 384 qram, 80oC-də 580 qram, 100oC-də 871 qram. Həmçinin, ammonium nitrat ammonyak, piridin, metanol, etanolda həll olunur. Detonasiyanın sürəti 2570 m/s. Normal atmosfer təzyiqində NH4NO3 kristalları üçün bir neçə modifikasiya mövcuddur. Adi şəraitlərdə rombik kristallik qəfəs stabildir. O, 32,2oC-dən yuxarı temperaturda digər rombik, parametrləri kəskin dəyişmiş formaya keçir. 82,2oC-dən yuxarı temperaturda tetraqonal, 125,8oC-dən yuxarı temperaturda kubik forma stabildir.
Ammonium salisilat
Ammonium salisilat – üzvi birləşmədir, rəngsiz kristal, suda həll olan, rasional formulu NH4C6H4(OH)COO olan ammonium və salisil turşusunun duzudur. == Alınması == Ammonyak məhlulunun salisil turşusuna inert atmosfer mühitində təsiri ilə. N H 3 + C 6 H 4 ( O H ) C O O H → N H 4 C 6 H 4 ( O H ) C O O {\displaystyle {\mathsf {NH_{3}+C_{6}H_{4}(OH)COOH\ {\xrightarrow {}}\ NH_{4}C_{6}H_{4}(OH)COO}}} == Fiziki xassələri == Ammonium salisilat suda və etanolda həll olan rəngsiz kristallar əmələ gətirir. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2.
Ammonium sulfat
Ammonium sulfat — (ammonium sulfat, lat. ammonium sulphate), (NH4)2SO4 qeyri-üzvi ikili birləşmə, kükürd turşusunun ammonium duzudur. Rəngsiz şəffaf kristallardır (və ya ağ tozdur), qoxusuzdur. Ammonium sulfat, sulfat turşusunun ammonyak məhluluna təsiri və digər duzlarla mübadilə reaksiyaları ilə əldə edilir. Gübrə kimi, sulfat turşusu istehsalında, qida sənayesində, biyokimyada zülalların təmizlənməsində, suyun xlorlanmasında qatqı olaraq istifadə olunur. Ammonium sulfatın toksikliyi çox azdır. == Fiziki xüsusiyyətləri == Saf ammonium sulfat - rəngsiz şəffaf kristallardır, əzilmiş formada - ağ tozdur. Hiqroskopliyi azdır. Rombi sistem, kosmik qrup Pnma, hüceyrə parametrləri a = 0.7782 nm, b = 0.5993 nm, c = 1.0636 nm, Z = 4 kristallarını əmələ gətirir. Sıxlığı (20 °C-də) - 1.766 q / sm3-dir.
Ammonius Sakkas
Ammónius Sákkas (yunanca Ἀμμώνιος Σακκᾶς, latınca Ammonius Saccas; 175—242, İsgəndəriyyə) — yunan filosofu, Plotinin və Origenin müəllimi. Neoplatonizmin yaradıcısı sayılır. == Həyatı və fəlsəfəsi == O, xristian ailəsində tərbiyə almışdır. Sonra isə Xristianlıqdan imtina etmiş, antik fəlsəfi irsi əsasında öz fəlsəfəsini irəli sürmüşdür. Ancaq, Ammoniusdan heç bir yazılı ədəbiyyatın qalmadığına görə onun fəlsəfi fikirlərini bərpa etmək çox çətin olmuşdur. Ammoniusun bir sıra tanınmış öyrənciləri olmuşdur. Onların arasında Plotin və tanınmış xristian ilahiyyatçısı Origen də olmuşdurlar. Məlumdur ki, Ammonius bədən və ruh haqqında dualist fikirləri irəli sürmüşdür. Onun fikrincə bədəndə cisimsiz ruh vardır, o bədənin təbiətindən fərqlidir və maddə deyildir. Ruh yuxuda ya da insanın dərin düşüncələrə qapandığı zaman bədəndən müvəqqəti ayrıla bilər.
Ammonoidealar
Ammonoidealar (Ammonoidea) – mühüm biostratiqrafik əhəmiyyəti olan qırılmış mollüskları əhatə edən yarımsinif. Əksər ammonitlərin qabıqları bir müstəvi üzərində yerləşən, bir-biri ilə təmasda olan və müxtəlif dərəcədə bir-birini örtən bir neçə dolaqdan ibarətdir. Belə qabıqlar üçün monomorf qabıq termini işlətmək məqsədəuyğundur. Ontogenezin müxtəlif mərhələlərində borucuqların yerləşmə forması müxtəlif olan ammonitlər üçün heteramorf qabıqlar xarakterikdir. Monomorf ammonoideaların qabıqlarının müxtəlifliyi, dolaqların bir-birini örtmə dərəcəsi və kəsiyinin forması ilə müəyyən olunur. İnvolyüt qabıqlardan (tam örtülmə) başlamış yarıminvolyüt (qismən örtülmə), evolyüt (son dolaq ancaq axırdan əvvəlki ilə təmasda olur) qabıqlaradək bütün keçid formalar müşahidə olunur. Yetkin ammonoidea qabıqlarının ölçüləri 2–3 sm-dən 30–40 sm-dək, müstəsna hallarda isə ammonit-nəhənglərin diametri 2 m çatır. Dolaqların təmas xəttləri tikiş adlanır. Qabığın orta hissəsində hər iki tərəfdə yerləşən oyuq-göbək adlanır. Qabıqların səthi hamar və relyefli (bəzəkli) olur.
Ammonyak
Ammonyak (NH3) — Hidrogenin nitridi olub, kəskin iyli və normal şəraitdə rəngsiz qazdır. == Adın mənşəyi == Adın mənşəyi Köhnə Misirə əsaslanır. Amon məbədinin isidilməsində istifadə edilən qazlardan, məbədin divarlarında, tavanında süfrə duzu kimi ağ kristallar halındakı ammonium xlordan istifadə edilmişdir. Adı həmin dövrdə "Amonun Duzu" adlanırdı. == Alınması == Laboratoriyada Ammonyakı almaq üçün Ammonium duzlarına qələvilərlə təsir edilərək alınır. 2NH4Cl + Ca(OH)2 →t CaCl2 + 2H2O + 2NH3 Sənayedə isə "Qaber üsulu" ilə sintez edilir: N 2 + 3 H 2 ⟶ 2 N H 3 {\displaystyle \mathrm {N_{2}+3\ H_{2}\longrightarrow 2\ NH_{3}} } N H 3 + H + ⟶ N H 4 + {\displaystyle {\mathsf {NH_{3}+H^{+}\longrightarrow NH_{4}^{+}}}} N H 3 + H 2 O → N H 4 + + O H − {\displaystyle {\mathsf {NH_{3}+H_{2}O\rightarrow NH_{4}^{+}+OH^{-}}}} Ko=1,8×10−5 Onu daş kömürün oksidləşməsindən almaq olar. == Kimyəvi xassələri == Ammonyakın mühüm kimyəvi xassələrindən biri onun turşularla duz əmələ gətirməsidir: N H 3 + H N O 3 → N H 4 N O 3 {\displaystyle {\mathsf {NH_{3}+HNO_{3}\rightarrow NH_{4}NO_{3}}}} 2 N H 3 + 2 K ⟶ 2 K N H 2 + H 2 {\displaystyle {\mathsf {2NH_{3}+2K\longrightarrow 2KNH_{2}+H_{2}}}} Ammonyakın oksidləşməsi 2 N H 3 + N a O C l ⟶ N 2 H 4 + N a C l + H 2 O {\displaystyle {\mathsf {2NH_{3}+NaOCl\longrightarrow N_{2}H_{4}+NaCl+H_{2}O}}} Ammonyak 1000 °C 2 C H 4 + 2 N H 3 + 3 O 2 → 2 H C N + 6 H 2 O {\displaystyle {\mathsf {2CH_{4}+2NH_{3}+3O_{2}\rightarrow 2HCN+6H_{2}O}}} N H 4 O H = N H 3 + H 2 O {\displaystyle {\mathsf {NH_{4}OH=NH_{3}+H_{2}O}}} Ammoniyak duz komplekslərinin alınması C u ( N O 3 ) 2 + 4 N H 3 → [ C u ( N H 3 ) 4 ] ( N O 3 ) 2 {\displaystyle {\mathsf {Cu(NO_{3})_{2}+4NH_{3}\rightarrow [Cu(NH_{3})_{4}](NO_{3})_{2}}}} C u 3 ( P O 4 ) 2 + 12 N H 3 → [ C u ( N H 3 ) 4 ] 3 ( P O 4 ) 2 {\displaystyle {\mathsf {Cu_{3}(PO_{4})_{2}+12NH_{3}\rightarrow [Cu(NH_{3})_{4}]_{3}(PO_{4})_{2}}}} C u ( C H 3 C O O ) 2 + 4 N H 3 → [ C u ( N H 3 ) 4 ] ( C H 3 C O O ) 2 {\displaystyle {\mathsf {Cu(CH_{3}COO)_{2}+4NH_{3}\rightarrow [Cu(NH_{3})_{4}](CH_{3}COO)_{2}}}} A g N O 3 + 2 N H 3 → [ A g ( N H 3 ) 2 ] N O 3 {\displaystyle {\mathsf {AgNO3+2NH_{3}\rightarrow [Ag(NH_{3})_{2}]NO_{3}}}} NH3 güclü reduksiyaedicidir. Qızdırıldıqda metal oksidlərini reduksiya edir, özü isə sərbəst azota qədər oksidləşir. Məhz bu səbəbdən NH4+ ionu və oksidləşdirici turşulardan əmələ gəlmiş duzlar parçalanarkən, ayrılan ammonyak azota və azot 1-oksidinədək oksidləşir: 3CuO + 2NH3 →t CaCl2 3Cu + N2 + 3H2O 3Fe3O4 + 8NH3 →t CaCl2 9Fe + 4N2 + 12H2O == Fiziki xassələri == Ammonyak rəngsiz qaz olub, kəskin iylidir. Yaxşı termodinamiki xüsusiyyətlərə malikdir.
Ammoperdix
Balakəklik (lat. Ammoperdix) — qırqovullar fəsiləsinə aid heyvan cinsi.. == Təsnifatı == Azərbaycanda Balakəklik cinsinə 1 növ daxildir: Səhra balakəkliyi (Ammoperdix griseugularis Brandt., 1843) == Həmçinin bax == Uzunquyruq sahilqartalı Ağquyruq sahilqartalı Səhra balakəkliyi Balıqcıl qaraquş Leşcil ağqartal == Xarici keçidlər == Male & Female See-see Partridges are Drinking Water == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.